ABŞ və İsraildən Qəzzaya yardım
02.08.2025 [11:13]
Məqsəd nədir?
ABŞ və İsrail Qəzzaya maliyyə yardımı ayırmaq qərarına gəliblər. Belə ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri Konqressə İsrailin Qəzza Humanitar Fonduna (GHF) dəstək üçün 30 milyon dollar ayırmağa razılaşdığını bildirib. Agentliyin məlumatında qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun köməkçiləri bu barədə iyulun 8-i və 9-da Senatın və Nümayəndələr Palatasının komitələrini məlumatlandırıblar. Eyni zamanda, ABŞ-ın özü də humanitar fonda 30 milyon dollar yardım ayırmağı planlaşdırır. Qərb KİV-ləri qeyd ediblər ki, Ağ Evin rəhbəri çox güman ki, Qəzza Humanitar Fonduna birgə maliyyə yardımın ayrılması ilə bağlı məsələni İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırıb - Amerikanın lideri ABŞ və İsrailin vəsaitlərini birləşdirib. Bu isə cəmi 60 milyon dollar deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Qətərin paytaxtı Doha şəhərində ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında bir müddət davam edən danışıqlarda Qəzzada müharibədən və aclıqdan əziyyət çəkən əhaliyə humanitar yardım məsələsi ən önəmli müzakirə mövzulardan biri olub.
Qeyd edək ki, Qəzza Humanitar Fonduna ABŞ və İsrailin 60 milyon dollar dəyərində vəsait köçürmək niyyətində olmalarına baxmayaraq, hər iki dövlət Fələstin dövlətinin müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına qarşıdır.
Məqsəd HƏMAS-ı GHF-nin vəsaitlərindən yararlanmağa imkan verməməkdir
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ və İsrailin Qəzza Humanitar Fonduna vəsait köçürməsi siyasi məqsədlərə söykənib.
“İsrailin ABŞ ilə birlikdə Qəzza Humanitar Fonduna (GHF) 30 milyon dollar ayırmağa razılaşması, əslində, son dərəcə ciddi məqamlarla bağlıdır. İlk növbədə vurğulayaq ki, Tramp administrasiyası İsrailin tələbinə cavab olaraq, senatorlara verilən məlumatlarda İsrailin ABŞ-a bərabər məbləğdə (yəni $30 milyon) vəsait ayırdığını bildirib. Tramp bu məbləği birləşdirərək 60 milyon dollar kimi təqdim edib, lakin faktiki olaraq yalnız 30 dollar milyon təsdiq olunub. Həmçinin nəzərə almaq lazımdır ki, İsrail və ABŞ, GHF vasitəsilə yardımı hərəkətə gətirməklə, köməyin HƏMAS tərəfindən ələ keçirilməsinin qarşısını almağa çalışır - İsraildə və Vaşinqtonda bu əsas arqument olaraq işlənib,” - deyə V.Zifəroğlu vurğulayıb ki, GHF institutları kifayət qədər ciddi qorunan mərkəzdə fəaliyyət göstərir: “Eyni zamanda, BMT və bir sıra beynəlxalq QHT-lər GHF-ni məhdud fəaliyyət göstərməsi, fəaliyyətində ölüm hallarının baş verməsi və humanitar prinsiplərə zidd müəyyən fəaliyyətinin olması ilə bağlı tənqid edirlər. GHF-in hüquqi və maliyyə strukturu rəsmi idarəetmədən kənar nəzarət mexanizmləri ilə işləyir və bu isə bir sıra hüquq müdafiəçiləri və BMT üzvləri tərəfindən “siyasi və hərbi məqsədlər üçün istifadə olunan yardım” kimi qiymətləndirilir”.
Siyasi oyunun bir hissəsi
Ekspert əlavə edib ki, İsrail bu fondu öz nəzarəti altına almaq istəyir. “İsrail isə bu özəl sistemin BMT modelinə alternativ olduğunu vurğulayır. GHF modelinin ciddi tənqidlərə səbəb olmasına baxmayaraq, İsrail bu beynəlxalq yardım strukturunu öz nəzarəti altında saxlamaq və siyasi mesajını davam etdirmək üçün mühüm addım kimi qiymətləndirir. Beləliklə, bu, yalnız insani yardım deyil, həm də siyasi strategiya və diplomatik oyunun bir hissəsi kimi qiymətləndirilməlidir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

