Paşinyan Trampdan istədiyini ala bilmədi
15.02.2025 [10:51]
İrəvan yenə də xəyanətkarlıq edir
İrəvan yenidən üzünü Rusiyaya tərəf çevirə bilər. Ermənistan KİV-lərinin məlumatına görə, Baş nazir Nikol Paşinyan Vaşinqtona səfər zamanı ABŞ-ın yeni prezidenti Donald Trampla görüşə cəhd edib. Lakin onun və erməni lobbisinin bütün səylərinə baxmayaraq, bu görüş baş tutmayıb. “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Paşinyanın ABŞ-dan sonra Fransaya səfəri hakim partiyada ciddi narahatlıq yaradıb. Hakim komandada belə fikirlər dolaşır ki, Paşinyan Ermənistana pis əhval-ruhiyyədə qayıdıb və onun Makronla görüşməsinin əsas səbəbi Ermənistanın Aİ-yə daxil olması ilə bağlı gündəliyə aydınlıq gətirmək olub.
Ermənistanda bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan Qərbdən ciddi dəstək ala bilməsə və yarı yolda yalnız buraxılsa, yenidən Rusiyaya yaxınlaşmağa çalışacaq.
İrəvan istəyinə nail olmayacaq
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Trampın hakimiyyəti dövründə Ermənistana əvvəlki kimi dəstək verilməyəcək.
“Qarabağ işğal altında olduğu zaman ABŞ Qarabağda minalara qarşı “mübarizə” adı altında erməni separatçılarına iki milyon dollar dəyərində maliyyə dəstəyi göstərirdi. Lakin 2017-ci ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra bu yardım kəsildi. Xüsusilə qeyd edim ki, 44 günlük Vətən müharibəsində Paşinyan Ağ Evə dəfələrlə zəng vurub, amma zənglərinin heç birinə cavab verilmədi. Hətta erməni lobbisinin Ermənistana dəstək üçün çağırışlarına da məhəl qoyulmadı. Trampın ikinci hakimiyyəti dövründə də eyni yanaşmanın sərgilənəcəyi gözlənilir. Onu da qeyd edim ki, demokratlardan fərqli olaraq, respublikaçılar hər zaman Azərbaycanla münasibətlərə xüsusi önəm veriblər”.
Paşinyanın Vaşinqton səfərinin məqsədi nədir?
Politoloqun sözlərinə görə, Trampın Ermənistanla bağlı gələcək xarici siyasəti İrəvanı narahat edir: “Paşinyanın Vaşinqtona səfərinin əsas səbəbi həm Trampın Ermənistana münasibətini öyrənmək, həm də Bayden administrasiyası ilə imzalanan strateji tərəfdaşlıq sazişinin səmərəliyini müəyyənləşdirmək idi”.
Makronla görüş nədən qaynaqlanır?
“Vaşinqtonda öz məqsədinə nail olmayan Paşinyan dərhal Parisə səfər edib Prezident Emmanuel Makronla görüşdü. İndi o, ümidini Makrona bağlayıb,” - deyə A.Nərimanlı Fransanın Ermənistan siyasətini bu cür şərh edib: “Hazırda Fransa acınacaqlı bir durumdadır - Paris Mərkəzi-Qərbi Afrikada, eləcə də digər regionlarda geosiyasi təsir imkanlarını itirmək üzrədir. Belə bir halda Fransa gözünü Cənubi Qafqaza dikib - Parisə bu regionda təsir imkanlarını artırmaq ona görə lazımdır ki, o, qlobal səviyyədə itirilməkdə olan nüfuzunu bərpa edə bilsin. Parisdə belə hesab edirlər ki, Tramp administrasiyasının Cənubi Qafqazı diqqətdən kənar saxlaması, o cümlədən Rusiyanın bu regionda zəifləməsi onlara regionda mövqelərini möhkəmləndirməyə şərait yaradacaq. Sözsüz ki, Fransa bu mənfur siyasətini Ermənistan üzərindən həyata keçirməyə çalışacaq. Bunun üçün Ermənistana hərbi-siyasi dəstəyi artıracaq, hətta İrəvanı Azərbaycanla sülh prosesindən yayındırmağa çalışacaq”.
İranla da yaxınlaşma fayda verməyəcək
Politoloq qeyd edib ki, İran da bir müddət Ermənistana dəstək göstərib. O, vurğulayıb ki, Azərbaycan, Türkiyə və Rusiya regional məsələlərdə eyni mövqe sərgiləyərkən, Ermənistan və İran fərqli mövqedən çıxış edirdilər:“İran ətrafında çox ciddi proseslər hökm sürür - Suriyadakı son hadisədən sonra İran hakimiyyəti Yaxın Şərqdə öz təsir imkanlarını itirmək üzrədir. Bu, İranın Cənubi Qafqazdakı mövqeyinə də təsir edir. Tehranın Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar məhz bundan irəli gəlir. Bu da Ermənistanı daha çətin vəziyyətə salır”.
İrəvan xəyanətkar donuna girir?
“İrəvan anti-Rusiya siyasətindən tam əl çəkməyəcək, ancaq bu siyasətini bir qədər yumşaldacaq. Trampın Ağ Evə qayıtdıqdan sonra - əvvəlki kimi Ermənistanda Rusiyaya qarşı sərt ritorikalar səsləndirilmir. Yəqin ki, bu, ya meydanda tək qalmaq qorxusundan irəli gəlir, ya da Qərbin onu himayəsinə alması üçün rol oynayır,”- A.Nərimanlı bitirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29

Dünya
21 Mart 16:41

Xəbər lenti
21 Mart 15:46

Gündəm
21 Mart 15:03

Gündəm
21 Mart 14:51

Dünya
21 Mart 14:28

Dünya
21 Mart 13:34

Dünya
21 Mart 12:43

Dünya
21 Mart 11:42

İdman
21 Mart 11:16

Dünya
21 Mart 10:51

İdman
21 Mart 10:20

Sosial
21 Mart 09:49

Hadisə
21 Mart 09:14

Dünya
21 Mart 08:37

Dünya
20 Mart 22:14

Hadisə
20 Mart 21:23

Sosial
20 Mart 20:42

Hərbi
20 Mart 20:15

Gündəm
20 Mart 19:36

Dünya
20 Mart 19:31

Xəbər lenti
20 Mart 18:46

Dünya
20 Mart 18:26

Hadisə
20 Mart 17:25

Dünya
20 Mart 16:54

Dünya
20 Mart 16:23

Sosial
20 Mart 15:56

YAP xəbərləri
20 Mart 15:39

YAP xəbərləri
20 Mart 14:46

İqtisadiyyat
20 Mart 14:09

Siyasət
20 Mart 13:49

Gündəm
20 Mart 13:33

İqtisadiyyat
20 Mart 13:31

Analitik
20 Mart 13:12

MEDİA
20 Mart 12:57

Analitik
20 Mart 12:33

İqtisadiyyat
20 Mart 12:11

Analitik
20 Mart 11:57

Analitik
20 Mart 11:33

Analitik
20 Mart 11:10

Gündəm
20 Mart 09:54

Asiya
20 Mart 09:16

Dünya
20 Mart 08:56

Dünya
20 Mart 08:32

Sosial
19 Mart 23:39

Xəbər lenti
19 Mart 23:33

Dünya
19 Mart 23:12

İdman
19 Mart 22:52
