ABŞ Suriyadan geri çəkilir
19.04.2025 [08:57]
Türkiyə Yaxın Şərqdə güc mərkəzinə çevrilir
Yaxın Şərqdə, xüsusilə Suriya məcrasında yeni siyasi proseslər baş verir. Qeyd edək ki, ABŞ Suriyadan geri çəkilmək qərarına gəlib. Bu da yaxın zamanda Suriyada yeni geosiyasi güc mərkəzlərinin meydana çıxacağını deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, bundan sonra Suriyada proseslərin nizamlanmasında yalnız region dövlətləri öz sözünü deyəcək...
ABŞ qoşunları Suriyanı tərk edir
ABŞ-ın Suriyadakı hərbi komandanlığı Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisindəki hərbi bazada yerləşdirilən xüsusi təyinatlı qüvvələri geri çəkməyə başlayıb. “Sky News” telekanalının məlumatına görə, amerikalı hərbçilərin karvanı Suriyanın şərqində yerləşən obyektdən ABŞ-ın böyük bazasının yerləşdiyi İraq Kürdüstanına yollanıb. Artıq 200-dən çox maşın bazanı tərk edib. Geri çəkilən qüvvələr Ərbilə istiqamət alıb. Pentaqon rəsmiləri israilli həmkarlarına məlumat veriblər ki, Birləşmiş Ştatlar iki ay ərzində öz qoşunlarını Suriyadan mərhələli şəkildə çıxarmaq niyyətindədir.
Xatırladaq ki, Suriyada 2015-2018-ci illər ərzində kürdlərin nəzarətində olan ərazilərdə 9 Amerika hərbi bazası yaradılıb. Amerikalı hərbiçilər ölkənin Hələb, Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərində, həmçinin İraq və İordaniya ilə həmsərhəd Ət-Tanf ərazisində yerləşirlər. Bu bazalarada Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinə dəstək verən 2200 amerikalı əsgər yerləşdirilib.
ABŞ-ın Suriyadan çıxmağı nəyin göstəricisidir?
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ilk növbədə regional siyasətdə prioritet dəyişikliklərlə əlaqədardır. “ABŞ son illərdə diqqətini Çinlə rəqabətə, Hind-Sakit okean regionuna və Rusiya ilə münasibətlərin aydınlaşdırılmasına yönəldib. Yaxın Şərq Vaşinqton üçün önəmli olsa da, bəzi məqamlarda indiki geosiyasi reallıqlarda prioritetlər sırasında müəyyən yerdəyişmələr etməyi zəruri edir. Digər məqam Trampın seçkiöncəsi verdiyi vədlərlə dolayısı ilə əlaqədardır. ABŞ maksimum dərəcədə digər bölgələrdəki hərbi mövcudluğunu və dolayısı ilə bununla bağlı xərclərini yenidən nəzərdən keçirir. Unutmayaq ki, ABŞ ictimaiyyətində və siyasi elitasında xarici münaqişələrə qarşı narazılıq artır. Uzunmüddətli hərbi iştirak və onun maliyyə yükü belə qərarlar verməyə vadar edir”. Ekspertin sözlərinə görə, yaxın zamanda ABŞ-ın Yaxın Şərqdə Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail ilə əməkdaşlığı daha da möhkəmlənəcək: “ABŞ bəzi regionlarda birbaşa hərbi mövcudluq əvəzinə, regional müttəfiqlərə, xüsusilə də İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə fəaliyyətə çox məsuliyyət vermək strategiyasına keçir. Bu, həm də “yerli güclərlə balans” yanaşmasıdır. Amerikanın yeni rəhbərliyinin Suriyadakı proseslərdə Türkiyənin bir müttəfiq olaraq nəzarətini gücləndirməkdə maraqlı olması, eləcə də İsrail-Türkiyə münasibətlərinin normallaşmasını istəməsi hazırda əsas məqamlardır.Nəzərə almaq lazımdır ki, Suriya ərazisində Rusiya, İran və ABŞ maraqları toqquşur. Vaşinqton üçün bu riskli sahədə mövcudluğunu davam etdirmək həm siyasi, həm də hərbi baxımdan çətinləşib”.
Yaxın Şərqdə proseslər necə inkişaf edəcək?
“Bu, müəyyən mənada müxtəlif güclər arasında boşluq uğrunda mübarizəyə təkan verə bilər. ABŞ-ın çıxması ilə regionda güc boşluğu yaranır. Bu boşluğu doldurmaq üçün Rusiya, İran, Türkiyə və hətta Çinin müəyyən təsir cəhdləri güclənəcək,” - deyə bildirən V.Zifəroğlu vurğulayıb ki, İran son zamanlarda İraq-Suriya-Livan-Yəmən dəhlizində ciddi zərbələr alsa da, hələ də müəyyən qədər öz təsirini saxlamaqdadır: “Şübhəsiz ki, Tehran bu mənada manevr imkanlarını artırmağa cəhd göstərə bilər. Lakin bu nə dərəcədə nəticəli olacaq?”. Ekspert bildirib ki, ABŞ-ın əsas müttəfiqlərindən olan YPG/SDF bu prosesdən təbii ki, təsirlənəcək. “Onlar həm Türkiyə, həm də Suriyanın yeni hökuməti ilə dil tapmaq məcburiyyətində qalacaqlar. Bundan əlavə, ABŞ-ın çəkilməsi Bəşər Əsədə və onun müttəfiqləri - Rusiya və İrana daha sərbəst hərəkət imkanı verir. Bu, rejimin Suriya ərazisində nəzarəti bərpa etmək üçün müəyyən cəhdlər etməsinə şərait yarada bilər. Bir müddət bundan əvvəl Suriyada yeni hakimiyyətə qarşı Əsəd yönlü qüvvələrin təşkil etdikləri çevriliş cəhdinin qarşısının alınması buna əyani sübutdur”.
Türkiyə Yaxın Şərqdə daha da möhkəmlənəcək?
Ekspert hesab edib ki, ABŞ-ın çıxması Türkiyə üçün həm çətinliklər, həm də strateji fürsətlər yaradır. “İlk növbədə Türkiyənin hərbi və siyasi manevr sahəsi genişlənir. ABŞ-ın yoxluğu Türkiyəyə Suriyanın şimalında daha sərbəst hərəkət imkanı verir. Ankara, “təhlükəsizlik zonası” konsepsiyasını daha rahat reallaşdıra bilər. Eyni zamanda Türkiyə həm Rusiya, həm İran, həm də Qərblə danışıqlar aparan nadir güclərdən biridir. ABŞ-ın geri çəkilməsi Ankaranın bu balanslaşdırıcı rolunu daha da önə çıxaracaq. Bir məqamı da əlavə edim ki, qardaş ölkə eyni zamanda logistik və enerji qovşağı kimi möhkəmlənəcək. Türkiyə artıq Şərqlə Qərb arasında mühüm keçid ölkəsidir. Yaxın Şərqdəki yeni siyasi düzən bu statusu daha da gücləndirir və dayanıqlı edir”. Lakin V.Zifəroğlu Türkiyə üçün müəyyən risklərin olacağını da bildirib: “Yeni şərait Ankara-Moskva-Tehran üçbucağında rəqabəti sərtləşdirə bilər. Xatırlatmaq istərdim ki, xüsusilə İdlib, Tel-Rifat və Kobani ətrafında maraqlar toqquşur. Və bu bölgələrlə bağlı hələ də müəyyən narahatlıqlar mövcuddur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

