Ottava Konvensiyasına qoşulmasa da...
03.07.2025 [09:13]
Ermənistanı necə cəzalandırmaq olar?
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxmağı planlaşdırır. Qeyd edək ki, Litva, Latviya və Estoniya Ottava Konvensiyası - Mina Qadağası Müqaviləsindən çıxmaq üçün Birləşmiş Millətlər Təşkilatına bildiriş göndəriblər. Polşa və Finlandiya isə yaxın günlərdə BMT-yə müvafiq sənədləri təqdim edəcəklər. Bu qərar Rusiya və Ukraynanın piyada əleyhinə minalarından istifadəni artırdığı bir dövrə təsadüf edir. Rusiya, ümumiyyətlə, bu konvensiyaya qoşulmayıb və 2022-ci ildən etibarən Ukraynada cəbhə xətti boyunca bir çox əraziləri minalayıb. Ukrayna ordusu da rus silahlı qüvvələrinin ölkənin daxili ərazilərinə hücumlarının qarşısını almaq üçün minalardan istifadə edir. Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin müqavilədən çıxması üçün fərman imzalayıb. Lakin müharibə şəraiti müqavilədən çıxışı hüquqi baxımdan müvəqqəti olaraq mümkünsüz edib.
Xatırladaq ki, Mina Qadağası Müqaviləsi 1997-ci ildə Kanadanın Ottava şəhərində qəbul olunub və 1999-cu ildə qüvvəyə minib. Bu sənəd piyada və tank əleyhinə minaların istifadəsini, istehsalını, saxlanmasını və ötürülməsini qəti şəkildə qadağan edir. Hazırda 166 ölkə müqaviləyə qoşulub. Müqaviləyə qoşulmayan böyük dövlətlər arasında Rusiya, ABŞ və Çin var. Azərbaycan, Ermənistan və Gürcüstan da bu müqaviləyə qoşulmayıb. Postsovet ölkələrindən yalnız Belarus, Ukrayna və Türkmənistan Ottava Konvensiyasına imza atıb.
Konvensiya münaqişəni daha da intensivləşdirir
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, müharibə şəraitində Ottava Konvensiyasının, həmçinin digər beynəlxalq konvensiyaların həyata keçməsi qeyri-mümkündür. “Bəli, Rusiya bu konvensiyaya qoşulmayıb və heç bir zaman da qoşulmayacaq. Ottava Konvensiyası faktiki olaraq, minaların istehsalını və minalardan istifadəni qadağan edir. Bu isə müharibə şəraitində olan Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər. Rusiya Ukraynada cəbhə xətti boyunca kifayət qədər ərazini minalayıb. Ukrayna nəyin bahasına olursa-olsun rus ordusunun irəliləyişinin qarşısını almalıdır. Məhz bu səbəbdən Kiyev konvensiyadan çıxmaq niyyətindədir. Şərqi Avropa ölkələri də eyni addımı atmaq istəyirlər. Bu, təbii ki, Rusiya qorxusundan qaynaqlanır. Həmin ölkələrdə hesab edirlər ki, nə zamansa Rusiya onların ərazilərinə də hücumlar təşkil edə bilər,” - deyə A.Nərimanlı vurğulayıb.
Azərbaycan konvensiyaya qoşulmayıb, amma...
Ermənistan yalnız işğal dövründə deyil, həmçinin 44 günlük savaş bitdikdən sonra da ərazilərimizdə mina basdırmağa davam edib. Qeyd edək ki, müharibədən sonra Laçında, eləcə də Qarabağın dağlıq ərazilərində xeyli sayda piyada əleyhinə minalar aşkarlanıb ki, onlar 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Torpaqlarımız Ermənistan tərəfindən 1 milyondan çox mina və naməlum sayda partlamamış hərbi sursatla çirkləndirilib. Bu səbəbdən 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər həlak olub və ya yaralanıb. Bütün bu hallara sakit qalmaq qeyri-mümkündür və Azərbaycan Ermənistanı bu cür əməllərinə görə cəzalandırmaq üçün beynəlxalq hüququn prosedur qaydalarına baş vurmaqda qərarlıdır. A.Nərimanlının sözlərinə görə, mina təhlükəsi və mina terroru ilə bağlı məsələlər təkcə Ottava Konvesiyası ilə deyil, həmçinin digər beynəlxalq konvensiyalar ilə də tənzimlənir. “Müxtəlif beynəlxalq konvensiyalarda, xüsusilə müharibə əleyhinə olan konvensiyalarda mina təhlükəsinin qarşısının alınmasının zəruriliyi barədə müddəalar əks olunub. Azərbaycan və Ermənistan bu konvensiyaların bəzilərinə qoşulub. Hesab edirəm ki, Ottava Konvensiyasına qoşulmadan da Ermənistanın uzunmüddətli mina terroru ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmaq mümkündür. Ölkəmizin imza atdığı beynəlxalq konvensiyalar bu istiqamətdə addım atmağa imkan verir. Azərbaycan artıq beynəlxalq məhkəmələrdə bir neçə dəfə bu barədə məsələ qaldırıb. O ki qaldı Ermənistanın öz cinayətlərinə görə cəzalandırılması məsələsinə, bu, beynəlxalq hüququn normalarından daha çox beynəlxalq güc mərkəzlərinin mövqeyindən asılıdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25

