“Qəzza üçün potensial dönüş nöqtəsi”
30.01.2026 [09:57]
BMT Donald Trampın sülh planını belə dəyərləndirir
Fələstində vəziyyət, xüsusilə Qəzza problemi BMT Təhlükəsizlik Şurasının son iclasında əsas müzakirə mövzusu olub. BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini Ramiz Ələkbərov iclasda çıxış edərək Qəzzadakı mövcud vəziyyəti “Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edib. R.Ələkbərov Qəzzada münaqişəyə son qoyulması üzrə ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət sülh planının ikinci mərhələsinin başlanmasını və Sülh Şurasının yardımçı strukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə Milli Komitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılmasını sektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addım adlandırıb. “Qəzza üçün potensial dönüş nöqtəsi yaranıb, daha yaxşı gələcək üçün real imkan mövcuddur. Lakin hələ də qeyri-müəyyənlik çoxdur”, - deyə o bildirib.
Xüsusi koordinatorun müavini bildirib ki, bu yaxınlarda Qahirədən qayıdıb və orada Qəzzanın idarə olunması üzrə Milli Komitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə, humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığa BMT-nin necə dəstək göstərə biləcəyini müzakirə edib. “Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrə ağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır”, - deyə Ələkbərov bildirib.
Qəzzada əhali hələ də yardıma ehtiyac duyur
O, vurğulayıb ki, Qəzzanın demilitarizasiyası və etibarlı təhlükəsizlik mexanizmləri Milli Komitənin fəaliyyəti üçün əsas şərtlərdir. Qəzzadakı humanitar vəziyyəti şərh edən BMT-nin yüksək vəzifəli nümayəndəsi qeyd edib ki, əhalinin demək olar ki, hamısı hələ də yardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvat yaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkünün vəziyyətini daha da ağırlaşdırıb. O, bildirib ki, təhlükəsizlik şəraitinin qeyri-sabitliyi, yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrində gecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitar təşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərə bilmirlər.
R.Ələkbərov, həmçinin qeyd edib ki, qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalar davam edir. Ərazidə mülki şəxslər həlak olur. “Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi həlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir. Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsiz gələcəyin əsaslarını qoymaq üçün real imkandır”, - deyə xüsusi koordinatorun müavini vurğulayıb.
Sülh Şurası hədəflərinə çatacaqmı?
Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Qəzza sülh planının ikinci mərhələsinə rəsmi keçidi təsdiqləyib və Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib. Bu barədə Tramp “Truth Social” şəbəkəsində paylaşım edib. O yazıb: “Biz 20 maddəlik Qəzza sülh planının növbəti mərhələsini rəsmi olaraq başladıq”. ABŞ Prezidenti yeni yaradılmış Fələstin texnokratik hökumətini dəstəklədiyini vurğulayıb.
Sülh Şurasının yaradılması isə Donald Trampın 20 maddəlik sülh planında öz əksini tapır. Şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir. Yanvarın 22-də isə Davosda bir sıra ölkələr “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar. Sülh Şurası dünyada sabitliyin təşviqi, münaqişə zonalarında dayanıqlı sülhün dəstəklənməsi və beynəlxalq təhlükəsizliyin legitimlik, ədalət əsasında bərpası üçün çevik, işlək mexanizm yaratmaq məqsədi daşıyır. ABŞ tərəfindən BMT-nin boşluqlarını doldurmaq üçün təsis edilən bu struktur, konkret sülh modelləri və regional əməkdaşlıq mexanizmlərini reallaşdırmağa xidmət edir.
Sülh Şurasının yaradılmasının əhəmiyyəti aşağıdakı əsas istiqamətlərlə şərtlənir. Beynəlxalq Təhlükəsizliyin Yeni Modeli: Təhlükəsizliyin yalnız güc balansı ilə deyil, legitimlik və ədalət üzərində qurulmasını təmin edir. Dayanıqlı Sülh və Reinteqrasiya: Münaqişədən təsirlənən ərazilərdə infrastrukturun sülh alətinə çevrilməsi və praktiki reinteqrasiya modellərinin tətbiqinə kömək edir.
Funksional Əməkdaşlıq: Çevik qərar qəbul etmə mexanizmi ilə mövcud beynəlxalq təşkilatların çatışmazlıqlarını dolduraraq, regional və qlobal aktorlar arasında səmərəli əməkdaşlığı artırır.
Etibarlı idarəetmə: Böhran bölgələrində hüquqi və etibarlı idarəetmənin bərpasına dəstək verir.
Sülh Şurasının fəaliyyətinin hansı nəticələr verəcəyini isə zaman göstərəcək. Çünki bu təsisata müxtəlif ölkələr tərəfindən münasibət birmənalı deyil. Lakin BMT-nin münaqişələrin həllində effektli olmaması Sülh Şurasına ümidləri artırır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

