Uzaq Şərqdə sükut pozulur
01.11.2024 [10:47]
Ukrayna müharibəsi bitər-bitməz...
“Böyük müharibə” dənizə doğru yol alır
Bir müddət “sükuta” qərq olmuş Uzaq Şərqdə yenidən “həyacan təbili” çalınmaqdadır. Ötən ilin payızında San-Fransiskoda baş tutan görüşdən sonra öz “qınına” çəkilən ABŞ və Çin Tayvan problemi ilə bağlı yeni raunda start verirlər. Xəbər verildiyi kimi, “New York Times” qəzeti ABŞ Silahlı Qüvvələrinin Çinlə mümkün münaqişəyə hazırlaşması ehtimalından yazıb. Nəşr bildirib ki, amerikalı hərbçilər bu məqsədlə müxtəlif manevrlər, o cümlədən Ukrayna müharibəsində istifadə olunan taktikalar üzərində çalışır. Hətta qarşıdakı prezident seçkiləri də Vaşinqtonu bu “hədəfdən” yayındıra bilməz - nəşr qeyd edir ki, ABŞ-ın dövlət başçısı postuna namizədlər Donald Tramp və Kamala Harrisin Ukrayna və Yaxın Şərqdəki müharibələrlə bağlı mövqeyi fərqli olsa da, Çinə münasibətdə bu mövqelər uzlaşır - Birləşmiş Ştatlar noyabrda keçiriləcək seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Ağ ev Çinlə müharibəyə hazırlaşmağa davam edəcək. “ABŞ ordusu özünü və yüz minlərlə gənc kişi və qadını növbəti müharibəyə - bu dəfə Çinlə potensial münaqişəyə hazırlayır. Bu müharibə həm quruda, həm dənizdə və havada, həm də kosmosda aparıla bilər. Ordu da məhz həmin ssenarilər üzrə hazırlıq keçir. Amerikalı hərbçilər, eyni zamanda, Ukraynanın Rusiyaya qarşı döyüşlərini müşahidə edir və yeni manevrlər üzərində işləyir”, - deyə materialda bildirilir.
Nəşrin fikrincə, Çin və ABŞ kimi nüvə silahına malik böyük dövlətlər arasında münaqişə dəfələrlə təhlükəli olacaq. Həmin müharibədə amerikalı hərbçilər arasında itkilər Birləşmiş Ştatların iştirak etdiyi ən qanlı müharibələri belə geridə qoya bilər. Qəzet, həmçinin qeyd edir ki, ABŞ-ın bölgədəki hərbçilərinin təxminən 54 min nəfəri Yaponiyada, 25 mini Cənubi Koreyada, bir qədəri isə Filippində yerləşdirilib. “General-mayor Robert Smolls” gəmisi isə münaqişə baş verəcəyi təqdirdə Amerika texnikası və avadanlığının regiona çatdırılması üçün kritik əhəmiyyətə malikdir.
25 illik antiterror əməliyyatları arxa plana keçir...
Münaqişə ilə bağlı iddiaların bir illik sükutdan sonra yeni fazaya qədəm qoyması olduqca mühüm təhlükələrdən xəbər verir. Amerikalı siyasi tədqiqatçılar belə etiraf edirlər ki, Cənubi Çin dənizindəki mübahisəli adalar olan Tayvanla bağlı münaqişə silahlı mərhələyə qədəm qoymaq üzrədir. Hətta siyasi ekspertlər Birləşmiş Ştatların artıq bir neçə ildir ki, bu istiqamətdə təlimlər keçdiyini, təlimlərdə məqsəd kimi Çin də daxil olmaqla toqquşma ssenarilərinə hazırlığın reallaşdığını bildirirlər. Qeyd olunur ki, son illərdə bu cür təlimlərin sayı artıb: Amerika ordusu artıq Yaxın Şərqdəki 25 illik antiterror əməliyyatlarını ikinci plana keçirir, böyük dövlətlərlə toqquşmaya hazırlaşır. Onların Ukraynadakı müharibə təcrübəsinə əsaslandıqları vurğulanır və bildirilir ki, ABŞ əsgərlərinə xüsusilə Sakit okean regionunda Çinlə qarşıdurmanın yolları öyrədilir.
300 milyonluq PUA-nın ardından 567 milyon “yardım”...
Vaşinqtonun məsələyə baxışı daha radikaldır - siyasi analitiklər iddia edirlər ki, ABŞ toqquşma üçün hətta Tayvan ətrafında hərbi təxribat belə törətməyə hazırdır. Hazırda regiona fəal şəkildə silah yığılmasına baxmayaraq mümkün toqquşmanın vaxtı yalnız Ukrayna müharibəsi bitdikdən sonra məlum olacaq. Müharibənin iqtisadi maliyyə tərəfi də düşünülüb - iddia olunur ki, Ukraynada döyüşlər bitən kimi müharibəni stimullaşdıran maliyyə tranşının mühüm bir hissəsi Tayvana yönələcək. Bu ilin iyununda Birləşmiş Ştatlar Tayvana 300 milyon dollarlıq mümkün pilotsuz təyyarə satışını təsdiqləyib. Bunun qarşılığında isə Çinin Müdafiə Nazirliyi tərəfləri “hərbi sui-qəsdi” dayandırmağa çağırış edib. Amma deyəsən proses dayanmayacaq - sentyabrda ABŞ Tayvana 567 milyon dollarlıq hərbi yardım göstərib.
Sakit okean sularında demarş...
Hətta ABŞ-ın Çinlə mümkün münaqişəyə hazırlıq məqsədi daşıyan təlimlər keçirdiyi də məlum olub. Oktyabrın ortal?rında Amerika və Kanada hərbi gəmiləri Tayvan boğazından birlikdə üzüblər. Düzdür, bu dəniz demarşı ənənəvi xarakterə malik olsa da, (ABŞ dəniz qüvvələri müttəfiq gəmilərin müşayiəti ilə təxminən ayda bir dəfə boğazdan keçir) bu dəfəki “göstəri” tamam fərqli səciyyə daşıyıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanması bildirib ki, USS Higgins esminesi və Kanadanın HMCS Vancouver freqatı “beynəlxalq hüquqa uyğun olaraq naviqasiya və uçuş azadlığının tətbiq olunduğu sulardan”“ istifadə edib.
Ümumiyyətlə, bu ilin əvvəlindən etibarən münaqişəni körükləyəcək xarakterli bir neçə “məşq” edilib. Hətta ABŞ və Tayvan Sakit okeanın qərbində qeyri-rəsmi birgə dəniz təlimləri belə keçirib. Onlar freqatlar və dəstək gəmiləri də daxil olmaqla altıya yaxın gəmiyə baxış keçiriblər. Tərəflər əsasən hərəkətdə olarkən tədarük və yanacaq doldurma təcrübəsini yoxlayıb, həmçinin xarici sualtı qayıqların birgə axtarışını reallaşdırıblar. ABŞ-ın regiondakı hərbi gücü sayılan AUKUS hələlik bu təlimlərdən kənardadır. Amma “gərəkli” olacağı təqdirdə “Uzaq Şərq NATO-su”nun da prosesə qoşulacağı istisna edilmir.
Nüvə müzakirələri baş tutmamışdı...
ABŞ mənbələri isə əksinə, Çinin müharibəyə başlama ehtimalından danışır. Qeyd edək ki, hələ bu ilin yayında “Daily Mail”ə müsahibəsində ABŞ ordusunun istefada olan general-mayoru Con Ferrari bildirmişdi ki, Pekin təchizatı kəsməklə Vaşinqtonun bölgədəki ordusunu təchiz etmək qabiliyyətini sarsıda bilər.
İlin əvvəlində Çin və ABŞ nümayəndələri son beş ildə ilk dəfə Şanxayda nüvə silahı məsələlərinə dair qeyri-rəsmi məsləhətləşmələr keçirmişdilər. Qeyd olunurdu ki, Amerika tərəfi Tayvanla münaqişə yaranacağı təqdirdə Çinin nüvə silahından istifadə etmə ehtimalından narahatdır. Sonradan isə “Semafor” nəşri Dövlət Departamentindəki mənbəyə istinadən Çinin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlardan imtina etdiyini bildirmişdi. Həmçinin qeyd olunmuşdu ki, ÇXR ABŞ Dövlət Departamentinin təklif etdiyi variantlara ciddi cavab verməyib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

