ABŞ təmkinli uçot siyasətinə keçdi
20.03.2026 [09:11]
Federal Ehtiyat Sistemi daxili və xarici riskləri nəzərə alaraq pul siyasəti dəhlizini sabit saxlayıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) martın 18-də keçirilən iclasında 2026-cı ilin ikinci pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Yəni FES aşağı uçot siyasətinin davam etdirilməsini məqsədəuyğun hesab etməyib və mövcud stavkanı məqbul sayıb. Qeyd edək ki, FES sonuncu dəfə 2025-ci il dekabrın 10-da faiz dərəcəsini 25 baza bəndi endirib və hazırda bu rəqəm 3,75-dən yüksək deyil. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir.
Yeri gəlmişkən, faiz qərarı ilə bağlı səsvermədə gərginliklər də yaşanıb. İdarə heyətində 11 üzv faizin sabit saxlanmasına səs versə də, Steven Miran faizlərin 25 baza bəndi azaldılaraq 3,25-3,50 aralığına endirilməsini təklif edib. Onun bu təklifi geri çevrildiyindən Miran bank heyətini iqtisadiyyatın inkişafına təkan verməməkdə ittiham edib. Onun kriptobazarın fəal dəstəkçisi olması və aşağı faizlər dəhlizində israr etməsi investisiya və fond bazarlarının üzvlərinə yaxınlığından irəli gəlir. Çünki aşağı faiz dərəcəsi stavkası maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdırır. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artırmağa çalışır. Ancaq bank heyəti hazırkı qlobal təhdidlər fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləməyir.
Yaxın Şərqdəki gərginlik pul siyasətinə də təsir edir
FES sədri Jerome Povel qərardan sonra keçirdiyi mətbuat konfransında iqtisadi vəziyyətə dair fikirlərini bölüşərkən bildirib ki, ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalır və hazırda qlobal bazarda enerji qiymətlərinin yüksək qalması inflyasiyanı daha da artıracaq. Xüsusilə də, yeni neft şokunun yaşanması mal və xidmətlərin dəyərini kəskin bahalaşdırmaqla inflyasiyanın hərarətini artıracaq.
ABŞ Mərkəzi Bankının açıqlamasında da məlum olur ki, qurum ehtiyatlı və mühafizəkar pul siyasətinin davam etdirilməsində qərarlıdır. Buna təsir edən bir çox fundamental amillər var ki, onlar həm daxili makroiqtisadi mühitdən, həm də xarici təsirlərdən qaynaqlanır. İlk növbədə, ABŞ-da inkişaf göstəriciləri kifayət qədər qənaətbəxş hesab edilsə də, bəzi bazar və maliyyə indikatorları hökumətin baxışlarına tam cavab vermir. Ölkədə ilin ilk 2 ayı ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. Ancaq, bununla belə, inflyasiya hələ də hədəf səviyyəsindən yüksəkdir, maliyyə indeksləri artmayıb, hətta bəzi investisiya qurumlarının və fond institutlarının indeksləri cüzi ucuzlaşıb. Mart ayında isə iqtisadi aktivlik müəyyən qədər zəifləyib, istehlak sektorunda artım tempi yavaşıyıb, biznes göstəricilərində ehtiyatlı dinamika müşahidə olunur. Bu vəziyyət ABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlı yüksəliş trendi formalaşdırmasının qarşısını da alır.
Yaxın Şərqdəki gərginliyin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkən FES xarici faktorun pul və maliyyə bazarlarını təhdid edəcəyini gizlətmir. Bu ssenarilər şəraitində qiymət sabitliyi və tam məşğulluq hədəfləri üzrə riskləri yaxından izləməyə davam edəcəyini vurğulayan qurum gərginliyin uçot siyasətinə mənfi təsirlərini istisna etmir. Qeyd olunduğuna görə, gələcək faiz qərarlarında iqtisadi göstəriciləri, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək. Gərginliklər bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq, əksinə faiz dərəcələrinin artırılması mümkün ola bilər.
FES-in qərarı qlobal bazara necə təsir göstərəcək?
FES-in yüksək faiz dərəcələri qlobal maliyyə və investisiya bazarını müəyyən qədər sıxır və səhmdarlar aktivlərə yüksək həcmlərdə kapital yatırmırlar. Aşağı dərəcəli faiz stavkası isə qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün də xüsusi əhmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.
Dünya birjaları bu addımın yeni hərəkətverici impuls yaradacağını ehtimal edirlər. Xüsusilə də, maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklər faiz siyasətinə uyğun nizamlanır. Məlumdur ki, Trampın yeni maliyyə siyasəti də məhz aşağı uçot dəhlizi çərçivəsində ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Məsələ ondadır ki, son günlərdə regionda baş verən gərginliklər qızılın da qiymətini davamlı dəyişdirir, sarı metalın unsiyası martın əvvəlində 5200 dollara yüksəlmişdisə, hazırda 4850 dollara düşüb. Eləcə də kriptovalyutaların da dəyəri aşağıya doğru istiqamətlənib. Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri ticarət birjalarında yanvarda 124 min dollara qədər yüksəlmişdisə, son bir ayda davamlı ucuzalaşaraq son sutkada 74 min dollar səviyyəsinə düşüb.
Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kritovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarları digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25

