Azərbaycan-Pakistan əlaqələri yüksək səviyyədə inkişaf edir
02.09.2025 [12:25]
Dost və qardaş ölkələr arasında dinamik əlaqələr güclənir
Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, uğurla da davam etdirilir. Dövlət münasibətlərinin yüksələn xətlə inkişafına həm qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də cəmiyyətlərin yüksək konselidasiyası diqqəti cəlb edir. Ümumiyyətlə, Azərbaycanın yürütdüyü çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir - bu mənada da Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanması təbiidir. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq və əməkdaşlıq qurulub. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan Pakistan İslam Respublikası ən yaxın müttəfiqlərimizdən, Azərbaycana dost, qardaş ölkələrdən sayılır. İkitərəfli siyasi münasibətlərdə yüksək dialoq hökm sürür, hər iki dövlət beynəlxalq səviyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. İqtisadi sferada intensiv şəkildə addımlar atılır, əlaqələrin daha da möhkəmlənməsi, yüksək investisiya mühitindən səmərəli istifadə üçün işlər görülür.
Bakının dəstəyi...
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub. Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Xatırladaq ki, bu ilin aprel-may ayında Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş hadisənin ardından gərginləşən münasibətlər hərbi toqquşmaya yol açmışdı və Hindistan Kəşmir bölgəsinə raket zərbələri endirmişdi. Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Muzəffərabad şəhərləri raket atəşinə tutulmuşdu - hücum zamanı doqquz obyektin vurulduğu bildirilmişdi. Bundan başqa, Hindistan qeyri-humanist addım ataraq Pakistanın içməli suya çıxışını məhdudlaşdırmışdı. Pakistanın bu addımlara layiqli cavabı nəticəsində Hindistan geri çəkildi və atəşkəs üçün müraciət etdi. Beləliklə, bu qısamüddətli qarşıdurma Pakistanın mütləq qələbəsi ilə nəticələnmişdi.
Azərbaycanla dost, qardaş ölkə olan Pakistanın hücuma məruz qalması ölkəmizdə də narahatlıq yaratmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənmiş, Pakistan xalqı ilə həmrəy olduğumuz vurğulanmışdı. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə “X” sosial media hesabında Azərbaycana təşəkkür etmiş Pakistan Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirmişdi.
Laçında üç qardaş...
Görüşdə Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Qeyd edək ki, bu il mayın 28-də Laçında Azərbaycan və Türkiyə prezidentlərinin, o cümlədən Pakistanın Baş nazirinin iştirakı ilə görüş keçirilmişdi. Görüşdə əməkdaşlığın inkişafı, müdafiə təhlükəsizliyi sahəsində birgə tərəfdaşlıq, bir çox sahələr üzrə əlaqələrin intensivləşdirilməsi müzakirə olunmuşdu. Vurğulanmışdı ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.
Sülh üçün...
Tiencin şəhərində baş tutan görüşdə Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub. Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Həqiqətən də bölgədə sülhün təşəkkül tapmasında ABŞ-ın yeni Prezidenti Donald Trampın xidməti danılmazdır - məhz onun ABŞ-da yenidən hakimiyyətə qayıdışı Vaşinqtonun son bir neçə ildə yürütdüyü qeyri-adekvat siyasətinə son qoydu. Eyni zamanda, iki dövlət və iki dövlət başçısı arasında olduqca səmimi münasibətlərin mövcud olması dövlətlərarası münasibətlərə də yeni mərhələ qazandırıb. Öz növbəsində ABŞ Prezidentinin də Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyi danılmaz faktdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi, iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18

