Simonyanın Ağdam narı etirafı və Böyük Britaniyanın Ermənistan xəbərdarlığı
22.01.2025 [18:00]
Yadınızdadır yəqin, bir günlük antiterror əməliyyatından sonra Qarabağdakı mülki ermənilər öz istəkləri, yaxud da Ermənistandan, erməni havadarlarından aldıqları təlimatlar əsasında Laçın yolu ilə Gorus istiqamətinə gedərkən telekanallarımıza müsahibələr verirdilər. Jurnalistlərimiz tez-tez ermənilərin səsləndirdiyi fikirlərə, xüsusilə də toponimlərimizlə bağlı yanlışlıqlara düzəlişlər etməli olurdular.
https://musavat.com/news/ermeni-spiker-behreynde-azerbaycani-ittiham-edib-zaldan-qacdi-musavat-com-un-emekdasina-qanli-qanli-baxdi-ozel-fotolar_963064.html
Məsələn, deyirdilər “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və sair...Ondan əvvəlki dönəmlərdə Rusiya Müdafiə Nazirliyinin, bölgədəki müvəqqəti hərbi komandanlığa istinadən yaydığı xəbərlərdə toponimlərimizi təhriflərinə rəsmi qurumlarımızın sərt reaksiyalarını və düzəliş xarakterli məktublarını da yada salmaq yerinə düşər...

Amma baxın, Azərbaycan dövlətinin “Dəmir Yumruğ”u, davamlı şəkildə sərgilədiyi qətiyyətli siyasəti nəticəsində artıq milli toponimlərimizin öz adı ilə çağırılması zəruriliyindən Ermənistanda da danışılır. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirdiyi brifinqdə çaşıb “Artsax” dediyi halda, dərhal səhvini düzəldir və düz 4 dəfə “Qarabağ” söyləyib. Simonyan xatırlatma edib ki, “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”. Üstəlik, Serj Sərkisyan kimilərə ünvanlı mesajını da çatdırıb ki, heç Ermənistan da Qarabağın müstəqilliyini heç vaxt tanımayıb. Ardınca “İnzibati-ərazi bölgüsü haqqında qanunu qəbul edəndə, Qarabağın Azərbaycan olmamağı üçün nə etmişdiniz?”-sualı ilə sələflərinə sual edib.

Bəli, bu, həmin Alen Simonyandır ki, işğal dövründə yer üzündən silinmiş “ruhlar şəhəri”ndə - Ağdamda əlində nar necə poza verdiyini və “Akna (ermənilər Ağdama belə qondarma ad qoymuşular-M.) mənim vətənimdir” yazmışdı. Erməni jurnalistlər bunu da xatırladanda Simonyan “Biz hamımız səhv edirik”, - deyib.
Ciddi etiraflardır. Alen Simonyan o şəxsdir ki, 2023-cü ilin martında Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxış edərək Azərbaycanın ünvanına şər-böhtan səsləndirmiş, Azərbaycanı Ermənistana qarşı “təcavüz”də, Laçın “dəhliz”ini “bağlamaqda”, Qarabağdakı 120 min (?!-E.P.) ermənini blokada vəziyyətdə saxlamaqda, “humanitar fəlakət” yaratmaqda ittiham etmişdi. Və cavabının Azərbaycan parlament sədri tərəfindən veriləcəyini bildiyi üçün zaldan qaçmışdı. Heç iki il keçməyib və belə bir geridönüş! Bundan əvvəl də Simonyan parlamentə “real Ermənistan”ın xəritəsini asmışdı. Hərçənd, bu xəritə də reallığı əks etdirmir, çünki 9 min kv.km-lə 29,8 min kv.km arasında “yerlə-göy qədər” məsafə var, bunu Ermənistanın kadastr sənədinin olmadığını etiraf edən Nikol Paşinyan da bilir, Simonyan da... Sadəcə, real durumu nəzərə alıb, vəziyyətdən maksimum qazanclı çıxmaq istəyirlər, ona görə də “realist” görünməyə çalışırlar.
![]()
Ermənistanda qeyri-realistlər, revanşçı qüvvələr isə az deyil. Onlar hətta parlamentdə də var. Bir neçə gün əvvəl “Şərəfim var” adlı, əslində şərəfdən, ar-abırdan məhrum olan fraksiyanın üzvlərindən biri Azərbaycanın Qarabağ bölgəsinə də iddiasını yenidən tribunadan elan etdi, Qarabağı “Ermənistan ərazisi”ndə göstərən saxta xəritələri də tribunaya pərçimləyərək. Düzdür, Simonyanın təlimatı ilə həmin saxta kağızlar cırılıb, rədd edildi. Amma əgər belə iddialar indiki, Ermənistanın bu durumunda da parlamentdən eşidilirsə, demək, yeni dərslərə ehtiyac yarana bilər. Məsələ burasındadır ki, hələlik Ermənistan rəhbərliyi də belə iddialara meydan tanımaqdadır. Xüsusilə də Azərbaycanın ölü Minsk qrupundan imtina ilə bağlı tələbinə baxılması, qərar verilməsini gecikdirən, ölkəmizin ərazilərinə iddia edən konstitusiyanın dəyişdirilməsindən yayınan hakimiyyətin islah olunduğunu söyləmək mümkün deyil. Üstəlik, Ermənistan rəhbərliyi nə 300 min nəfər azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verir – baxmayaraq ki, Ter Petrosyan belə, yüz minlərlə azərbaycanlının qovulduğunu rəsmən etiraf edib. Digər tərəfdən, Azərbaycan dövləti ən yüksək səviyyədə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı şəkildə imtina təklifini verib. Ermənistan isə əl altından Azərbaycana qarşı yeni iddialarla çıxış edir, saxtakarlıqlarla dolu ittihamlarını davam etdirir. Bu proses birbaşa Ermənistan hakimiyyətinin diktəsi ilə aparılır, heç şübhəsiz. Odur ki, bir tərəfdən “konstruktiv” görünməyə çalışan, daha sonra isə “Rusiya bizi tək qoydu”- deyib, köks ötürən, Alen Simonyanın artistizm qabiliyyəti bizi yanıltmamalıdır.
![]()
Ermənistan hakimiyyəti sülhdən danışır, amma paralel olaraq şərti sərhədlər boyunca hərbi qüvvələrini cəmləməkdədir, yeni səngərlər qazılır, təxribatlara hazırlıq görülür. Təsadüfi deyil ki, Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq edərək, onlara Ermənistan-Azərbaycan şərq sərhədindən 5 kilometr məsafədə bütün səyahətlərdən çəkinməyi tövsiyə edib. Britaniya Xarici İşlər Nazirliyinin Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu barədə bildirib. Həmçinin FCDO Ermənistanın İcevan və Noyemberyan şəhərləri arasında M16/H26 yolu ilə hər cür səyahət etməməyi tövsiyə edib. Qurum buna səbəb kimi Ermənistan-Azərbaycan sərhədindəki “gərgin vəziyyət”i göstərib. (Teleqraf.com) Gərginliyi kim yaradır? Əlbəttə ki, Ermənistan. Bu gün İrəvandakılara ABŞ, Fransa, Kanada və digər ölkələrin hərbi kontingentinin daha sürətli şəkildə Ermənistana gətirilməsi, əlavə silah-sursatla təmin olunması üçün lokal hərbi əməliyyatlar lazım ola bilər. Bunu ən çox istəyənlərdən biri Makron Fransasıdır. Odur ki, Simonyanın Ağdam narı haqqında etirafına aldanmamalıyıq. Bunlar hələ də Ağdam ərazisində “Tiqronakert” qalıqları “tapdıqları” barədə saxta rəvayətlərdən imtina etməyiblər...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

