Postmüharibə dövründə...
22.02.2022 [09:58]
Azərbaycanla əməkdaşlığın gücləndirilməsi Avropa İttifaqı üçün strateji önəm daşıyır
Prezident İlham Əliyevin Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirləri bu reallığı bir daha təsdiqləyir
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Avropa İttifaqı (Aİ) üçün vacib və cəlbedici tərəfdaşdır. Aİ ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edən Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir.
Prezident İlham Əliyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində oldu. Görüşdə Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğuladı. Toivo Klaar da Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirdi. O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu dedi. Dövlətimizin başçısı isə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırdı.
Postmüharibə dönəmində regional proseslərin tənzimlənməsində Aİ də fəallıq nümayiş etdirir. Ötən ilin dekabrında Prezident Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən görüşün əhəmiyyətini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Bir müddət öncə isə Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, ifadə edilən mövqelər də bəhs olunan reallıqları bir daha təsdiqləyir. Elə Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar və məsələlər sülh gündəliyinin, bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi və haqlı mövqeyi əsasında müəyyənləşdirildiyini göstərir. Bu da təsadüfi deyil. Çünki rəsmi Bakı yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Bakının mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur. Beləliklə, yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır. Müzakirələr Brüsseldə müəyyən olunmuş sülh gündəliyi əsasında davam etdirilir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, kommunikasiyaların bərpası - Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər sülh gündəliyinə daxildir. Bəhs olunan qəbulda Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd etdi, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu dedi. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.
Aİ-nin prosesdə aktiv iştirakına gəlincə, bu da bir sıra siyasi, iqtidasi və geostrateji məsələləri özündə ehtiva edir. Avropa İttifaqı, şübhəsiz ki, yeni mərhələdə fəallıq göstərməsi təsadüfi deyil. Qeyd etdiyimiz kimi, qurumun Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin əsas səbəbi postmüharibə dövrünün reallıqları ilə bağlıdır. Bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqı üçün siyasi prestij və əlavə iqtisadi imkanlar gətirər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ geosiyasi güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir.
Bütövlükdə, Prezident İlham Əliyevin Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirləri bu reallığı bir daha təsdiqləyir: postmüharibə dövründə Azərbaycanla əməkdaşlığın gücləndirilməsi Avropa İttifaqı üçün strateji önəm daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42

