Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda yeni sülh erasının başlanğıcı
09.08.2025 [14:37]
Avqustun 8-də dünya siyasi gündəmini dəyişə biləcək mühüm bir hadisə baş verdi - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülhün bünövrəsini qoydu. Vaşinqtonda baş tutan bu görüş regionda onilliklərdir davam edən münaqişəyə dair yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bəyannamənin məzmunu təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdə regionda sabitliyin və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sülh sazişi rəsmi səviyyəyə yaxınlaşır
Ən diqqətçəkən məqam “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in artıq razılaşdırılmış mətninin paraflanması oldu. Bu addım sülh müqaviləsinin imzalanmasına aparan yolda ciddi bir mərhələni geridə qoyduğumuzu göstərir. Sazişin ratifikasiyası üçün əlavə tədbirlərin görüləcəyi də təsdiqlənib, bu da siyasi iradənin davamlılığını göstərir. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə ünvanlanan birgə müraciətlə Minsk Qrupunun ləğv olunması təşəbbüsü də bəyannamənin əlamətdar hissəsidir. Bu, 30 ildən artıq müddət ərzində nəticə verməmiş bir mexanizmin siyasi gündəmdən çıxarılması və yeni bir diplomatik mərhələyə keçid deməkdir. Artıq münaqişədən sonrakı dövrün reallıqları əsas götürülür.
Bəyannamədə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının zəruriliyi vurğulanır. Xüsusilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantı və Ermənistan üçün qarşılıqlı faydalı tranzit imkanlarının yaradılması razılaşdırılıb. Eyni zamanda, Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni kommunikasiya layihəsinin ABŞ və digər tərəflərlə birgə həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ABŞ-ın iqtisadi və geosiyasi maraqlarının bölgəyə daha sıx inteqrasiya olunmasına şərait yarada bilər.
Münaqişə yox, gələcəyə baxış
Bəyannamənin əsas ruhu - münaqişənin keçmişdə qalması və gələcəyə baxılması - diplomatik leksikondan kənara çıxaraq konkret siyasi ifadəyə çevrilib. Tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini birmənalı şəkildə qəbul edir. Bu, düşmənçiliyin rəsmən bitməsi anlamına gəlir və gələcəkdə hər hansı bir qisas cəhdinin istisna olunduğunu göstərir.
Bu görüş və razılaşmada ABŞ Prezidenti Donald Trampın vasitəçilik rolu, onun ev sahibliyi etməsi Vaşinqtonun Cənubi Qafqazda diplomatik nüfuzunun artdığının göstəricisidir. Tramp administrasiyası bu addımıyla həm regional sabitliyə töhfə verir, həm də ABŞ-ın Avrasiya geosiyasətində mövqeyini gücləndirir.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə kağız üzərində sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsidir. Əgər tərəflər iradə göstərməyə davam etsələr və beynəlxalq dəstək də davamlı olsa, bu bəyannamə regionda nəinki sülhün, həm də qarşılıqlı inkişafın start nöqtəsinə çevrilə bilər.
Siyasi ustadlıq və liderlik nüfuzu:
İlham Əliyevin diplomatik zəfəri
Vaşinqtonda keçirilən üçtərəfli zirvə görüşü zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharət, sadə və birbaşa deməliyik ki, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti özü də görüş zamanı dəfələrlə vurğuladı ki, İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Donald Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Əminliklə deyə bilərik ki, üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyənləşdirən ana xətt də məhz Prezident Əliyevin illərlə apardığı prinsipial, ardıcıl strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, üstəlik də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Bu, İlham Əliyevin beynəlxalq siyasi aləmdə qazandığı etimadın canlı sübutudur. Bunu da qeyd etmək vacibdir ki, Vaşinqton görüşü təkcə Azərbaycanla Ermənistan arasında sülhə aparan yolun xəritəsi deyil, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin bariz göstəricisidir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

