İctimai-siyasi “bomj”lar...
22.02.2022 [10:14]
Sabit yaşayış yeri deyil, konkret mövqeyi və siyasi əqidəsi olmayanlardır
Nurlan QƏLƏNDƏRLİ
Eramızdan əvvəl IV-III əsrlərdə yaşamış filosof Epikür deyirdi ki, siyasət çirkin oyundur. Bu yanaşma zaman keçdikcə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin, o cümlədən sadə insanların əlində “silah”a çevrildi. Baş verən bütün hadisələrin, meydana çıxan problemlərin səbəbkarı və günahkarı qismində siyasət görülməyə - göstərilməyə başlandı.
Təbii ki, insan təbiət etibarilə öz əməllərini başqa varlıqlar (cansız, “fövqəltəbii qüvvələr” və s.) üzərində “əsaslandırmaq” zehniyyətinə malikdir. Məsələn, bu və ya digər şəxslərin fəaliyyəti sayəsində yaranmış problem ya həyatın, ya da siyasətin üzərinə atılır, cansız varlıqlar mühakimə olunur. Amma nəzərə alınmır ki, siyasəti birtərəfli olaraq “çirkin oyun” kimi qiymətləndirən insan elə bu oyunun iştirakçısıdır - oyun qaydaları məhz insan tərəfindən müəyyənləşdirilir. Digər tərəfdən, siyasət heç də özündə neqativ məqamları ehtiva etmir axı - quruculuq, tərəqqi, rifah, həmrəylik və s. - bunlar uğurlu siyasət nəticəsində mümkün olur. Deməli, məsələ siyasətin çirkin və ya təmiz oyun olması deyil. Problem öz mənfi nümunəsi - neqativ obrazı ilə siyasətin simasını eybəcərləşdirən bəzi insanlardadır. O səbəbdən sadə insanlar ictimai-siyasi tüfeyliləri görüb siyasətə “yaltaqlıq, ictimai dilənçilik sənəti”, siyasətçiyə isə “gündə bir havaya oynayan”, “mövqeyi ingilis bayrağı kimi yeldən yelə əsən, əldən ələ keçən”, “əqidə əxlaqına görə yüngül siyasi həyat tərzinə malik” persona kimi baxırlar. Əslində, onların gördükləri fiqur və təsəvvür etdikləri obraz ictimai-siyasi “bomj”lardır...
“Bomj” sözünün açılışı - “bez opredelyonnovo mesto jitelstvo”, mənası isə sabit - daimi yaşayış yeri olmayan deməkdir. Gündəlik həyatda rastlaşırıq - küçədə yaşayan, tapdığı ilə qidalanan, başqasının verdiyi geyimdən istifadə edən, bir sözlə, acınacaqlı sonunu özü seçən insanlar... İctimai-siyasi “bomj”ların portret cizgiləri isə, simalarının çirkli olmasına baxmayaraq, aydındır: vəzifə baxımından özündən üstün olanların qapısında yatan, onlardan aldığı ilə qidalanan, amma daha çox almaq üçün canfəşanlıq edən, başqasının mövqeyini siyasi libas kimi öz üzərinə geyinən - gündə bir çirkli - köhnəlmiş “siyasi libas” dəyişən və s. Yəni onlar sabit yaşayış yeri deyil, dəyişməz mövqeyi və siyasi əqidəsi olmayanlardır.
Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində də belələrinin sayı nə az, nə çoxdur. İctimai əhəmiyyətli müxtəlif sahələrdə kök salıblar -mediada, QHT sektorunda, siyasətdə və s. Hərəsinin özünə məxsus sifət quruluşu var, amma mimikaları, jestləri, davranışları bənzərdir. Fərqli sözlərdən istifadə edirlər, lakin “fikir”ləri eynidir. Siyasi tüfeyli kimi daim “sərxoş” vəziyyətdədirlər - içkinin təsirindən deyil, siyasi hərisliyin gücündən, ambisiyaların böyüklüyündən, vəzifə və daha çox əldə etmək istəyinin hökmündən... Özlərini “sadiq və peşəkar kadr”, “bütün sahələrdə uğur qazana biləcək mütəxəssis” kimi görürlər. Cibləri dolu olsa da, gözü ac olan belələri bir vəzifəsi olmasına baxmayaraq, digər postlara da iddialıdırlar: qurum idarə etməyi “obyektdən istifadə etmək” kimi dərk edən belələri “versinlər, işlədək” prinsipi ilə qazanmaq (mənimsəmək) arzusu ilə yaşayırlar. Halbuki Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqəti, vətənpərvərlik nəzərə alınmalıdır. Bu şəxslərin iş qabiliyyəti isə yaxşı məddahlıq, siyasi şəraitə görə rəng dəyişdirə bilmək, əlindəki imkandan, ilk növbədə, maddi imkanını artırmaq naminə istifadə etmək və s. kimi “keyfiyyət”lərlə zəngindir. Ona görə də ictimai-siyasi “bomj”lar heç vaxt etimad qazana, inamı doğrulda bilməzlər.
Dəhşətlisi budur ki, bu şəxslər məddahlıqları ilə ictimai rəylə işə - dövlətlə sadə vətəndaşlar arasında bağlantıya da zərər verirlər - zərbə vururlar. İnsanlar görəndə ki, bu gün tərifləyib şişirdikləri “canlı balon”lara sabah iynə batırmaq üçün birinci sırada dayananlar, “dünən başqa cür düşünürdüm, bu gün tamamilə fərqli fikirdəyəm” deyib mövqe - əqidə dəyişənlər siyasətdən danışırlar, o zaman onların siyasətə baxışı mənfiyə doğru dəyişilir, inam azalır, ictimai rəydə qeyri-müəyyənlik yaranır.
“Araşdırmaçı-jurnalist”, “media nümayəndəsi” və s. adını daşıyan bəziləri isə umduqlarını tapa bilmədiklərinə, hətta yaşayış yerlərini (əslində, ictimai tüfeylilik, siyasi dilənçilik ünvanını) ölkə hüdudlarından çıxmaqla dəyişirlər. Bir vaxtlar pafoslu çıxışlar etməklə, bəlağətli nitqlər söyləməklə “məşhurlaşan” bu şəxslər sonradan mədhiyyə obyektlərini dəyişirlər - sərvət qazanmaq eşqi ilə “Amerika kəşf etməyə” başlayırlar.
Digər nümunə də var. Azərbaycanda yaşamasına baxmayaraq, ictimai-siyasi həyatda mövcud olmayan, amma virtual aləmdə - sosial şəbəkələrin künc-bucağında məskunlaşan, internet televiziyalarda pafoslu çıxışlar edən belə ictimai-siyasi “bomj”lar da nə isə əldə etmək niyyətindədirlər: ya dövləti hədəfə alaraq qrant - qonorar ələ keçirmək, ya hansısa vəzifə istəyini reallaşdırmaq və s. Üstəlik, bu “bomj”ların loru dildə desək, pul istədikləri (və onun müqabilində xidmət etdikləri) ünvan yerli sakinlər deyil, xaricilərdir - fondlar, təşkilatlar və s. Bunun müqabilində demokratiya, insan hüquqları və söz azadlığı kimi mövzularda reallıqdan uzaq və zərərli “fikir”lərlə sosial şəbəkələri bəzəyirlər. Öz yollarını azmış bu şəxslər dövlətə, cəmiyyətə yol göstərməyə çalışırlar.
Bütövlükdə, ictimai-siyasi “bomj”lar cəmiyyət və dövlət üçün zərərli ünsürlərdir. Onların vəzifəsi, titulları, hətta “populyarlığı” olsa da, dəyişməz mövqeləri, əqidə tərbiyəsi və sədaqət anlayışları yoxdur. Sabit yaşayış yeri olmayanların aqibətinin sonda necə olması - nə ilə yekunlaşması hər kəsə bəllidir. İctimai-siyasi “bomj”lar da bu baxımdan istisna deyil...
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

