Diqqət Soçiyə: bu gün nələr olacaq?
26.11.2021 [10:04]
Prosesləri fərqli rakursdan təhlil edən ekspertlər müxtəlif proqnozlar verirlər
Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Siyasi ekspertlər tərəfindən bu görüşlə əlaqədar müzakirə predmetinə çevrilən bir çox məsələ var. Bunlardan biri tərəflərin hansı şəraitdə və hansı reallıqlar fonunda Soçi görüşünə getməsi, hədəflərin və gözləntilərin nələrdən ibarət olmasıdır. Digər vacib məqam Soçi görüşünün prinsipial məsələlərdə - sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda kommunikasiya xətlərinin bərpası kimi məsələlərdə hansı irəliləyişlərə səbəb olacağıdır. Nəhayət, danışıqların nəticələrinin dekabrın 15-də baş tutacaq Brüssel görüşünə necə təsir göstərəcəyi də müzakirə olunmaqdadır.
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Cənubi Qafqaz regionunda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib.
Qalib və məğlub tərəf yenidən danışıqlar masasında...
Əlbəttə, şərtləri diktə edən Azərbaycanın mövqeyi dəqiq, konkret, birmənalı və qətiyyətlidir. Ölkəmiz, ilk növbədə, üçtərəfli Bəyanatın bütün tələblərinin tam yerinə yetirilməsində israrlıdır. Digər tərəfdən, Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Ermənistan isə Paşinyanın bir neçə gün əvvəl ziddiyyətli və qeyri-müəyyən fikirlər səsləndirməsinə rəğmən, reallıqları qəbul etmək və praqmatik hərəkət etmək məcburiyyətindədir. Xüsusilə də, o unutmamalıdır ki, yeddi şərt irəli sürməsinin cavabı kapitulyasiya olmuşdu.
Ermənistanda siyasi qeyri-müəyyənlik
Yeri gəlmişkən, üçtərəfli görüş öncəsi Ermənistanda siyasi gərginlik artıb, ziddiyyətlər dərinləşib. Erməni ekspertlərinin səsləndirdiyi fikirlər, Ermənistan mətbuatında yer alan yazılar bu ölkədə faktiki olaraq siyasi qeyri-müəyyənliyin hökm sürdüyünü göstərir. Görünən odur ki, məğlub ölkədə cəmiyyətin əhval-ruhiyyəsi pessimist notlara köklənib. Elə müxalif qüvvələrin birləşdiyi “Azadlıq hərəkatı”nın nümayəndələrinin ictimai-siyasi hüzn “janr”ında verdiyi bəyanatlar da bu reallığı əks etdirir. Onlar iddia edirlər ki, razılaşdırılacaq yeni sənəd Ermənistanın Tavuş, Ararat, Sünik, Vaydazor vilayətləri üçün nekroloq olacaq. “Hraparak” qəzetinin iddiası da diqqəti cəlb edir. Nəşrdə yer alan yazıda iddia olunub ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Ermənistanın qarşısına qoyulan şərtlərdən biri erməni qoşunlarının Zəngəzurdan çıxarılmasıdır. Qeyd edilir ki, prosesin başlanması üçün ilkin şərt Sünikdən (oxu: Zəngəzur-N.Q.) ordunun çıxarılmasıdır...
Proseslərdə irəliləyişə nail olmaq üçün üçtərəfli Bəyanatın tam icrası təmin edilməlidir
Ekspertlər bütün bu reallıqları nəzərə alaraq Soçi görüşünü müxtəlif rakurslardan izah edir, fərqli proqnozlar verirlər.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Soçidəki danışıqlar Brüssel görüşünün qırmızı xətlərini müəyyən edəcək: “Görüşün ciddi irəliləyişə səbəb olacağını düşünmürəm. Bilirsiniz ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat tamamilə icra olunmayıb. Ona görə də düşünürəm ki, yeni bir sənədin imzalanması üçün zərurət yoxdur. Gərək, üçtərəfli Bəyanatın tam icrası təmin olunsun, ondan sonra bu məsələlərdə irəliyə doğru addım atılsın”.
ADP sədri Paşinyanın bir müddət əvvəl səsləndirdiyi qeyri-müəyyən fikirlərin daha çox daxili auditoriyaya hesablandığını bildirib: “Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi etiraz var. Bu səbəbdən Paşinyan belə bəyanatlar verməklə məşğuldur. Ona görə də bunu taleyüklü məsələ kimi nəzərdən keçirmək doğru olmaz”.
“Brüssel görüşündən də ciddi gözləntilərim yoxdur. Düşünürəm ki, orada da hansısa irəliləyişə səbəb olan ciddi nəticə əldə olunmayacaq. Sadəcə olaraq, Avropa İttifaqı proseslərə qoşulmağa, fəallığını artırmağa, bölgədəki maraqlarını təmin etməyə cəhd göstərir. Amma indiki formatda və şəraitdə Avropa İttifaqından da bizim lehimizə ciddi qərarlar, addımlar gözləməyə dəyməz. Orada aparıcı dövlət Fransadır, o da ermənipərəst siyasət yürüdür. Azərbaycanın yaxın münasibətlərə malik olduğu Böyük Britaniya isə Avropa İttifaqından çıxıb. İndiyə qədər Fransanın, Hollandiyanın və digərlərinin də Qarabağ məsələsi ilə əlaqədar yanlış mövqelərini xatırlasaq, o zaman Aİ-dən hazırkı şəraitdə Azərbaycanın maraqlarına uyğun müsbət qərar gözləməyə dəyməz. Doğrudur, bundan əvvəl Avropa İttifaqı digər təşkilatlardan fərqli olaraq prinsipial mövqe ortaya qoymuşdu, xüsusilə də suverenlik məsələsi ilə əlaqədar konkret yanaşma sərgiləmişdi. Amma bəyanatda suverenlikdən danışılsa da, əməli fəaliyyətdə tamamilə fərqli mövqe nümayiş etdirirlər”,-deyə S.Cəlaloğlu əlavə edib.
Ermənistan reallıqları qəbul etməyə məcburdur
Milli Məclisin deputatı Arzu Nağıyev isə qeyd edib ki, Ermənistan Rusiyanın məsələlərin həllinə birmənalı yanaşmadığını göstərməyə çalışır. “Bu səbəbdən Paşinyan administrasiyası iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etməyə cəhd göstərir. Ermənistan istəyir ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin. Lakin Rusiyada Paşinyanın kim olmasını və hansı siyasi oyunlar qurduğunu yaxşı dərk edirlər. Buna görə də Rusiya tərəfi prosesləri nəzarətdə saxlamağa çalışır”.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir: “Bu proseslərdə Azərbaycan diktə edən tərəfdir. Ona görə də Azərbaycan təmkinli şəkildə öz siyasətini həyata keçirir. Bizim əsas məqsədimiz sərhədlərin müəyyən edilməsi və təklif olunmuş “3+3” formatının reallaşmasıdır. Unutmaq lazım deyil ki, regionda Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur. Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Buna görə də bütün tərəflərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır. Bizim xarici siyasətimizin əsasında da ərazi bütövlüyümüzün tanınmasını qəbul etdirmək dayanır. Danışıqlar prosesində də bu müddəanın yerinə yetirilməsini təmin etmək istəyirik”.
Millət vəkili əlavə edib ki, Paşinyanın bir neçə gün əvvəlki çıxışı daha çox daxili auditoriyaya hesablanıb və səsləndirdiyi fikirlər spekulyasiya xarakteri daşıyır: “Ermənistan məğlub ölkədir. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün çıxışlar edir. Amma reallıq danışıqlar masasındakı mövzulardır. Ermənistan tərəfi bu reallıqları qəbul etməyə məcburdur”.
Soçi danışıqlarından sonra baş tutacaq Brüssel görüşü fərqli xarakter daşıyır
“Tərəflər görüşdən öncə müvafiq açıqlamalar veriblər. Gündəmdə olan əsas müzakirə mövzuları sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması məsələsidir. Doğrudur, Paşinyan bir neçə gün əvvəl görüşü qabaqlamaq üçün müəyyən bəyanatlarla çıxış edib. O, bununla mövqeyinin sərtləşdiyini ictimaiyyətə təqdim etməyə çalışıb. Bu bəyanatlardan sonra görüşdən hansısa real nəticə gözləmək bir az çətindir”. Bu fikirləri isə qəzetimizə açıqlamasında siyasi şərhçi Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Soçi danışıqlarından sonra baş tutacaq Brüssel görüşü fərqli xarakter daşıyır: “Bu, danışıqlar formatı deyil, sadəcə olaraq, Avropa İttifaqının postkonflikt dövrünün münasibətlərini dəqiqləşdirmək cəhdidir. Görüşdən sonra Aİ-nin öz planları ilə bağlı, daha doğrusu, hansı istiqamətdə fəaliyyətin qurulacağı ilə əlaqədar bəyanat verməsi istisna olunmur. Ümumiyyətlə, Azərbaycan tərəfi Avropa qurumlarının humanitar məsələlərdə, daha dəqiq desək, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi ilə əlaqədar layihələrin həyata keçirilməsində fəal olmasının əhəmiyyətini gündəmə gətirir”.
T.Zülfüqarov Soçi görüşündən sonra mətbuat üçün daha çox ümumi bəyanatların veriləcəyini düşünür: “Bəzi razılıqlar əldə olunsa belə, bir müddət qapalı qalacağı qənaətindəyəm”.
Nurlan
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16
