Qazaxıstanda nə baş verir?
08.01.2022 [00:35]
Nurlan QƏLƏNDƏRLİ
Qazaxıstanda ictimai-siyasi gərginlik davam edir. Ölkə prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini diqqətə çatdırıb.
Kasım-Jomart Tokayev xalqa müraciətində nə dedi?
Dövlət başçısı, həmçinin ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağını da vurğulayıb. Digər tərəfdən, Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydanın əsasən bərpa olunduğunu bəyan edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti Qazaxıstanın hüquq mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb.
Putin danışıqlar aparıb
Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışıqları aparıb. Bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib. O, Putinin Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apardığını söyləyib. Bununla yanaşı, Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə dəfələrlə telefonla danışıb.
Ərdoğan TDT üzvü ölkələrin prezidentləri ilə müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb. Türkiyə Prezidentinin dəftərxanasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb. Telefon danışığında Qazaxıstanda baş verən hadisələr əsas müzakirə mövzusu olub.
NATO narahatdır
NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina isə “Twitter”də bildirib ki, NATO Qazaxıstandakı vəziyyətdən narahatdır: “NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”.
Etirazlar zamanı neçə nəfər saxlanılıb?
Bu arada, Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub. Ölkənin Terrorçuluqla Mübarizə üzrə Operativ Qərargahının məlumatında indiyədək etirazlarda saxlanılanların sayının 3706 nəfər təşkil etdiyi bildirilib. Kasım-Jomart Tokayev isə ölkədə yüzlərlə mülki şəxsin, hərbçinin yaralandığını və öldürüldüyünü bildirmişdi.
Tacikistan və Qırğızıstan parlamenti hansı qərarı qəbul edib?
Bu ölkə ilə əlaqədar daha bir məlumatda isə qeyd olunub ki, Tacikistan parlamenti KTMT-nin tərkibində Qazaxıstana sülhməramlı taborun göndərilməsi haqqında qərar qəbul edib. TASS-ın xəbərinə görə, bir müddət əvvəl Tacikistanın Müdafiə Nazirliyi Qazaxıstana 200 nəfərdən ibarət sülhməramlı göndərməyə hazır olduğunu açıqlamışdı. Qırğız Respublikasının parlamenti də Qazaxıstana sülhməramlı kontingent göndərilməsinə dair qərar qəbul edib. Bu məqsədlə qonşu dövlətə 150 hərbçi göndəriləcək. Bütövlükdə, KTMT-nin Qazaxıstana 2500 sülhməramlı göndərməsi nəzərdə tutulub.
KTMT-nin sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunacaq?
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, KTMT-nin sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunmayacaq. Qeyd edilib ki, Qazaxıstan tərəfi ilə razılığa əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ölkədə asayişin bərqərar olması üçün yerli hüquq-mühafizə orqanlarının və ordu hissələrinin apardığı əməliyyat-döyüş fəaliyyətinə cəlb edilmir. Vurğulanıb ki, Qazaxıstana göndərilən KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər.
Sülhməramlılarının komandanı kim oldu?
Bununla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək. A.Serdükov 2015-ci ildə Şərqi Ukraynada Rusiya qoşunlarına komandanlıq edib.
İğtişaşlar nəticəsində ölkəyə nə qədər ziyan dəyib?
Maraqlı məlumatlardan biri isə iğtişaşlar nəticəsində bu ölkəyə nə qədər ziyan dəyməsi məsələsidir. Qazaxıstanın Milli Sahibkarlar Palatasının 7 yanvar tarixli məlumatına görə, Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 87,2 mlrd. təngə (təxminən 200 mln. ABŞ dolları) təşkil edir. Qeyd edilib ki, Qazaxıstanın 10 regionunda 848 biznes subyektinə və 1021 obyektə zərər dəyib.
Etiraz hərəkatının lideri kimdir?
Yeri gəlmişkən, xarici media daha bir maraqlı məlumat yayıb. Belə ki, Qazaxıstanda “Bank Turan Alem” ASC-nin (BTA Bank) keçmiş rəhbəri, hazırda xaricdə gizlənən Muxtar Ablyazov özünü ölkədəki etiraz hərəkatının lideri adlandırıb. O, “Reuters” agentliyinə müsahibəsində deyib ki, Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar. M. Ablyazov vurğulayıb ki, etiraz aksiyası doğru istiqamətdə gedərsə, müvəqqəti hökumətə rəhbərlik etmək üçün ölkəyə qayıdacaq. O, etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da söyləyib. Ablyazov, həmçinin Qərb dövlətlərini Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb. Yeri gəlmişkən, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başlanıb. O, bundan sonra ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.
Beləliklə, Qazaxıstan məsələsi bir nömrəli gündəm mövzusu kimi dünyanın diqqət mərkəzindədir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

