ABŞ faiz dərəcələrini endirməyə hazırlaşır
26.08.2025 [09:31]
Federal Ehtiyat Sistemi sentyabrın 17-də yumşaq dəhlizlə bağlı qərar vermək niyyətindədir
ABŞ Federal Ehtiyat Sistemi (FES) ölkənin əmək bazarı üçün artan risklər fonunda sentyabr ayında uçot dərəcəsini endirməyi düşünür. Bu barədə FES-in rəhbəri Cerom Pavel Cekson-Huolda keçirilən illik konfransda mesajlar verib. O, bildirib ki, ABŞ-da inflyasiyanın mümkün artım riskləri ilə bağlı narahatlıq pul siyasətinin yumşaldılmasında ehtiyatlı olmağı tələb edir. Qiymət indeksləri hələ də əlverişsiz olaraq qalır və uçot stavkasının aşağı salınması maliyyə bazarlarında əlavə təhdidlər yarada bilər. Ancaq bununla belə, FES rəhbəri əmək bazarı göstəricilərinin müəyyən qədər yaxşılaşdığını və bu amilin fonunda sentyabr toplantısında faiz endiriminin mümkünlüyünə işarə edib. Belə ki, ABŞ-da işsizlik 4,2 faiz təşkil edir və son 6 ayda iş yerlərinin artımı 73 min nəfər olub. Səhiyyə və sosial dəstək sahələrində iş yerlərinin dinamikası üstünlük təşkil edib.
Mərkəzi Bank həm razı, həm də narazıdır
Gözləntilərə görə, Federal Ehtiyat Sistemi sentyabrın 17-də keçiriləcək növbəti toplantısında faiz dərəcəsini 4,5 faizdən 4,25-ə endirəcək. Bu, ABŞ-da ötən ilki aşağı faiz qərarından sonra növbəti yumşaq dəhliz siyasəti deməkdir. Belə ki, FES ötən 5 ildə ABŞ-ın pul siyasətində bir neçə dəfə dəyişikliklər edərək baza uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq 5,5 faiz dərəcəsindən 4,5 faizə qədər endirilib. FES-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarət olub. 2024-cü ildə isə təmkinli pul siyasəti yürüdülərək faiz dəhlizi sabit saxlanılıb. Bunun başlıca səbəbi ötən il iqtisadiyyatda inkişaf templərinin azalması, biznesin fəallığının aşağı düşməsi, bank və sığorta, investisiya şirkətlərinin real iqtisadiyyata maliyyə ayırmalarının azalması olub.
2025-ci ilin ilk 6 ayında da iqtisadi artım götəriciləri yüksək olmadığından hökumət faiz dəhlizinini yenə də dəyişməz saxlayıb. Makroiqtisadi inkişaf proqnozlarına əsasən, 2025-ci ilin birinci yarısında iqitisadi artım 2 faiz səviyyəsində olub. Ölkənin məşğulluq göstəricilərində də aktivlik yoxdur. İşsizlik üzrə proqnozu 4 faizdən aşağı enməyib. FES bunlardan razı deyil, ancaq bütün bunların müqabilində ABŞ-da inflyasiya xeyli azalıb. Bunun səbəbi iqtisadi aktivliyin və pul bazarı alətlərinin daralmasıdır, bu ölkədə investisyaların və kreditlərin, pul bazarının həcmlərinin azalması qiymət indekslərinə çox ciddi təsir göstərir. Xüsusilə də ölkədəki əmək məhsuldarlığının və maliyyə bazasının azalması, biznesin və ticarətin əlavə sərmayə qoyuluşlarının aşağı düşməsi inflyasiyanı da səngidir. FES-in uçot dərəcələrini aşağı salmasında da məhz bu amillər rol oynayır.
Tramp administrasiyası iqtisadi artımdan məmnundur
Tramp administrasiyası isə 2025-ci ilin ilk yarısında ABŞ-da iqtisadi artımın normal olduğunu və investisiya və fond bazarlarının hərarətləndiyini, eyni zamanda inflyasiyanın xeyli azaldığını əsas gətirərək bütün bunların müqabilində FED-in uçot dərəcələrini aşağı salmasında qərarlı olduğunu sərgiləyir. Administrasiyanın iqtisadi komandası bu qənaətdədir ki, ABŞ Mərkəzi Bankı aşağı faiz dərəcəsi stavkasını dəstəkləməklə ölkənin maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdıra bilər. Son aylarda ABŞ-da inflyasiyanın davamlı azalması, yeni iş yerlərinin artım dinamikasının yüksəlməsi kimi amillər uçot dərəcəsinin azaldılması üçün əsas hesab olunur. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artıra bilər ki, bu da yığımların böyüməsinə imkan verə bilər.
Qlobal investorlar həyəcanla FES-in qərarını izləyir
ABŞ-da maliyyə mütəxəssisləri hesab edirlər ki, FES-in aşağı dərəcəli faiz stavkası qlobal bazarlara müəyyən təsirlərini də göstərə bilər. Dünya birjalarında maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklərin baş verməsi gözləniləndir. Bu, həm də dolların və aparıcı investisiya alətlərinin, səhmlərin ucuzlaşması fonunda qızılın bahalaşmasına da stimul verir. Xatırladaq ki, son aylarda qızılın qiyməti müxtəlif periodlarla enmə-yüksəlmə tsikli üzrə rekord satış səviyyəsini saxlaya bilib. Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 3425 dollara bərabərdir. Əgər FES faiz dərəcəsini aşağı salsa, qızılın qiymətinin yenidən bahalaşacağı istisna deyil.
ABŞ-da uçot dərəcəsindəki dəyişik qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. FES-in qərarları ABŞ iqtisadiyyatıilə yanaşı, dünya üçün istiqamətverici rol oynayır. Xüsusilə də investisiya bazarlarında və birjalarında ənənəvi sindrom kimi maliyyə və investisiya alətlərinə ciddi təsirlərini göstərir. Ona görə də, qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhm investorları FES-in sentyabr qərarını diqqətdə saxlamaqdadır. Həmçinin xarici ticari tərəfdaşlar da bu prosesə həssas yanaşır. Çünki uçot dərəcəsi ilə bağlı qərarlar dollarla ticarət edən ölkələrdə, inkişaf edən iqtisadiyyatlarda və enerji ixracatçısı olan dövlətlərdə bu birbaşa iqtisadi proseslərə təsir göstərir. Bu baxımdan uçot dərəcəsinin azaldıması dolların məzənnəsinin zəifləməsi fonunda ABŞ valyutası ilə ticari-iqtisadi mübadilələr aparan dövlətlərin milli tədiyyə balansları, valyutalarının dəyərinin sabitliyi üçün mühüm rol oynayır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

