Papanın ilk xarici səfəri: Niyə məhz Türkiyə?
29.11.2025 [09:58]
Çoxdan idi ki, müzakirələri aparılan səfər baş tutub - Vatikan rəhbəri XIV Leo vəzifəsinin icrasına başlamasından cəmi 6 ay sonra ilk xarici səfərini Türkiyəyə edib. Səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan və XIV Leo təkbətək və geniş formatda baş tutan görüşlərdə, mətbuata verdikləri bəyanatlarda dünyaya bir sıra önəmli mesajlar ünvanlayıblar.
Papa XIV Leo: Türkiyə dünya nizamında mühüm yer tutur
Təbii ki, Papanın bu vəzifədə ilk xarici səfərini Türkiyəyə etmək seçimi təsadüfi olmayıb. Bu, qardaş Türkiyənin regionda və dünyada artan nüfuzu ilə bağlıdır. Bu gün Türkiyə müasir nəsil silahları ilə hərbi gücdür, genişlənən böyük iqtisadiyyatdır. Ən önəmli məqamlardan biri də rəsmi Ankaranın qətiyyətli siyasi iradəsi ilə bağlıdır. R.T.Ərdoğan BMT tribunasından və digər yüksək kürsülərdən daim beynəlxalq prinsiplərin gözlənilməsinə çağırışlar edir, güc mərkəzlərini, bütün dünyanı ədalətə səsləyir. Eyni zamanda, Ankara ayrı-ayrı coğrafiyalarda müharibə alovlarının söndürülməsinin tərəfdarıdır. Bunun təsdiqi olaraq Türkiyə təkcə son vaxtlarda öz imkanlarını təqdim etməklə Qəzzada və Ukraynada sülhə nail olunması üçün davamlı səylər göstərib.
Türkiyənin Vatikan üçün də cəlbediciliyini artıran digər bir məqam ölkənin tolerant mühiti ilə bağlıdır. Müqəddəs Taxt-Tacın sahibi ilə görüşdən sonra verdiyi açıqlamada qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə sülh və ədalətin önəmini qeyd edən Ərdoğan, Türkiyənin fərqli mədəniyyətlərin və dinlərin yanaşı yaşadığı unikal bir ölkə olduğunu xatırladıb. Prezident son illərdə ölkə üzrə çoxsaylı kilsə və ibadətgahların bərpa edilərək yenidən istifadəyə verildiyini də diqqətə çatdırıb. Yeri gəlmişkən, Papanın səfər proqramının gündəliyinə həmçinin Türkiyədə xristian inancının əsas mətnlərindən sayılan Nikeya etiqadının qəbul olunduğu Nitseya Şurasının 1700 illiyi münasibətilə keçirilən mərasimdə iştirak da daxildir. Bu, bir daha təsdiqləyir ki, qardaş ölkədə bütün etiqadlar azaddır.
Səfər çərçivəsində keçirdiyi görüşlərdə və verdiyi açıqlamalarda Papa hazırda Türkiyənin dünya nizamında mühüm yer tutduğuna xüsusi diqqət çəkib. O, Ankarada Prezident Kompleksində keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Türkiyə həm bu gün, həm də gələcəkdə Aralıq dənizi regionunun və bütün dünyanın formalaşmasında strateji rol oynayır. XIV Leo səfər loqosu kimi Çanaqqala körpüsünün seçilməsinin Türkiyənin xüsusi rolunu simvolizə etdiyini bildirərək deyib: “Bu körpü Türkiyənin daxili müxtəlifliyini birləşdirir və ölkənin Asiya ilə Avropanı, Şərqlə Qərbi bağlayan strateji keçid olduğunu nümayiş etdirir.”
Türkiyə və Vatikanın üst-üstə düşən sülh gündəliyi
Səfər çərçivəsində keçirilən görüşlərdə və mətbuata verilən bəyanatlarda R.T.Ərdoğanın və XIV Leonun dünyaya verdikləri əsas mesaj sülhlə bağlı olub. Qardaş ölkənin dövlət başçısı Türkiyənin Suriyadan Ukraynaya qədər milyonlarla qaçqına sığınacaq verdiyini vurğulayıb. O, çıxışında Fələstin məsələsindən danışarkən deyib ki, 70 mindən çox qəzzalı həyatını itirib.
Fələstinə borcumuz ədalətdir. Bu isə 1967-ci il sərhədləri əsasında iki dövlətli həllin həyata keçirilməsi ilə mümkündür”.
Ankaranın regionda, dünyada sülhə sadiqliyi hər zaman barışıq ideyalarını təşviq edən Vatikanın mövqeyi ilə üst-üstə düşür. Papa XIV Leonun Ukrayna müharibəsi ilə bağlı sülh və diplomatiya çağırışları qlobal səviyyədə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Müqəddəs Taxt-Tac da iki dövlətli sülh planını dəstəkləyir. Səfər çərçivəsində xatırlandığı kimi, sentyabr ayında Papa Leo Vatikan şəhərində İsrail Prezidenti İsxak Hersoq ilə görüşündə Qəzzadakı “faciəvi vəziyyət”i gündəmə gətirib. Türkiyədə verdiyi açıqlamasında qlobal gərginliyin artdığını deyən Papa hazırkı dönəmi “Papa Fransiskin adlandırdığı kimi, tədricən inkişaf edən üçüncü dünya müharibəsi riski” adlandırıb. O bildirib ki, bu dinamika insanlığın real problemlər - sülh, aclıqla mübarizə, səhiyyə, təhsil və ekoloji qorunma - üzərində diqqətini yayındırır. Papanın bu fikirləri dünyaya müharibələrdən uzaq durmaq mesajı kimi qəbul edilməlidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49

