Enerji müttəfiqliyinin uğurlu platforması
06.09.2025 [12:37]
Azərbaycan-Türkiyə IV Enerji Forumunda yeni prioritet hədəflər müəyyənləşdirilib
Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda karbohidrogen, neft-kimya, bərpaolunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə faydalı müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiya çərçivəsində yaradılan Enerji Forumu ötən dövr ərzində iki ölkə arasında enerji sektorunun müxtəlif seqmentləri üzrə qarşıya qoyulmuş prinsipial məsələlərin həllində təşviqiedici rol oynamaqla, müştərək layihələrin icrasınnda əlaləndiricilyə və investisiya motivasiyalarına öz dərin töhfələrini verib. Bu təsisat iki qardaş dövlətin enerji təmaslarının möhkəmlənməsində unikal platforma olmaqla yanaşı, regional enerji kommunikasiyalarının möhkəmlənməsində müsbət rol oynayıb. Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun vurğuladığı kimi Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir.
Regional və qlobal ixrac marşrutlarının müəllifləri
İki qardaş ölkə arasında iqtisadi münasibətlər tarixdə misli görünməmiş səviyyəyə yüksələrək enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib. Neft sazişləri ilə başlayan mükəmməl əməkdaşlıq platforması regional və qlobal ixrac marşrutlarının ərsəyə gəlməsinə, TANAP, TAP kimi nəhəng arteriyalarının işə düşməsinə səbəb olub. Eyni zamanda, Azərbaycan Türkiyənin nəinki ən böyük enerji təchizatçısı kimi çıxış edərək qardaş ölkənin enerji sektoruna və iqtisadiyyatına ən böyük investisiya yatırıb, infrastruktur ekosistemini tamamilə yeniləşdirib.
Azərbaycan və Türkiyə arasında enerji tərəfdsaşlığının ən nümunəvi formatı təbii qaz sahəsində sazişlıərin icrasıdır. Azərbaycan qaz nəqlinə başlayandan indiydək Türkiyəyə 120 milyard kub metrdən çox qaz ixrac edib. Bölgənin ən iri yanacaq nəql xətti olan TANAP və TAP-la Türkiyə üzərindən Avropaya 50 milyard kub metrdən artıq qaz nəql edilib. 2025-ci ilin 8 ayında Türkiyəyə birbaşa 6,6 milyard Azərbaycan qazı, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kub metr qaz çatdırılıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi həm də dostluq, həmrəylik konseptinə söykənir və bölgədə humanitar sıxıntılar yaşayan ölkələrin problemlərinin həllində də əsas faktor kimi çıxış edir. Bu mühüm amilin nümunəvi formalarından biri kimi Suriyanın enerji təhlükəsizliyində iki qardaş ölkənin töhfəverici dəstəyidir. Qaz nəqlinin başlandığı bir ay ərzində Suriyaya 60 milyon kub metr qaz göndərilib. Bu iqtisadi hadisə Azərbaycan və Türkiyənin Yaxın Şərqdə yeni enerji mərhələsini başlatmaqla, geosiyasi proseslərdə aktiv rolunu göstərir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. Mövcud situasiyalar bir daha təsdiqləyir ki, Suriyaya qaz nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir.
Yeni geosiyasi reallıqlar fonunda dəyişən enerji xəritəsi
Azərbaycan və Türkiyə müasir enerji gündəliyinin yeni səhifələrini yazır. Ötən 30 illik sarsılmaz enerji tərəfdaşlığı hazırda dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda iki dövlətin mövqelərini gücləndirən yeni mərhələyə daxil olub. Belə ki, “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır. Zəngəzur dəhlizinin açılması və dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi bu transmilli nəhənd nəqliyyat arteriyasının qollarını daha da genişləndirəcək və Azərbaycan və Türkiyə beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcək.
Zəngəzur dəhlizi, həmçinin Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl enerji”nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrut kimi də mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılması da bu ümumi strategiyanın tərkib hissəsi olmaqla, “yaşıl enerji”nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutlarını birləşdirəcək. Yeni enerji layihələri Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək. Eyni zamanda, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorun tamamlanması regionda qarşılıqlı enerji mübadiləsi zəncirini formalaşdıracaq.
İki qardaş ölkənin yaratdığı “yaşıl enerji” ittifaqı
Azərbaycan-Türkiyə əməkdaşlığının yeni şaxələrindən biri də “yaşıl enerji” ittifaqında iki qardaşın xüsusi fəal təşəbbüskarlığının artmasıdır. Azərbaycan dövlətinin müəyyən etdiyi bərpaolunan enerji strategiyasının gerçəkləşməsində Türkiyə şirkətləri yaxından iştirak edir, ələlxüsus da azad edilmiş ərazilərdə hidrogen və yaşıl resursların istehsalı və emalı proseslərində müştərək addımlar atır. Türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələri “yaşıl enerji” istehsalında əhəmiyyətli rol oynayır. Həmçinin, Naxçıvandakı bərpaolunan enerjinin istehsalı və istismarı, ötürülməsi proseslərində də Türkiyə investorları aparıcı yer tutmaqla enerji tənzimlənməsində əməkdaşlığı təşviq etməkdədir. Qardaş ölkənin nəhəng enerji holdinqi olan “Nordex Qrup” Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələrinə qoşulmaq barədə niyyətini bildirib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin vurğuladığı kimi, hər iki ölkə müasir enerjiyə keçidi sahəsində əməkdaşlığı artırmaqla təmiz enerji hədəflərində birgə layihələrin miqyasını artırmaqda qərarlıdır. Bu layihələr alternativ enerjinin ötürmə və paylanması, enerji ekosisteminin tənzimlənməsi və bərpaolunan enerjinin effektivlik əmsalının səmərəliliyinin artması, yeni mədən texnologiyalarının tətbiqinin genişlənməsində uğurlu nəticələr verəcək.
Enerji forumları gələcəyə doğru istiqamətləri müəyyənləşdirir
Ümumiyyətlə, Türkiyə və Azərbaycanın iqtisadi strategiyaları bir-birini tamamlayır, bir vahid konsepsiyaya söykənir, yeni inkişaf xəttinə uyğun olaraq tərəflər enerji, nəqliyyat, investisiya və digər sahələrdə təşviqedici və birgə milli iqtisadi maraq və mənafelərə uyğun platforma qurmaqdadır. Bu unikal enerji birliyi və keçirilən enerji forumları həm regional səviyyədə, həm də ikitərəfli istiqamətdə ölkələrin enerji siyasətini və əməkdaşlığını gələcəyə doğru istiqamətləndirmək mahiyyəti daşıyır.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın bəyan etdiyi kimi Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verirlər. Yeri gəlmişkən, Türkiyə Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ”, “Dostluq” yataqlarında və “D230” sahəsində əməkdaşlığı gücləndirməyi əsas hədəflərindən biri hesab edir və ortaq layihələr hər iki ölkə ilə yanaşı, digər dövlətlərin də enerji təhlükəsizliyini gücləndirəcək.
Qeyd edək ki, Türkiyə-Azərbaycan IV Enerji Forumunun yekun protokolu imzalanıb ki, bu sənəd strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə qarşıdakı yeni prioritet hədəfləri nəzərdə tutur.
Bir sözlə, Azərbaycan-Türkiyə enerji birliyi uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi regional arxitekturanın dayanıqlı inkişafına və daha da möhkəmlənməsinə dərin töhfələr verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

