Tbilisi - Brüssel xəttində daha bir qırılma
13.02.2026 [12:23]
Aİ-nin 25 üzv ölkəsi Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib
Qonşu Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında çatlar dərinləşməkdədir və bu günlərdə daha bir qırılma baş verib. Söhbət Aİ-nin 25 üzv ölkəsinin Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləməsindən gedir.
Qərar 25 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib. Macarıstan və Slovakiya qərara qarşı çıxıblar. Martın əvvəlində qüvvəyə minəcək qərarla Gürcüstan diplomatları Aİ ölkələrinə vizasız səfər hüququndan məhrum ediləcəklər.
Rəsmi Tbilisi ilə Brüssel arasında permanent hal alan qarşıdurma
Xatırladaq ki, Gürcüstan 2012-ci ildən Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində danışıqlara başlayıb. Aparılan danışıqlar 5 il çəkib və yalnız 2017-ci ilin martında Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minib. Lakin yuxarıda bəhs olunan qərar da göstərir ki, artıq qarşılıqlı münasibətlərdə əks proseslər başlayıb. Bundan əvvəl ötən il Aİ-nin 10-dan çox ölkəsi Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi aradan qaldırıb.
Ekspert çevrələrində Gürcüstan diplomatlarının Aİ ölkələrinə vizasız səfər hüququndan məhrum edilmələri son illərdə Tbilisi-Brüssel xəttində müşahidə edilən permanent gərginliyin tərkib hissəsi kimi dəyərləndirilir. Permanent gərginliyin əsas səbəbi isə Gürcüstan hakimiyyətinin həyata keçirdiyi siyasətlə Aİ-nin bu ölkədən almaq istədikləri arasında kəskin ziddiyyətlərin olması ilə bağlıdır. Bir vaxtlar Aİ Gürcüstanı özünün genişlənmə siyasətinə daxil etmişdi və bu proses müəyyən səviyyəyədək irəliləmişdi. Rəsmi Tbilisi Brüsseldən ardıcıl olaraq siyasi dəstək və maliyyə yardımları alırdı. Bəs bütün bunların əvəzində Gürcüstandan nə istənilirdi? Bax, əsas sual bundan ibarətdir. Brüsselin istəyinə görə, Gürcüstanda sözəbaxan, Qərbdən gələn tezisləri milli fəaliyyət planı kimi qəbul edən hakimiyyətt qurulmalı idi. Həmçinin Gürcüstan hakimiyyətindən Qərbə inteqrasiya siyasətini vahid bir xətt kimi davam etdirməsi tələb olunurdu.
“Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət isə Brüsselin Aİ-yə üzvlüyü milli dövlətə qarşı təyziq vasitəsinə çevirməsini əsla qəbul etmir. Qonşu ölkədə milli maraqların qorunması, seçimlərin müstəqil şəkildə edilməsi prioritet kimi müəyyənləşdirilib.
Parlamentdə qəbul olunan qanunlar və Aİ-nin sərt üzü
Proseslər irəlilədikcə məlum oldu ki, Gürcüstan rəhbərliyinin milli maraqları önə çəkmək istəyi ilə Qərbə inteqrasiya siyasətini bir arada təsəvvür etmək belə mümkün deyil. Daha dəqiq desək, Qərb belə yanaşmanı yaxına buraxmır. Münasibətlərdəki çatlar Gürcüstan parlamentində əvvəlcə “Xarici təsirin şəffaflığı haqqında”, bunun ardınca isə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanunların qəbul edilməsi ilə daha da dərinləşdi. Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir.
Qərb isə bəhs olunan qanunu başqa izahlar altında təqdim edir. Aİ-nin təsisatları o qənaətdən çıxış edirlər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-da və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.
Qərb dairələri həmçinin “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Gürcüstan Avropa strukturlarına, o cümlədən, Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?
Məhz rəsmi Tbilisinin sözügedən iki qanunun qəbul edilməsindən geri çəkilmədiyinə görə ölkə Qərbdən gələn sərt təzyiqlərlə üzləşib. Bu gün Qərb rəsmi Tbilisini sanksiyalarla hədələyir. Bəhs olunan qanunların icrasının dayandırılmayacağı, mövcud siyasi kursun dəyişdirilməyəcəyi təqdirdə Gürcüstanın Aİ-yə gedən yolunun tamam bağlanacağının anonsu edilib.
Şantaj nəticə vermir
Gürcüstan hakimiyyətinin milli iradəsinin Qərb dairələri tərəfindən şantaj edilməsi, əlbəttə ki, nəticə vermir. Rəsmi Tbilisi sanksiya hədələrinə rəğmən, götürdüyü siyasi kursu davam etdirəcəyini bildirir və bu istiqamətdə siyasi qərarların verilməsini davam etdirir. Bu günlərdə parlamentin Hüquqi Məsələlər Komitəsində “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində “Qrantlar haqqında” və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketinin birinci oxunuşda müzakirə edilərək dəstəklənməsi bunun əyani təsdiqidir.
“Gürcü Arzusu”nun parlamentdə irəli sürdüyü növbəti qanunvericilik təşəbbüsü də milli maraqlara, dövlətçiliyin qorunmasına xidmət edir. Parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir. Qrantlar nağd və ya natura formasında ola bilər.
Yeni qanunvericilik paketinə əsasən, siyasi məqsədi olan və bunu açıq şəkildə bəyan edən fiziki və ya hüquqi şəxslər siyasi partiyalarla eyni tələblərə tabe olacaqlar. Bu isə onların xaricdən maliyyə almasını əngəlləyir, hüquqi şəxslərdən ianə qəbulunu məhdudlaşdırır və gəlirlərin qanunla müəyyən olunmuş müddətdə bəyan olunmasını tələb edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

