Süni intellekt quruculuğunda yeni dövr
29.07.2025 [11:33]
Yeni standartın qəbul olunması strateji məqsədlərə çatmağa xidmət edir
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi” dövlət standartı qəbul edilib. Yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyən edir. Eyni zamanda, süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir. Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.
Süni intellekt dövlət-özəl sektor əməkdaşlığını təşviq edir
Müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. Bu ekosistemin əsas hərəkətverici qüvvəsi kimi süni intellekt daha ön plana çıxmaqdadır. Süni intellekt proqramları danışa və hərəkət edə bilən robot kimi hər gün gündəlik həyatın ayrılmaz texnologiyasına çevrilib.
Hazırda ölkəmizdə süni intellekt müxtəlif sahələrdə, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, SOCAR-ın müsəssisələri və sənaye parkları, futbol, güləş, cudo və digər sahələrdə daha geniş tətbiq edilir. Bundan başqa, müxtəlif biznes layihələrində, tikinti və texnologiyalar sahələrində süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komp?terlər və kameralar vasitəsilə məhsulların skan olunması və gömrük araşdırmalarının süni intellekt əsasında aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavab verilməsi, generativ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanlar arasında ünsiyyətin qurulması və məlumat mübadilələrin qurulması istiqamətində də işlər aparılır.
Azərbaycan aparıcı beynəlxalq rəqəmsal texnologiya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə onlayn təhsil platformalarından biri olan “Coursera” ilə qurulmuş əməkdaşlıq çərçivəsində minlərlə vətəndaşımız faydalanıb və süni intellekt sahəsində innovasiyaları təşviq edən 42 ölkə və 118 proqram arasında qalib olub. Həmçinin Azərbaycan dilində generativ süni intellekt və böyük dil modelləri var ki, bu da innovativ təşəbbüsləri və ideyaları inkişaf etdirməyə imkan verir. Təkcə, “Coursera” platformasındakı 20 kursun təşkili “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə tərcüməyə imkan verəcək.
Ölkəmiz süni intellekt sahəsində Estoniya, Danimarka, İsveçrə və digər ölkələrlə də faydalı əməkdaşlıq quraraq müasir rəqəmsal innovasiyaların yeni modellərin sənayeyə, elm və təhsilə gətirilməsinə xüsusi diqqət yetirir. Bu sahədə ən inikal layihələrdən biri hesab edilən “E-Twinning” layihəsi çərçivəsində ortaq təhsil layihələrinin yaradılması süni intellekt sahəsində şagirdlərin proqramlaşdırma bacarıqlarının inkişafına və yeni texnologiyalar üzrə biliklərinin formalaşmasında müstəsna rol oynayacaq.
Rəqəmsal iqtisadiyyatın süni zəka modeli
Robot texnologiyaları qlobal ÜDM-in artmasına, inkişaf etmiş ölkələrin milli məhsul istehsalında əsas əlavə dəyər yaradan sahələrdən birinə çevrilməkdədir. Yaponiya və Çin iqtisadiyyatında yaranan əlavə dəyərin təxminən 1 faizə yaxını bu sektorun payına düşür. 2030-cu ilədək süni intellekt sahəsində Çinin gəliri təxminən 60 milyard dollar təşkil edəcək.
Bu baxımdan Azərbaycan da qlobal rəqəmsal çağırışlardan geri qalmamaq üçün özünün strateji konseptini müəyyən edir. Azərbaycan hökumətinin hazırladığı yeni rəqəmsal iqtisadiyyat strategiyasında da süni intellektin inkişafına dair hədəf prioritetləri nəzərdə tutulub. Yeni dövrdə qurulacaq ekosistem startap, inkubasiya və akselerasiya mərkəzləri, vençur və kraudfandinq institutları və s. texnoloji tutumlu sahələrə söykənəcək. Bu infrastrukturu qurmaq üçün Mərkəzi Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ötən il Anlaşma Memorandumu imzalayıb və sənəd çərçivəsində süni intellekt sahəsində layihələrin və ideyalara maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur. Bu platforma həm də süni intellektə əsaslanan startapların və şirkətlərin Azərbaycana cəlb edilməsi, ölkəmizin startaplarının xarici tərəfdaşlarla əlaqələrinin qurulması və əlavə dəyər yaradan milli sektorun möhkəmlənməsinə xidmət edir.
4,4 milyard dollar divident gözləntisi
Respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.
Ötən həftə Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti” çərçivəsində aparılan səmərəli müzakirələr və rəqəmsal icmanın nümayəndələri arasında məsləhətləşmələrdən son?a imzalanmış sənədlər də ölkəmizin süni intellekt quruculuğu yönündə iradəsini nümayiş etdirir. Bir neçə gün əvvəl Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında imzalanmış memorandum isə Cənubi Qafqazda süni zəka formatının inkişafı üçün təməllərdən biri hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

