“ERA təşəbbüsü”nün 3-cü tranşı...
11.04.2025 [09:55]
Brüsselin yardımının arxasında hansı məqsəd dayanır?
Avropa İttifaqı Ukraynaya növbəti yardım paketini ayırıb - belə ki, Ukraynanın Baş naziri Denis Şmıqal öz sosial şəbəkə hesabında qeyd edib ki, Aİ Ukraynaya ERA təşəbbüsü çərçivəsində 1 milyard avro məbləğində üçüncü tranş köçürüb. Onun sözlərinə görə, bu, onun Brüsseldə təşkilatın iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis ilə görüşü zamanı elan edilib. D.Şmıqal vurğulayıb ki, Ukraynanın bərpası üçün resurs kimi istifadə edilməli olan dondurulmuş Rusiya aktivlərinin tam müsadirəsi həm Kiyev, həm də Brüssel üçün prioritet təşkil edir və bu vəsaitlər birbaşa dövlət büdcəsinin əsas xərclərinə yönəldiləcək. Xatırladaq ki, Avropa İttifaqı ERA proqramı çərçivəsində Ukraynaya ümumilikdə 5 milyard avro dəyərində yardım edib.
Aİ-nin məqsədi
Ekspertlər hesab edirlər ki, rəsmi Brüsselin bu addımının arxasındakı hədəf Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində ABŞ-ın təşəbbüslərinə əngəl yaratmaq, o cümlədən Rusiya ilə Ukrayna arasında atəşkəs sazişinin imzalanmasına mane olmaqdır. Ekspertlər, həmçinin Brüsselin Ukraynaya növbəti yardımını ABŞ və Rusiyanın Aİ-ni danışıqlar prosesindən kənarlaşdırmasına cavab kimi də qiymətləndirirlər. Eyni zamanda bəzilərinin fikirlərinə görə, Brüssel bununla Ağ Evin rəhbərinə Aİ-nin ABŞ-sız özünün müdafiə-təhlükəsizliyini təmin etmək iqtidarında olduğu mesajını çatdırır.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Rusiya ilə Ukrayna arasında atəşkəsin elan olunması Aİ üçün qəbuledilməzdir. Onun sözlərinə görə, Brüssel indiki vəziyyətdə atəşkəsi təkcə Ukrayna üçün deyil, həmçinin Avropanın gələcəyi üçün də ciddi təhlükə kimi görür: “Onun əsas məqsədi Rusiyanın müharibədən qalib kimi yox, məğlub kimi çıxmasına nail olmaqdır. Avropada hesab edirlər ki, Ukraynanı silah, hərbi və iqtisadi yardımlarla təmin etməklə öz məqsədlərinə nail ola bilərlər. Müharibənin Rusiyaya daha çox ziyan vurması üçün Ukraynaya yardımları davam etdirmək Aİ-nin və Qərbi Avropa ölkələrinin xüsusi strategiyasıdır. Məhz buna görə də Aİ tərəfindən Kiyevə edilən yardımların miqdarı və intensivliyi artır. Avropa ölkələri bu yardımları daha da artırmaq üçün Rusiyanın dünya banklarında dondurulmuş aktivlərdən istifadə etməkdən çəkinmirlər”.
Politoloq vurğulayıb ki, əgər ABŞ ilə Rusiya arasında razılıq əldə olunarsa və Rusiyanın şərtləri təmin edilərsə, Aİ-nin yardımları heç bir əhəmiyyət kəsb etməyəcək: “ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında atəşkəs sazişi imzalanacaq. Burada Avropa İttifaqının hər hansı mövqeyi, hətta narazılığı belə nəzərə alınmayacaq. Ona görə də hesab edirəm ki, indiki halda Aİ-nin Ukraynaya müxtəlif formalarda yardımı yalnız müharibənin bir qədər uzanmasına xidmət edir. Əvvəl-axır atəşkəs elan olunacaq. Müharibənin davam etməsi nəinki Rusiya və Ukrayna üçün, hətta Avropa üçün də daha ağır nəticələrə gətirib çıxara bilər”.
“Prosesdə mən də olmalıyam”
Politoloq İlyas Hüseynov da məsələ ilə bağlı bizimlə öz fikirlərini bölüşüb - o, bildirib ki, Brüssel Ukraynanın gələcək taleyini həll edəcək danışıqlar prosesindən kənarda qalmaq istəmir: “İlk növbədə qeyd edim ki, ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması üçün əlindən gələni edir. Həm Səudiyyə Ərəbistanında, həm də Türkiyədə Rusiyanın və Ukraynanın nümayəndələri ilə davamlı və aramsız görüşlər keçirib. Tramp administrasiyası bir tərəfdən özünü sülhpərvər və çox ağır bir münaqişəni həll etmək potensialına sahib olduğunu göstərir, digər tərəfdən isə regionda mövcud vəziyyətdən istifadə etməklə geoiqtisadi maraqlarını təmin etmək niyyəti güdür. Aİ-nin Ukraynaya 1 milyard avro dəyərində yardımına gəlincə, belə düşünürəm ki, Brüssel bu addımı ilə Ağ Evə demək istəyir ki, o, danışıqlar prosesinə kənardan seyr etmək istəmir. Yəni Rusiyanın müsadirə edilmiş vəsaitlərini Ukraynaya yönəltməklə “prosesdə mən də olmalıyam” mesajını çatdırır. Amma gez-tez Aİ də prosesə cəlb olunacaq. Rusiyaya qarşı beynəlxalq sanksiyaların yumşadılması üçün Brüsselin prosesdə iştirakı önəmlidir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23

