Politoloqlar hansı dildə danışırlar?
29.12.2021 [10:24]
Yaxud siyasi şərhçilərin fikirlərini cəmiyyətə çatdırmaq üçün xüsusi tərcüməçi lazımdır?
Nurlan QƏLƏNDƏRLİ
“Sosial şəbəkələrin yerli seqmentinə nəzər saldıqda xarici siyasət paradiqmaları və bu kontekstdə onun diversifikasiyası ilə bağlı analitik təhlil materiallarına da rast gəlirik”. Demək olar ki, hər gün efir məkanında, saytlarda, onlayn və çap mediasında belə cümlələrə rast gəlirik. Üstəlik, bu anlaşılmaz, qüsurlu və oxucunu, tamaşaçını yoran, bezdirən, uzaqlaşdıran cümlələr siyasi məsələləri və prosesləri sadə - anlaşıqlı dildə şərh edərək cəmiyyətə çatdırmalı olan politoloqlar tərəfindən ifadə olunur. Bununla bağlı hətta peşəkar pedaqoqlar, müəllimlər, ziyalılar da irad bildirirlər: “efir məkanı universitet auditoriyası deyil ki, terminləri ard-arda düzərək bəzəkli cümlələr qurub öz “savad”ını nümayiş etdirəsən”.
İntellekt göstəricisi, yoxsa savadsızlıq?
Əslində isə, savad deyil, savadsızlığın nümayişi, intellekt çatışmazlığının göstəricisidir. Çünki fikrini sadə formada izah - qənaətini aydın ifadə edə bilməmək üstünlük deyil, yetərsizlikdir. Heç universitet auditoriyasında da bu cür “nitq söyləməyə” ehtiyac yoxdur. Çünki məqsəd öyrətməkdirsə, terminin, yaxud mürəkkəb anlayışın məzmununu bəsit formada izah edərək buna nail ola bilərsən. İzahın isə mürəkkəbi ola bilməz, çünki izah elə mürəkkəbi sadələşdirmək deməkdir.
Analitik təhlil, informativ məlumat və daha nələr...
Təbii ki, belə mənzərənin bir neçə səbəbi, amma çox sayda “nümunə”si var. Məsələn, bu yaxınlarda efir məkanında xarici siyasət məsələləri və regional proseslərlə əlaqədar şərh verən politoloqlardan biri deyir ki, “dünyada yeni əlaqələr multipolyar və bipolyar requlyativ düzənə söykənir”. Bu fikri nəinki cəmiyyətin müxtəlif təbəqələrindən olan orta statistik Azərbaycan vətəndaşı, heç humanitar sahə üzrə ixtisas sahibləri, bəlkə də, elə o cümləni söyləyən siyasi şərhçinin özü də başa düşmür. Çünki birincisi, fikrin məntiqi yoxdur. Siyasi şərhçi “dünyada yeni əlaqələr” deməklə qeyri-peşəkarlığını nümayiş etdirir. “Yeni əlaqələr” söz birləşməsi heç bir hadisə və prosesi ifadə etmir. Hər halda, xalqlar və dövlətlər arasında siyasi, iqtisadi, humanitar münasibətləri nəzərdə tutmaq istəyir. Amma bunu “müasir beynəlxalq münasibətlər” deyə ifadə etsə, aydın, yerində və məzmunlu olar. İkincisi, tamaşaçı əlində politologiyaya dair izahlı lüğətlə ekran qarşısında əyləşməlidir ki, “multipolyar” və “bipolyar” sözlərinin mənalarını (çoxqütblü və təkqütblü) dərhal müəyyənləşdirərək fikrin mahiyyətini anlasın. Üçüncüsü, “requlyativ düzən” söz birləşməsinə heç politologiya lüğətində də rast gəlmək olmaz. Çünki belə ifadə yoxdur. “Requlyasiya” dedikdə tənzimləmə, nizamlama nəzərdə tutulursa, bəs yanına “düzən” sözü niyə artırılır? Düzən elə nizam sözünün sinonimidir. Onda politoloq “nizamlanmış düzən” demək istəyir?! Bu, yazının ilk cümləsində verdiyimiz “analitik təhlil” ifadəsinə bənzəyir. Analiz elə təhlil deməkdirsə, analitik təhlil nədir - təhlili təhlil?! Hətta siyasi elmlər üzrə dissertasiya müdafiə edərək elmi dərəcə almış politoloqlar sırasında “informativ məlumat” deyənlər də var. İnformasiya və məlumat sözləri sinonim olduğu halda, “informativ məlumat” nə deməkdir - informasiya məlumatı? Belə nümunələrin sayı-hesabı yoxdur.
Kontekst, proqress, seqment, aktor və ya “siz nə danışırsınız?”
Sosial şəbəkədə siyasi şərhçilərdən birinin kifayət qədər böyükhəcmli, hər cümləsi terminlə “zəngin” məqaləsinə yazılmış bir rəy xüsusi diqqəti cəlb edir - “bu qədər yazıbsınız, amma heç nə başa düşmədim, siz nə danışırsınız?”.
Ümumiyyətlə, terminlə bəzədilmiş, amma bəsit - sadə məzmun daşıyan dekorativ cümlələrin sayı az deyil. Hansı ki, bir-iki söz dəyişməklə həmin cümləni cəmiyyət üçün başadüşülən etmək olar. Məsələn, “siyasi partiya institutları siyasi sistemin struktur komponentləri qismində çıxış edirlər” cümləsi “siyasi partiyalar siyasi sistemin mühüm tərkib hissəsidir” kimi ifadə edilsə, anlamaq üçün filoloq və ya politoloq olmağa ehtiyac olmaz.
Və ya siyasi şərhçilərin biri məqaləsində yazır ki, “innovativ və kreativ yanaşma əsasında yeni proqressiv etapa transformasiyanı təmin etmək əsas hədəfdir”. Bu cümləni sadə oxucunun başa düşdüyü dilə tərcümə etdikdə “yenilikçi və yaradıcı yanaşma əsasında yeni inkişaf mərhələsinə keçmək əsas hədəfdir” deyə oxunur.
İnternet resurslarında dərc olunmuş böyükhəcmli məqalələrdən birində yazılır: “siyasi-ideoloji sektorda reallığa çevrilən işlər də bərk həmrəyliyimizin başlıca təminatçı əsası qismində çıxış etdi”. Burada dil-üslub qüsuru ilə yanaşı, oxucunu yoran məqamlar az deyil. Cümlə “siyasi-ideoloji sahədə görülmüş işlər də milli inkişaf və həmrəyliyi təmin etdi” kimi ifadə oluna bilər. “Sektor” əvəzinə sahə demək heç də çətin deyil. Digər tərəfdən, həmrəyliyin bərk deyil, güclü, möhkəm və ya sarsılmaz olması qəbulediləndir. Bununla yanaşı, “başlıca təminatçı əsası” ifadəsindən istifadə etmək də yenilik, yaradıcılıq və ya intellekt göstəricisi deyil.
Məqalələrin birində isə “Destabilliyə meydan verən destruktiv proseslər”, - deyə qeyd olunur. Yenə də bir tərcüməçi və ya “siyasi quql transleyt (google translate) lazımdır ki, cümləni “qeyri-sabitliyə səbəb olan dağıdıcı proseslər”, - deyə çevirsin.
Cəmiyyətin siyasi təhlil, şərh, izah ehtiyacını və tələbatını ödəmək öhdəliyi daşıyan politoloq, eyni zamanda, hər bir sözündə, cümləsində məntiqə əsaslanmalıdır. Siyasi şərhçilərdən biri “sosiumda səriştəsiz qüvvələrin irrasional strateji fəaliyyətləri nəticəsində...” deyə yazır. Birincisi, “irrasional” sözü cəmiyyət üçün aydın olan ifadə deyil. İkincisi, səriştəsiz qüvvənin fəaliyyəti strateji xarakter daşıya bilməz. Üçüncüsü, “sosium” əvəzinə cəmiyyət sözündən istifadə etmək məqbul olar.
Filoloqlar ifadələrin sadələşdirilməsi və ağırlıq, anlaşılmazlıq yaradan yersiz sözlərin mediada cəmiyyət üçün prosesləri təhlil edən siyasi şərhçilərin lüğətindən çıxarılmasını da məqbul sayırlar. Məsələn, “bu iqtisadi siyasət cəmiyyətdə stratifikasiyalaşmağa səbəb olur” cümləsində “stratifikasiyalaşmaq” əvəzinə təbəqələşmək sözündən istifadə olunsa, qaranlıq məqam qalmayacaq. Yaxud “diversifikasiya” əvəzinə şaxələndirmə demək məqsədəuyğun olar. Ölkəmizin xarici siyasətindən bəhs edən analitiklərdən biri qeyd edir ki, “regional təhlükəsizlik və proqress kontekstində Azərbaycan bölgədə lokomotiv aktordur”. Yenə də proqress, kontekst, lokomotiv aktor və s. - təhlili, təbliğatı heçə endirən, oxucunu usandıran, hətta qıcıqlandıran, əqli - zehni yorğunluğa səbəb olan sözlər. Bunu “regional təhlükəsizlik və inkişaf baxımından Azərbaycan bölgədə aparıcı dövlətdir (və ya qüvvədir)”,- deyə ifadə etmək imkansızı bacarmaq deyil.
İstənilən qədər misal göstərmək - nümunəyə nəzər salmaq olar. Amma təkcə diqqət yetirdiyimiz məqamlar da göstərir ki, mediada siyasi proseslərin təhlili ilə məşğul olan politoloqlar Azərbaycan dilində danışsalar da, cəmiyyət onları başa düşmür. Belə olan halda, haqlı sual olunur: siyasi şərhçilərin fikirlərini cəmiyyətə çatdırmaq üçün xüsusi tərcüməçi lazımdır?!
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

