İranda etirazlar səngimir
06.01.2026 [09:30]
İranda etiraz aksiyaları və iğtişaşlar davam edir. Buna səbəb dolların bahalaşması fonunda milli valyutanın ucuzlaşmasıdır. Bu da əhalinin sosial durumuna ciddi təsir edir.
12 günlük müharibənin ağır nəticələri...
Qeyd edək ki, İranda İsraillə 12 günlük savaşdan sonra iqtisadi vəziyyət gərginləşib. Digər səbəb müharibəyə görə nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının dayandırılımasıdır. Belə ki, bundan sonra Tehran Qərbin sanksiyaları ilə daha çox üzləşir. Bütün bunların fonunda dekabrın 28-i İranda, xüsusən də paytaxt Tehranda sahibkarların etiraz aksiyası başlayıb və güclənən nümayişlər bir neçə gündür davam edir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda ölən və yaralananlar var. Etrazçılar ali dini lider Xameneinin portlərini də yandırmaqdan çəkinməyiblər.
Yeri gəlmişkən, İsrail ilə 12 günlük müharibə zamanı həlak olanların ailələri ilə görüşdə Xamenei bildirib ki, milli valyutanın dəyərinin düşməsinə görə etirazlar əsaslıdır: “Sahibkarlar belə şəraitdə işləyə bilməyəcəklərini deyəndə haqlıdırlar. Dövlət rəsmiləri bunu qəbul edirlər və mən bilirəm ki, hörmətli Prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üzərində işləyirlər”. Onun sözlərinə görə, bəzi qüvvələr yalan iddialar irəli sürərək ölkəyə, rəsmilərə, hökumətə və ya millətə nəyisə qəbul etdirmək istəyirlər: “Hər bir insan buna qarşı qətiyyətlə dayanmalıdır, biz düşmənə boyun əyməyəcəyik”.
İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın ciddi zəifləməsi fonunda istefa verib. Vəziyyət isə mürəkkəb olaraq qalır. Xatırladaq ki, prezident Məsud Pezeşkian etiraz yürüşləri başladıqdan dərhal sonra hüquq-mühafizə orqanlarını təmkinli davranmağa, hökumət üzvlərini isə narazı kütlə ilə dialoqa girməyə çağırmışdı. Hökumətin effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalı olduğunu vurğulayan Pezeşkian sözlərinə belə davam edib: “İnsanlar narazıdırsa, bu bizim günahımızdır. Məsuliyyət bizimdir”.
“Xalqa xidmət edə bilmirəmsə, vəzifədə olmamalıyam”
“Xalqa xidmət etməyə gəlmişəm və əgər məsuliyyət mənim üzərimdədirsə, problemi həll etməliyəm”-deyən prezident əlavə edib ki, bütün vətəndaşların problemləri həll olunmalıdır: “Allah imkan verməz ki, kimsə cəmiyyətdə ac və yoxsul qalsın. Biz də buna laqeyd olmamalıyıq. Xalqa xidmət edə bilmirəmsə, vəzifədə olmamalıyam”. Pezeşkian ictimai gərginliyin zorakılıq yolu ilə deyil, qarşılıqlı anlaşma və siyasi dialoq vasitəsilə aradan qaldırılmasının vacibliyini vurğulamışdı. Lakin mühafizəkar dairələr etirazçılara qarşı sərt və radikal mövqedən çıxış edir, təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ölən və yaralananların sayı ilə bağlı məlumatlar artmaqdadır.
İranda artan etirazlar və güclənən xarici təzyiqlər fonunda Milli Təhlükəsizlik üzrə Ali Şuranın fövqəladə iclası keçirilib. Yerli mənbələrin məlumatına görə, toplantıda ölkənin üzləşdiyi risklər və mümkün inkişaf ssenariləri müzakirə olunub. Şura üzvləri mövcud vəziyyəti “yaşamaq uğrunda mübarizə” kimi dəyərləndirərək, etirazların minimum güc tətbiqi ilə necə nəzarətdə saxlanıla biləcəyini müzakirə ediblər. Hakimiyyət daxilində əsas məqsədin daxili sabitliyi qorumaq və vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olduğu bildirilir.
Eyni zamanda, iclasda mümkün eskalasiya riskləri, eləcə də xarici təhlükələrə verilə biləcək cavab variantları da gündəmə gətirilib. Müzakirələrin detalları açıqlanmasa da, prosesin İran rəhbərliyi üçün kritik mərhələyə daxil olduğu vurğulanır. Beynəlxalq müşahidəçilər isə İran ətrafında vəziyyətin daha da gərginləşə biləcəyini istisna etmirlər.
ABŞ və Aİ-nin mövqeyi necədir?
İrandakı son etirazlara ABŞ da müxtəlif səviyyələrdə münasibət bildirib və bu, həm siyasi-diplomatik, həm də insan hüquqları kontekstində formalaşıb. Dövlət Departamentinin nümayəndələri etirazçıların hökumətin iqtisadi siyasətinə narazılıqlarını “real ictimai qəzəbin təzahürü” kimi qiymətləndirərək, rəsmi Tehranı zorakılıqdan çəkinməyə və vətəndaşların haqlarını qorumağa çağırıblar. ABŞ Prezidenti Donald Tramp da açıqlamalarında İran hakimiyyətinin iqtisadi və sosial problemlərlə bağlı narazılıqları yetərincə anlamadığını qeyd edərək, etirazçıların sülhsevər nümayiş hüquqlarının qorunmasının vacib olduğunu vurğulayıb. Eyni zamanda Tramp administrasiyası bəyan edib ki, əgər Tehran sülhsevər nümayişləri zorakılıqla yatırmağa çalışarsa, ABŞ bu vəziyyətə adekvat reaksiyalar verə bilər və təzyiqləri artırmaqdan çəkinməyəcək.
Avropa İttifaqı ölkələri isə hadisələrə bir qədər fərqli, daha çox diplomatik və hüquqi çərçivədə reaksiya verirlər. Brüssel və bir sıra Aİ paytaxtları etirazçıların sülhsevər nümayiş hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb və rəsmi Tehranı zorakılıqdan çəkinməyə çağırıblar. Eyni zamanda Avropa ölkələri İranın iqtisadi vəziyyətinin gərgin olduğunu, sosial narazılıqların artdığını və dialoqun vacib olduğunu qeyd edərək, vəziyyətin yalnız təhlükəsizlik tədbirləri ilə həll olunmayacağını ifadə ediblər. Bu yanaşma ABŞ-ın insan hüquqları tonuna bənzəyir, lakin Avropa ölkələri daha çox diplomatik kanallar və multilateral mexanizmlər vasitəsilə təsir göstərməyə çalışırlar.
Proseslərin hansı məcrada davam edəcəyinə gəlincə, əgər hökumət həm iqtisadi islahatlar aparıb, həm də sosial narazılıqları aradan qaldırmaq üçün tədbirlər görərsə, gərginlik müəyyən qədər azala bilər. Əks halda, qlobal proseslər fonunda gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq bir qədər çətindir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00

