Azərbaycan Prezidentinə müraciət ünvanlandı
02.10.2021 [12:41]
“Nəsillərin görüşü” adlı konfrans keçirilib
Oktyabrın 1-də Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “Nəsillərin görüşü” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həsr edilən konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi Zəfəri münasibətilə bir araya gəlməkdən məmnunluğunu bildirib. F.Səttarova Vətən müharibəsi zamanı Azərbaycan xalqının, Ordumuzun qəhrəman əsgər və zabitlərinin Vətən müharibəsində əsl qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərdiklərini vurğulayıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək tədbirin yaşlı və gənc nəsillərin görüşü baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın, sadəcə, bu günü baxımından deyil, həm də gələcəyi baxımından müstəsna rol oynayıb. O, xalqımızı bu Zəfərə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandana, şanlı Ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazanılan bu mühüm Qələbə daim tarixdə qalacaq. Bu Qələbə xalqımızın, Prezidentimizin və dövlətimizin sivil dünya qarşısında böyük xidmətidir.
Ölkəmizdə 100-ə yaxın veteranlar təşkilatının fəaliyyət göstərdiyini qeyd edən V.Quliyev veteranlarla, şəhid ailələri ilə əlaqədar təşkilatlarda fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi veteranlarının gənc və yaşlı nəsil ilə görüşünün keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın veteran təşkilatlarının beynəlxalq əməkdaşlığı gücləndirməsinin önəmini vurğulayıb.
Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev Vətən müharibəsində qazanılan Qələbənin önəminə diqqət çəkib. Nazir müavini bu Zəfərin qazanılmasında ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda böyük əzmkarlıq, vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstərdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Elşad Əbilov veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi Qələbənin Azərbaycan dövləti və xalqının tarixində mühüm yer tutduğunu, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün daha geniş perspektivlər açdığını qeyd ediblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək Vətən müharibəsindəki tarixi Zəfərin təkcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqəti cəlb edib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan və tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatında yeni bir səhifə açdığı, təkcə erməni işğalı nəticəsində itirilmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa etdiyi vurğulanıb. Bildirilib ki, 8 Noyabr Zəfəri təkcə Azərbaycan və onun sərhədləri ilə məhdudlaşmır. 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ölümcül zərbə vuran Azərbaycan bütün regionu hədəf alan faşizm təhlükəsini də ortadan qaldırıb, ümumilikdə, bəşəriyyətə böyük töhfə verib. Faşizmin İkinci Dünya müharibəsində məğlub olduğu kimi, 2020-ci il noyabrın 10-da da Ermənistan darmadağın edilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq, dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməli, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin qlobal önəmini anlamalıdır.
Həmçinin qeyd olunub ki, otuz ilə yaxın müddətdə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində səbirlə iştirak etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar heç bir nəticə vermədi. Münaqişə Azərbaycan Prezidentinin və xalqının qəti iradəsi nəticəsində həll edildiyi halda, həmsədrlərin yenidən “danışıqlar”dan bəhs etmələri gülünc və utancvericidir.
Müraciətdə Prezident İlham Əliyevin müharibədən əvvəl və hərbi əməliyyatların gedişi zamanı diplomatik görüşlərində və beynəlxalq tribunalardakı çıxışlarında, o cümlədən dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində işğalçı Ermənistan və onun hərbi cinayətləri haqqında səsləndirdiyi fikirlər erməni faşizminin ifşasında, onun ideoloji əsaslarının sarsıdılmasında mühüm rol oynayıb. Müharibə və post - müharibə dönəminin təhlili göstərir ki, Azərbaycan Ermənistanı təkcə hərbi platformada deyil, informasiya və diplomatiya müstəvisində də tam məğlub edib, onu mənəvi-ideoloji cəbhədə də böyük itkilərlə üz-üzə qoyub.
“Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində torpaqlarımız artıq işğaldan azad olunub. Siz faşist Ermənistanın hərbi işğalından azad edilən rayonlarımızı yenidən dirçəltməyi, orada həyatı yenidən bərpa etməyi, Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirməyi əsas hədəflərdən biri kimi müəyyən etmisiniz. Biz, konfrans iştirakçıları bəyan edirik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəldilməsi prosesinə töhfə verməyə hazırıq. Veteranlarımız bu günə qədər olduğu kimi, bundan sonra da Sizin çağırışlarınızı dəstəkləyir və bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcəklər. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi Zəfərimizə, bu Zəfərin baş memarı olan Sizə və Ordumuza borcluyuq. Biz bundan sonra qalib və müzəffər xalq kimi yaşayacağıq”, - deyə müraciətdə xüsusi vurğulanıb.
Konfransın yekununda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
