Ən yeni tariximizin ən böyük yalanı
21.10.2021 [10:43]
AXC – “Müsavat” cütlüyünün “mif yaradıcılığı”
2020-ci ilin payızında adını dünya tarixinə müzəffər xalq kimi yazdırmış Azərbaycan xalqına saxta uydurmalar lazım deyil
Milli maraqların qorunmasını təmin edən bir çox amil var. Bunlardan biri xalqın tarixi, cəmiyyətin isə ictimai-siyasi yaddaşının düzgün formalaşdırılmasıdır. Xüsusilə də, dövlətçilik tarixi və dövlət müstəqilliyi ilə əlaqədar obyektiv yanaşmanın – rasional baxışın ortaya qoyulması həm keçmişdən düzgün nəticə çıxararaq bu gündən gələcəyə sağlam mənəvi körpü yaradılması, həm də siyasi mədəniyyətin, siyasi şüurun inkişafı baxımından çox önəmlidir.
Məlum olduğu kimi, bu günlərdə ölkəmizdə “Müstəqillik Günü haqqında” qanun qəbul edilib, buna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub. Bu, ekspertlər, ziyalılar, tarixçi-alimlər tərəfindən ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və xalqımızın milli kimliyi ilə bağlı rəmzi hadisələrə sistemli və kompleks baxış kimi yüksək dəyərləndirilib. Amma bu məsələyə öz dumanlı siyasi eynəyi arxasından baxan, məsələni ictimai rəyi yanıltmaq üçün qeyri-sağlam rakursdan təqdim etməyə çalışanlar da var. Üstəlik, sadəcə olaraq, ortaya heç bir fakt – arqument qoymadan, sağlam – faydalı müzakirə aparmadan, “bu, nəyə lazımdır” kimi primitiv, az qala “bu, tarixin təhrifidir” kimi absurd “fikir”lər səsləndirməklə...
Əvvəla qeyd etmək lazımdır ki, bu addım tarixin təhrif olunması deyil, tarixə - tarixi hadisələrə düzgün qiymət verilməsidir. Azərbaycan müstəqilliyini 1918-ci ildə qazanıb, 1991-ci ildə isə bərpa edib. Yəni tarixi və məntiqi ardıcıllıq belədir. Lakin “müxalifətçilik” adını istismar etməklə məşğul olanlar, o zaman AXC-“Müsavat” cütlüyünün hakimiyyətində təmsil olunmuş bugünkü siyasi autsayderlər bu reallığı qəbul etmək istəmir, qüsurlu və qərəzli yanaşma ortaya qoyurlar. Hətta onlar 18 oktyabr tarixində müstəqilliyin bərpasını xüsusi – müstəsna hadisə kimi səciyyələndirməyə, bunu hansısa kütləvi fəallığın nəticəsi kimi ictimai rəyə sırımağa çalışırlar. Amma tarixi təhrif və ya başqa formada təqdim etmək mümkün deyil. Həmin dövrün hadisələri göstərir ki, 18 oktyabr tarixində Azərbaycanın gecikmiş müstəqilliyinin elanı SSRİ miqyasında cərəyan edən təbii proseslərin nəticəsi idi. Bu, hansısa hərəkatın və ya siyasi qruplaşmanın xidməti deyildi. Üstəlik, müstəqillik bəyan olunsa da, 1993-cü ilə qədər müstəqil siyasətdən, suverenlikdən əsər-əlamət yox idi, Azərbaycan tənəzzül, xaos və anarxiya məkanı idi. Yalnız 1993-cü ildə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil siyasət həyata keçirməklə ölkənin suverenliyini təmin etdi. Ulu Öndər gerçək müstəqilliyi qazanmağın, onu qoruyub saxlamağın – daimi və əbədi etməyin nə demək olduğunu göstərdi.
Ümumiyyətlə, Xalq cəbhəsi təmsilçilərinin dividend qazanmaq naminə saxtakarlıqla “tarix yazmaq” cəhdləri kifayət qədərdir. Bu kontekstdə bir məqama nəzər yetirək. Məlum olduğu kimi, SSRİ-nin dağılması ərəfəsində həm ittifaq miqyasında, həm də dünyanın bir sıra ölkələrində antikommunizm xarakterli etiraz aksiyaları keçirilir, müxtəlif şüarlar səsləndirilirdi. Bu, Qərbdə müxtəlif qəzet və jurnallarda geniş əksini tapırdı. Məsələn, “Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edənləri “İlin adamları” elan etmişdi. Jurnalın 25 dekabr 1989-cu il buraxılışında müxtəlif ölkələrdə etiraz aksiyalarının keçirilməsi barədə informasiya və məqalələr yer almışdı. Üz qabığında isə Bakıdan foto əks olunmuş, üzərində “İlin xalqı” (“People of the Year”) yazılmışdı. Amma jurnalın içində Azərbaycan xalqının “İlin xalqı” elan olunması və ya ümmumiyətlə, Azərbaycan haqqında heç nə yazılmamışdı. Araşdırmaçıların qənaətinə əsasən, üz qabığında Bakıdan görüntünün verilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olması idi. Bu foto, sadəcə olaraq, dünyada kommunizmə qarşı xalqların etirazını ifadə edirdi. Məhz “İlin xalqı” ifadəsi də kommunizmə etiraz edən xalqları səciyyələndirmək üçün seçilmişdi. Amma AXC-“Müsavat” cütlüyündə təmsil olunaraq Azərbaycan xalqına faciə və fəlakətlər yaşatmış “ictimai-siyasi xadim”lərin “İlin xalqı” məsələsini öz xidmətləri kimi təqdim etməklə ucuz populizm qazanmağa çalışmaları həm gülüncdür, həm də ikrah doğurur. Bu, tükənmiş siyasi ünsürlərin ictimai rəyi necə aldatmağa və “siyasi mif” yaratmağa çalışdıqlarını göstərir. “Mif yaradıcılığı” ilə məşğul olmaq isə tarix yaza və müsbət obrazda tarixə yazıla bilməyən acizlərin işidir. Reallıq XXI əsrdə - 2020-ci ilin payızındaadını dünya tarixinə müzəffər xalq kimi yazdırmış Azərbaycan xalqına saxta uydurmaların lazım olmadığıdır...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

