Revanşizm xəstəliyi Ermənistanı məhvə sürükləyir!
20.10.2021 [11:35]
Onların nə gücləri var, nə də mənəvi haqları...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn edib. Respublikamızın yaratdığı yeni reallıqlar fonunda bölgədə əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsi üçün unikal imkanlar, münbit zəmin yaranıb ki, bu da yalnız qalib Azərbaycan üçün deyil, digər qonşu dövlətlər, həmçinin Avrasiyada digər bir sıra ölkələr üçün böyük önəm daşıyır. Azərbaycan üç onillik ərzində işğal altında qalan ərazilərində törədilən vandalizm əməllərinə, dağıntılara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin yeni dönəmdə əməkdaşlıqla bağlı gündəmə gətirdiyi məsələlər çox aktualdır və onların əhatə dairəsi də kifayət qədər genişdir. Buraya sülh müqaviləsinin hazırlanması və imzalanması, sərhədlərin demarkasiya və delimitasiyasının başa çatdırılması, kommunikasiyaların açılması ilə bölgənin tranzit imkanlarından istifadə olunması, müharibənin yaratdığı humanitar fəsadların aradan qaldırılması və bu kimi digər məsələlər daxildir. Əslində, bu məsələlərin bir çoxu ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda, həmçinin bu ilin yanvarında Moskvada imzalanan müvafiq sənəddə də öz əksini tapıb. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan Cənubi Qafqaz coğrafiyası üçün indiki taleyüklü bir vaxtda öz missiyasını, məsuliyyətini və rolunu düzgün məyyənləşdirib və real hədəflərə nail olmaq üçün güclü səy göstərir, daim yeni təşəbbüslərdən çıxış edir. Dövlət başçımızın gələcəyə baxışları rasionaldır, regiona möhkəm sülh gəlməsinə və inkişafa hədəflənib. Bütün bu kimi hədəflərə doğru qətiyyətli addımların atılmasına, zəruri tədbirlərin görülməsinə, hüquqi əsasların formalaşdırılmasına, bütövlükdə qarşılıqlı etimad mühitinin formalaşdırılmasına Prezident İlham Əliyevin bildirdiyi kimi,Azərbaycan tərəfində siyasi iradə var.
Belə rasional siyasi iradə, konstruktiv mövqe, həmçinin məğlub Ermənistan tərəfindən də tələb olunur. Müharibədə tar-mar olan, diz çökən Ermənistan isə bir dövlət və cəmiyyət olaraqöz içindəki qara qüvvələrdən, hikkədən xilas ola bilmir və yaxud bunu şüurlu şəkildə etmək istəmir. Ermənistan cəmiyyəti, buradakı ayrı-ayrı qüvvələr illüziyalara, mifologiyalara o qədər qapılıblar ki, ilk növbədə onların özünə zərər verən məhdud düşüncələrdən kənara çıxa bilmirlər və beləliklə də, nəfəsliklərini bağlamış olurlar. Erməni cəmiyyəti reallıq hissini tamam itirməyibsə, necə deyərlər, papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir. Üç onilliyi əhatə edən işğal Ermənistana hansısa bir üstünlük qazandırdımı? Əsla! Əksinə, Azərbaycan ərazilərinin işğalından gözləntiləri şüşə kimi daşlara dəyib çilik-çilik oldu. İşğal faktı erməni ailələrinə Serjik Sarkisyan, Robert Koçaryan kimi yalançı qəhrəmanların, quldur və cinayətkarların vədlərinə rəğmən, hansısa xəyali xoşbəxtliyi nəsib etmədi. Əksinə, Ermənistan bütün investisiya cəlbediciliyini itirdi, dalan ölkə kimi tanındı, yoxsulluq, işsizlik, sabaha inamsızlıq burada hər kəsin alın yazısına çevrildi.
Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Ermənistanın da belə acınacaqlı durumdan qurtulması üçün imkanlar yaranıb. Əgər burada indi də vəziyyət düzgün dəyərləndirlməzsə, onda məğlub ölkə daha ağır duruma düşəcək. Postmüharibə mərhələsində Ermənistandakı ayrı-ayrı qüvvələr revanşizm xəstəliyinə yoluxublar. Hətta Ermənistan höküməti də bir sıra hallarda revanşistlərə züy tutaraq ötən ilin noyabrında və cari ilin yanvarında imzalanan üçtərəfli sənədlərlə təsbit olunan müddəalardan boyun qaçırmağa çalışır və yaxud həmin sənədlərlə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdən ötrü müəyyən şərtlər irəli sürürlər. Müharibənin məğlub tərəfi olan Ermənistan elə vəziyyətdə deyil ki, şərtlər dili ilə danışsın. Bu ölkə cinayət törədib, böyük iqtisadi və humanitar fəsadlara yol açan müharibənin başlamasına rəvac verib. Bütün bunlardan sonra bu ölkənin şərtlər dili ilə danışmağa hansı haqqı və gücü var?
Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək, oradan da Türkiyəyə qədər uzanacaq dəmiryolu və avtomobil yolu kimi komponentlərdən ibarət olan kommunikasiya dəhlizi açılacaq. Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan kommunikasiya xəttinə “Zəngəzur dəhlizi” adı verib və bu termin beynəlxalq səviyyədə qəbul olunub. Artıq bir sıra yaxın və uzaq dövlətlər, o cümlədən də dünya nəhəngi Çin bu dəhlizə böyük maraq göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu dəhlizin açılması Azərbaycanın tarixi, siyasi, iqtisadi və milli maraqlarına tam cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə belə bir fikri ifadə edib ki, Ermənistandakı qüvvələrin revanşizm mövqeyindən çıxış etməyə nə gücləri var, nə də mənəvi haqları. Həqiqətən də, Vətən müharibəsində düşmən əyani şəkildə Azərbaycanın nəyə qadir olduğunu gördü. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Müharibədə işğalçı dövlətin silahlı birləşmələri özlərini ən pis, ən zəif tərəfdən nümayiş etdirdilər. 10 min fərari! Bu müharibə günlərində döyüş mövqelərindən qaçan erməni hərbiçilərinin tam olmayan sayıdır. Azərbaycan Ordusunda isə bir nəfər də olsun hərbiçi fərarilik etmədi. Silahlı Qüvvələrimiz hər gün irəlilədi və yeni zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsi ermənilərin uydurduqları mifologiyanı darmadağın etdi. Artıq “müzəffər erməni ordusu” mifi yoxdur və bundan sonra da olmayacaq. Qənimət kimi götürülən və Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnika Ermənistan ordusunun acınacaqlı durumunu göz önündə canlandırır. Belə yararsız ordu ilə XXI əsrin müharibəsini aparmaq mümkün olmazdı. Müharibədə möcüzə baş vermədi və məkrli düşmən layiqli şəkildə cəzalandırıldı. Zamanında Ermənistanın çürük ordusunu quran bu ölkənin sabiq Prezidenti Serjik Sarkisyan olub. Xocalı faciəsində əli körpələrin qanına bulaşan bu qatil indi özünü təmizə çıxarmaq üçün revanşist fikirlər səsləndirir, başqalarının bostanına daş atır, gah nala vurur, gah da mıxa. O belə rəzillik etməkdənsə, lal-kar olmalıdır, döşünə yığdığı dəmir-dümürü də zibil qabına atmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən etdiyi çıxışında Serjik Sarkisyana və Ermənistandakı digər revanşistlərə səslənərək mesajlarını çatdırıb: “Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
Yuxarıda da bildirdiyimiz kimi, Ermənistandakı qüvvələrin revanşist mövqedən çıxış etməyə hansısa mənəvi haqları da yoxdur. Ermənistan rəhbərliyi və ordusu çoxsaylı müharibə cinayətləri törədib. Müharibə günlərində açıq döyüşlərdə məğlubiyyətlə üzləşən Ermənistan hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycan şəhərlərini qadağan olunmuş silahlardan atəşə tutdular. Bu hücumlar nəticəsində Gəncədə, Bərdədə, Tərtərdə və digər ünvanlarda onlarca mülki insan həyatla vidalaşdı. Məkrli düşmən müharibədən sonra minalanmış ərazilərin xəritələrini gizlətməklə və yaxud saxta xəritələr təqdim etməklə müharibə cinayətlərini yenə də davam etdirir.
M. ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10
