Nəticəsiz Cenevrə görüşü...
22.06.2025 [08:46]
İsrail-İran münaqişəsi davam edir
Beynəlxalq aləmiin narahatlıqla müşahidə etdiyi İsrail-İran münaqişəsi davam etməkdədir. Artıq səkkizinci gündür ki, iki ölkə arasında qarşılıqlı hücumlar intensiv xarakter alıb. Qeyd edək ki, iyunun 20-də İsrail Hərbi Hava Qüvvələri İsfahan bölgəsində yerləşən və İsrail təyyarələrini hədəf almaq üçün nəzərdə tutulmuş bir neçə raket sisteminə aviazərbələr endirib. İsrail KİV-nin məlumatına görə, son hücum əməliyyatlarında İsrail qırıcıları İsfahan və Tehran ətrafındakı raket sistemlərivə radiolokasiya qurğularını məhv edib. İsrail tərəfi bildirib ki, bu sistemlər İsrail Hərbi Hava Qüvvələri - ÇAXAL-a məxsus təyyarələri vurmaq məqsədilə istifadə olunurdu. ÇAXAL qeyd edib ki, son zərbələr İsrail döyüş təyyarələrinin İranın hava məkanında daha sərbəst hərəkət etməsinə şərait yaradıb. Hazırda İsrail qırıcılarının İranın qərb və mərkəzi hissəsindəki hərbi obyektlərə raket zərbələri davam edir. İran da öz növbəsində İsrailə raket hücumlarını davam etdirir. İran İslam İnqlabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunur ki, həmin gün İran İsraildəki komanda mərkəzlərinə, hərbi sənaye obyektlərinə, o cümlədən “Nevatim” və “Hatzerim” aviabazalarına raket hücumları həyata keçirib. İran Hayfada İsrail Daxili İşlər Nazirliyinin binasını da hədəf alıb.
Razılıq əldə olunmadı
İyunun 20-də İsveçrənin Cenevrə şəhərində Britaniya, Fransa, Almaniya və İran XİN rəhbərləri arasında görüş keçirilib. Görüşdə əsasən nüvə proqramı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Lakin görüş nəticəsiz başa çatıb. İran KİV-nin məlumatına görə, Avropa İrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb edib, İran isə bunu rədd edib. İranın XİN rəhbəri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Tehran uranın zənginləşdirilməsini azaltmağa və nüvə obyektləri üzərində beynəlxalq nəzarəti müzakirə etməyə hazırdır, amma nüvə proqramından imtina və ya ballistik raket istehsalını dayandırmaqla bağlı tələbləri qəbul etməyəcək. Əraqçi, həmçinin vurğulayıb ki, İran Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri ilə danışıqları davam etdirməyə hazırdır - o, Tehranın yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirib: “Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”,- deyə Əraqçi vurğulayıb. İranın XİN rəhbəri əlavə edib ki, nüvə proqramı sırf dinc xarakter daşıyır və MAQATE-nin nəzarəti altında beynəlxalq öhdəliklərə tam uyğun olaraq həyata keçirilir.
Hər şey Vaşinqtondan asılıdır
İranın XİN rəhbəri “NBC News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirəcək. - “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başadüşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyə Əraqçi qeyd edib. Eyni zamanda İranlı diplomat vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. Əraqçi, həmçinin deyib ki, ABŞ İrana hücum üçün danışıqlardan örtük kimi istifadə edə bilər - “İndi hər şey ABŞ-dan asılıdır - onlar həqiqətən diplomatik həll yolu tapmaq istəyirlər, yoxsa əvvəldən fərqli planları var idi və onsuz da İrana hücum etmək niyyətində idilər. Ola bilsin ki, onlara pərdə kimi yalnız danışıqlar lazım olub” .
Tehran güzəştə hazırdır
İranın nüvə proqramı ilə bağlı məsələdə güzətşə gedib-getməyəcəyinə gəlincə, Abbas Əraqçi “Reuters”ə açıqlamasında deyib ki, Tehran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır. “Uranın zənginləşdirilməsindən tam imtina variantı, xüsusilə indi, İsrailin zərbələri altında qəti şəkildə rədd ediləcək. Lakin biz Böyük Britaniya, Almaniya və Fransanın nüvə problemi ilə bağlı təşəbbüsünün nədən ibarət olduğunu eşitməliyik,” - deyə Əraqçi bildirib.
Avropa danışıqları davam etdirmək istəyir
Böyük Britaniyanın XİN rəhbəri David Lemmi Cenevrədə baş tutan son görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən bəyan edib ki, İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir. Onun sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniya İranla danışıqları davam etdirməkdə maraqlıdır: “İranla bu müzakirələrin aparılması vacib idi və bu ölkənin nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və Tehranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik”, - deyə D.Lemmi bildirib. Nazir onu da qeyd edib ki, hazırda Yaxın Şərqdə vəziyyət təhlükəlidir və İsrail ilə İran arasında eskalasiyanın qarşısı alınmalıdır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

