Avropa İttifaqı Azərbaycanın Liderinin nüfuzunu...
18.12.2021 [11:15]
Ermənistanın baş nazirinə isə yerini göstərdi
Nurlan QƏLƏNDƏRLİ
Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının VI Sammiti bir çox mühüm məqamlarla yadda qaldı. Eyni zamanda, Prezident İlham Əliyevin Sammitdə iştirakı və çıxışı xüsusi diqqət mərkəzində oldu - böyük maraqla qarşılandı. Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər dünyada böyük etimada malik olan Azərbaycanın Avropa İttifaqı ölkələri üçün vacib və cəlbedici tərəfdaş olduğunu bir daha təsdiqlədi. Növbəti dəfə bəyan olundu ki, Aİ ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan, bir neçə məqama ayrıca nəzər salmaq məqsədəmüvafiq olar.
Avropa İttifaqının üzv ölkələrin üçdəbiri ilə...
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalamasını xüsusilə diqqətə çatdırdı. Xüsusi vurğulamaq gərəkdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi əməkdaşlıq əlaqələrinin dinamik inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb və sənədin qalan hissəsi qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacaq. Bütün bunlar isə qarşılıqlı-faydalı tərəfdaşlıq və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Aİ münasibətlərinin yaxşı perspektivləri olduğunu deməyə əsas verir.
Avropa İttifaqının üç ölkəsinə...
Prezident İlham Əliyev bəhs olunan Sammitdə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqdan bəhs etdi, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirdi. Ümumiyyətlə, reallıq budur ki, ölkəmiz Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. 3500 kilometr uzunluğu olan, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılıb. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Bütün bunlar isə həm milli və enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Liderlər arasında ön sırada...
Bütövlükdə, bəhs olunan toplantı növbəti dəfə Azərbaycanın etibarlı tərəfdaş və güclü dövlət kimi yerini, rolunu, Prezident İlham Əliyevin isə yüksək nüfuzunu göstərdi. Yeri gəlmişkən, Sammitin fotolarından biri sosial şəbəkə istifadəçilərinin diqqətini xüsusi olaraq cəlb edib. Söhbət toplantı iştirakçılarının hər birinin öz yerində dayandığı, eləcə də Cənubi Qafqazın lider dövlətinin Lideri olan cənab İlham Əliyevin ön sırada olduğu fotodan gedir. Yazılan rəylərdə qeyd edilir ki, foto Prezident İlham Əliyevin liderlər sırasında ön mövqelərdə dayandığını, Azərbaycanın isə bütün beynəlxalq platformalarda söz və nüfuz sahibi olduğunu göstərir. Yeri gəlmişkən, sosial şəbəkə istifadəçilərinin diqqət yetirdiyi məsələlərdən biri Ermənistanın baş naziri Paşinyanın arxa sırada və miskin duruşudur. Bu da təbiidir, xüsusi şərh etməyə ehtiyac yoxdur. Sadəcə deyə bilərik ki, o, daim bir və bir neçə addım geridə olmaq məcburiyyətindədir.
Bütövlükdə isə, Aİ-nin Şərq Tərəfdaşlığının VI Sammiti Azərbaycanın Liderinin nüfuzunu, Ermənistanın baş nazirinə isə yerini göstərdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10

