İqtisadi müstəqillik bəyannaməsi, yoxsa...
04.04.2025 [08:59]
ABŞ-ın yeni idxal tarifləri kimə və nəyə xidmət edir?
ABŞ Prezidenti Donald Trampın xarici ticarət tərəfdaşlarına tətbiq etdiyi idxal rüsumlarının parametrləri məlum olub. İdxal tariflərinin tətbiqinə dair fərmanı Müstəqillik Aktına bərabər sənəd kimi təqdim edən Amerikanın dövlət başçısı bu addımı Amerika tarixində ən mühüm günlərdən biri kimi qiymətləndirib. “Bu fərman bizim iqtisadi müstəqillik bəyannaməmizdir” deyən Tramp bununla da ölkəsinin ticari siyasətində yeni dövrün başlayacağına əminliyini ifadə edib.
İdxal rüsumları 2 kateqoriya üzrə təsnifləşdirilib. Birinci kateqoriya üzrə Avropa İttifaqı (Aİ) və digər region ölkələri üzrə tarif dərəcələri müəyyənləşib. Aİ üzrə idxal olunan məhsullar üçün orta 20 faizlik idxal rüsumu dərəcəsi nəzərdə tutulur. Digər region ölkələri üçün bütün malların idxalı üçün minimum baza rüsumu 10 faiz həddində müəyyənləşdirilib. Buraya Böyük Britaniya, Braziliya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ukrayna və bir çox post-sovet ölkələri daxildir. Belə ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda eyni rüsum dərəcəsi qüvvədə olacaq. Post-sovet regionundan yalnız Moldova 31 faiz, Qazaxıstan isə 27 faizlik rüsumla ticarət rejiminə cəlb edilib. İdxal məhdudiyyətləri siyahısında Rusiya yer almır.
ABŞ-ın idxal rüsumları üzrə müəyyənləşdirdiyi ikinci kateqoriyaya Çin, uzaq Asiya və Afrika bölgəsi daxildir. Bu tarif siyasətinə əsasən, Çindən ABŞ-a idxal olunan bütün məhsullara 34 faiz idxal rüsumu tətbiq olunacaq. Asiyanın digər ölkələrindən Vyetnama 46 faiz, Kambocaya 49 faiz, Laosa 48 faiz rüsum tətbiqi planlaşdırılır.
Neoproteksionizmə və yeni ticarət müharibəsinə doğru
Trampın bu qərarları faktiki olaraq proteksionizm siyasətinin bariz təzahürləri kimi qiymətləndirilir. Xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoymaqla, valyuta məhdudiyyətləri, qeyri-tarif maneələri neoproteksionizmdir. Bu sıraya milli sənayenin və yaxud kənd təsərrüfatının idxalına yardımı, daxili ticarətdə lisenziya sistemin istifadə edilməsinin təmin edilməsini, idxal vergilərinin təyin edilməsini də aid etmək olar. Bir sözlə, mövcud ticari qaydalar xarici ticarət tərəfdaşlarının bloklanması tendensiyası kimi səciyyələndirilə və az qala yeni ticarət müharibəsi də adlandırıla bilər. Eyni zamanda, neoproteksionizmin qlobal ticarətin renatabelliyini, xarici tərəfaşlar arasında iqtisadi zənciri pozmaqla dünya iqtisadi böhranı yaradacağı da gözləniləndir. Xüsusilə də iki nəhəng qütbün - Aİ və Çinin xarici ticarətdə bloklanması qlobal iqtisadiyyat üçün ürəkaçan proqnozlar vəd etmir. Çin dünyanın ən güclü iqtisadi qütblərindən biridir və ABŞ-ın xarici ticarət tərəfdaşları arasında ilk 5-likdə dayanır. Bu ölkəyə qarşı sərt idxal “sanksiyası” ABŞ-la yanaşı, qlobal ticarətin ritmini də poza bilər. Eləcə də dünyanın ən böyük ticarət bloklarından biri olan və qlobal miqyasda üçüncü ən böyük iqtisadiyyat kimi sıralanan Aİ ilə ABŞ-ın iqtisadi əlalərində qırılmaların baş verməsi bütün regionlarda iqtisadi hərarətləri aşağı salacaq.
Tariflər Azərbaycana necə təsir edə bilər?
ABŞ-ın idxal tarifləri siyahısı faktiki olaraq Azərbaycanı da əhatə edir və ölkəmiz üçün minimal 10 faiz dərəcədə gömrük rüsumu müəyyənləşib. Bu qərarın Azərbaycanın ixrac potensialına ciddi təsirləri o qədər də gözlənilən deyil. Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə 1,6 milyard dollar olub. Ticarət balansında Azərbaycanın ixracı cəmi 135 milyon dollar təşkil edir, idxal isə 1 milyard 480 milyon dollardır. Yəni ABŞ Azərbaycandan məhsul idxalından daha çox, 10-11 dəfə ixrac edən ölkədir. Ona görə də, yeni tariflər qeyri neft-qaz ixrac məhsullarına cüzi təsir göstərə bilər.
ABŞ-ın qazancı nə olacaq?
ABŞ hökuməti bu strateji baxışı ilə milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına nail olacağını düşünür. Bu siyasətin daxili bazarın xarici mal və əmtəə “hücumlardan” qorunacağına əminlik olsa da, əslində, qlobal azad rəqabətin pozulması sayəsində Amerikanın ticarət balansında disbalansın yaranacağı baş verə bilər. Belə ki, ABŞ-ın illik sənaye və nəqliyyat, avadanlıqları, məişət texnologiyaları və s. mallara olan ehtiyacının təxminən 40 faizi xarici ölkələrdən gətirilir. Mineral yanacaqlar, elektrik və elektron avadanlıqları, maşınlar, nüvə reaktorları, avtomobillər üzrə idxalın əsas sütunları Çin, Böyük Britaniya, Rusiya, İsveçrə, Aİ ölkələridir. Xüsusən də maşın və avadanlıqlar, o cümlədən avtomobil idxalında həmin ölkələrin ticari balansda payı 50 faizdən çoxdur. Həmin malların yerini daxili istehsal və sənaye potensialı ilə doldurmaq üçün ABŞ-ın yerli istehsal imkanları məhduddur. Rusiyadan yüksək idxal pəncərəsi açılması mümkündür, ancaq Rusiyanın həmin balansı doldurması və rəqabətli əmtəələr ixracı məhduddur.
Belə olan halda, ölkəyə həmin malların idxalı yeni rüsumlar sayəsində bahalaşa bilər. Dövlətin yeni idxal tarifləri hesabına gömrük yığımlarından daxilolmalarının artması mümkündür, ancaq bunun daxili bazarda qiymət artımlarını və inflyasiyanı da cilovlandıracağı gözləniləndir.
Sösüz ki, Tramp administrasiyasının bu addımına Avropa İttifaqı və Çin tərəfindən cavab tədbirlərinin veriləcəyi istisna deyil. Həm Aİ, həm də Çin hökumətinin adekvat addımlar atacağı, xarici ticarət nomenklaturası üzrə mal və xidmətlərin idxal dərəcələrində dəyişikliklər layihəsinin hazırlanacağı barədə ilk anonslar da verilib. Yaxın günlərdə hər iki mərkəzdən ciddi əks-proteksionizm cavab tədbirlərinin görülməsinin şahidi olacağıq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

