İki dövlət, bir hədəf...
17.03.2022 [10:01]
Regionda sabitlik və təhlükəsizlik üçün etibarlı zəmin
Paradoksal vəziyyət yaranıb: bir tərəfdə yeni dünya düzəninin yaranmasından, digər tərəfdə III Dünya müharibəsinin başlanmasından bəhs edilir. Biri nizamı, digəri xaosu ifadə edir. Hazırda Rusiya-Ukrayna müharibəsi Avrasiyada yeni regional miqyaslı, qlobal xarakterli geosiyasi böhrandan xəbər verir. Qərb ilə Şimal arasında Ukrayna döyüşünün getdiyi - geostrateji mübarizənin hərb meydanında davam etdiyi şəraitdə... yeni diplomatik təmaslar və təşəbbüslər müharibə bəlasına düçar olmuş bəşəriyyətin siyasi oksigenlə təmin edilməsi kimi önəmlidir. Çünki sülhün, sabitliyin yaradılması yeganə xilas yolu və əsas hədəfdir.
Nurlan QƏLƏNDƏRLİ
Son günlər bəhs olunan müharibənin dayandırılması üçün intensiv diplomatik trafik müşahidə edilir. Bu prosesdə fəal roy oynayan qüvvələr sırasında Türkiyə ilə Azərbaycan diqqəti cəlb edir. Ukrayna ətrafında cərəyan edən hadisələrin Bakı və Ankara ilə müzakirə olunması faktdır. Bu, ilk növbədə, təhlükəsizlik məsələsində hər iki ölkənin mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü təsdiqləyir. Reallıqların təsdiqlədiyi daha bir məqam odur ki, Azərbaycan ilə Türkiyə dialoq məkanı, etibarlı tərəfdaş kimi qəbul və təqdim olunur. Tərəflər arasında danışıqların baş tutacağı məkandan bəhs edərkən Bakı ilə Ankaranın geosiyasi koordinatları göstərilir. Ona görə ki, iki ölkə regionda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması tərəfdarıdır. Azərbaycan və Türkiyə regional təhlükəsizlik məsələlərində geosiyasi dialoqun təmin olunması üçün fəallıq nümayiş etdirir, vacib təşəbbüslərlə çıxış edir. Bu isə bölgədə gərginliyin öz yerini anlaşmaya - uzlaşmaya verməsi üçün faydalı və önəmlidir.
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında bu məqamlara toxunub. Ukrayna böhranının lap əvvəlindən Türkiyənin dəqiq mövqe tutduğunu söyləyən nazir “Biz həmişə bununla əlaqədar narahat olduğumuzu vicdanla və səmimiyyətlə bildirmişik, sağlam düşüncəyə və dialoqa çağırmışıq, gərginliyi azaltmağın və diplomatiya üçün meydan yaratmağın zəruri olmasına diqqəti cəlb etmişik. Biz lap əvvəldən atəşkəsin təmin edilməsi üçün səy göstəririk” ,- deyə vurğulayıb.
Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından da bəhs edib. O, bu məsələdə Azərbaycanın dəstəyini qeyd edib. Əlbəttə, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırdı. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Bakıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında “3+3” formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi də bu səpkidə xüsusi olaraq vurğulanmalıdır.
Ümumiyyətlə, regionda qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Azərbaycan ilə Türkiyə, eyni zamanda, regional təhlükəsizlik mühitini yenidən dizayn edirlər. Bu iki güc mərkəzinin ortaq yanaşması - birgə təşəbbüsləri geosiyasi fəallığın artmasını, bölgənin işbirliyi və inteqrasiya məkanına çevrilməsini şərtləndirir.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəhs olunan mətbuat konfransında diqqəti bu reallıqlara cəlb edib. O, “3+3” formatında yeni əməkdaşlıq platformasının əhəmiyyətindən danışıb. Xarici işlər naziri “Cənubi Qafqazda vəziyyəti müzakirə edərkən biz vurğuladıq ki, ötən ilin sonunda və cari ilin əvvəlində bu ümumi qonşuluq bölgəsində münaqişədən sonrakı dövrdə qarşılıqlı əlaqələr üçün yeni mexanizm - “3+3” konsultativ-regional platforma vasitəsilə təməl qoyulub” ,- deyə vurğulayıb. S.Lavrov, eyni zamanda, Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş kursu alqışladığını söyləyib.
Bütün bunlar iki məqamı əks etdirir. Birincisi, Azərbaycan ilə Türkiyə yeni regional nizam yaradır. İkincisi isə, Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

