Samantanın Ermənistana 5 milyon dollar “hədiyyəsi”
13.07.2024 [11:15]
N.BAYRAMLI
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bugünlərdə Ermənistana səfər edib. O, səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də digər dövlət və hökumət rəsmiləri, QHT nümayəndələri ilə görüşüb. Paşinyanla görüşündə S.Pauer deyib ki, ABŞ administrasiyası Ermənistanla sıx əməkdaşlığı yüksək qiymətləndirir və Ermənistan hökumətinin “demokratiyanın möhkəmləndirilməsi, inkişafı, eləcə də Ermənistanın dayanıqlığının artırılması” istiqamətində planlarını ardıcıl dəstəkləməyə hazırdır. Tərəflər USAID-in ölkədə həyata keçirdiyi proqramlara toxunub, yeni birgə proqramların perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, USAID Ermənistanda “bulud infrastrukturunun” tətbiqi və potensialın artırılması məqsədilə “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayıracaq.
S.Pauer İrəvanda keçirdiyi mətbuat konfransında USAİD-in Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını elan edib. Onun sözlərinə görə, “bu da hüquqi sahəni gücləndirməyə kömək edəcək, yəni, texnologiyalar elə bir şəkildə inkişaf etsin ki, vətəndaşların şəxsi məlumatları qorunsun və vətəndaşların insan hüquqları təmin edilsin”. “Amerika Ermənistanın yanında, Amerika ermənilərin yanında olmağa hazırdır”, - deyə o, bir daha erməni sevgisini nümayiş etdirib.
USAİD rəhbəri ötən il də Ermənistana səfər edib və səfər zamanı Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi. Məlumdur ki, USAİD uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAİD bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi.
USAİD-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə USAİD-in hazırkı direktoru olan Samanta Pauer aktiv rol oynayır. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan simpatiyası onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünür. USAİD direktoru kimi isə bu simpatiya özünü daha qabarıq nümayiş etdirdi. Ötən ilin noyabrında da Pauer rəhbərlik etdiyi USAİD-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirmişdi. O, Ermənistana budəfəki səfərində də Qarabağ ermənilərinin geri qayıtmaq məsələsinə toxunaraq onların öz “dini məkanlarını, məzarlıqlarını” ziyarət etmələrindən danışıb.
Amma nədənsə, xanım Pauer nə Azərbaycanın 30 il erməni işğalı altında olmuş ərazilərdəki dağıntılara, nə də indiki Ermənistan ərazisində tarixən azərbaycanlılara məxsus olan dini, tarixi və mədəni abidələrin vəziyyətinə toxunmağı “unudur”. Bu torpaqların tarixən azərbaycanlılara məxsus olduğu və orada çoxlu sayda məscidlərin də olması və sonradan ermənilər tərəfindən dağıldığı hər kəsə məlumdur. Bu barədə sənəd-sübutlar da kifayət qədərdir. Bəlkə, Pauerin başçılıq etdiyi USAİD Ermənistandakı həmin məscidlərin taleyi ilə maraqlansın, orada dağıdılmış məscidlərin bərpasına da vəsait ayırsın? Təəssüf ki, S.Pauer bütün bunları görməzdən gəlir, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə səssiz qalır. Bu da ikili standartların bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

