15 milyard dollar - ABŞ-ın diqqətində bu dəfə
31.07.2025 [11:37]
Komandor adaları... Rusiya razı olacaq?
Komandor adaları ABŞ-ın siyasi gündəmində önəmli mövzuya çevrilir. Belə demək mümkünsə, ABŞ Rusiya Federasiyasının Komandor adalarını almaq istəyir. Qeyd edək ki, ABŞ Quru Qoşunlarının polkovnik-leytenantı Ceffri Frits Rusiyadan sözügedən adaların 15 milyard dollara alınmasını təklif edib. Amerikalı polkovnik-leytenant “Breaking Defense” nəşri üçün yazdığı məqalədə qeyd edib ki, bu adalar ABŞ-ın Sakit Okeanda milli təhlükəsizliyinin möhkəmlənməsi, o cümlədən ABŞ-ın Arktikada geosiyasi və geoiqtisadi təsir imkanlarının artması üçün strateji əhəmiyyət kəsb edir. Fritz bildirib ki, Komandor adaları Çinin Jianggezhuang adlı hərbi-dəniz bazasından Arktikaya uzanan potensial marşrut boyunca yerləşir. Onun fikrincə, ABŞ bu mümkün razılaşma çərçivəsində təkcə adaları deyil, həm də onlara bitişik olan xüsusi iqtisadi zonanı, təbii ehtiyatları və infrastruktur obyektlərini də almalıdır. O, öz fikirlərini bununla əsaslandırıb ki, bu ərazilər alınarsa, ölkənin xüsusi iqtisadi zonası 3,8 ???? genişlənə bilər. Fritz, həmçinin bildirib ki, Komandor adaları ABŞ-ın Alyaska ştatının tərkibinə daxil edilə bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır - Ağ Evin rəhbəri hesab edir ki, Qrenlandiyanın ilhaq olunması Vaşinqtonun milli təhlükəsizlik və “azad dünyanın müdafiəsi” strategiyası üçün vacibdir. Təbii ki, Trampın bəyanatları Danimarkada ciddi narahatlığa səbəb olub. Danimarkanın baş naziri Mette Frederiksen Trampa öz qəti etirazını bildirib və Kopenhagenin Qrenlandiyanın ABŞ-a ilhaq olunmasına heç bir zaman razı olmayacağını bəyan edib.
Rusiyadan cavab gecikməyib
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Cefri Fritsin Komandor adalarının Rusiyadan ödəniş müqabilində alınması ilə bağlı təklifinə münasibət bildirib. Zaxarova Fritsin fikirlərini qəbuledilməz hesab edib və o, bəyan edib ki, Rusiya heç vaxt öz ərazisinin bir hissəsini belə heç bir dövlətə güzəştə getməyəcək: “Bunu prinsipcə şərh etməyə dəyməz, çünki bizdə Vətəni satmaq həm qanunla, həm də vicdanla ən dəhşətli cinayətlərdən biri sayılır”, - deyə Zaxarova vurğulayıb. Bundan əlavə, diplomat xatırladıb ki, ABŞ-ın dövlət borcu ilə bağlı böyük problemləri var, ona görə də onu ödəmək üçün mövcud vəsaitdən istifadə etməyi təklif edib.
Adalar harada yerləşir?
Komandor adaları Rusiyanın şərqində Sakit Okeanın Berinq dənizinin cənub-qərbində, Kamçatka yarmadasının yaxınlığında yerləşir. Adalar 1741-ci ildə Danimarkalı səyyah Vitus Berinq tərəfindən kəşf edilib. Aleut adalarının davamı hesab edilən Komandor adaları aktiv seysmik bölgədə yerləşir və relyefi əsasən dağlıq ərazilərdən ibarətdir. Flora, Fauna və müxtəlif bitki növləri ilə zəngin olan adaların ərazisində ancaq balıqçılıqla məşğul olan əhali yaşayır.
Adaların strateji əhəmiyyəti
Komandor adaları heç bir təbii resursa malik deyil, amma bu adalar hər zaman xüsusi diqqət mərkəzində olub. Bu adalar ABŞ, Çin və Rusiya, hətta vaxtilə Yaponiyanın özü üçün də siyasi, iqtisadi və hərbi cəhətdən xüsusi əhəmiyyət kəbs edib. Komandor adaları Arktikanı Yaponiya, Koreya və Çini, ümumilikdə, Cənubi-Şərqi Asiya ilə birləşdirən marşrutun üzərində yerləşir. Arktikaya tərəf üzən Çin gəmiləri, habelə digər Asiya ölkələrinin gəmiləri məhz bu adaların yaxınlığından keçirlər. Adalar ABŞ üçün hərbi-siyasi cəhətdən ona görə önəmli ola bilər ki, bu adalar üzərindən həm Çinin hərbi və ticarət gəmilərinin hərəkət trajektoriyasını izləmək imkanları əldə etsin, həm də Sakit Okeanda öz geostrateji və geosiyasi mövqeyini daha da möhkəmləndirsin. İqtisadi maraqlara gəlincə, Komandor adalarının ilhaqı Vaşinqtona öz ştatı - Alyaska iqtisadi zonasının ərazisini genişləndirməklə yanaşı, Arktika ilə Cənub-Şərqi Asiyanı birləşdirən marşrut xəttinə nəzarət etmək imkanı qazandıra bilər. ABŞ pulla bu adaları Rusiyadan qopara bilərsə, şübhəsiz ki, bu ərazidə ilk növbədə öz ticarət limanlarının əsasını qoyacaq. Bu baxımdan bəzi Qərb və rus ekspertləri iddia edirlər ki, Amerikalı polkovnik-leytenant Ceffri Frits Komandor adaları ilə bağlı məqaləsini məhz Ağ Evin və ya ABŞ-ın müəyyən hərbi-siyasi dairələrin tapşırığı əsasında qələmə alıb. Onlar belə fikirdədirlər ki, ABŞ-ın Komandar adaları ilə bağlı niyyəti Fristin dili ilə beynəlxalq ictimaiyyətə çatdırılıb.
Y.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23

