Qərb “ demokrat dostunu” necə unutdu?
01.05.2024 [10:50]
SSRİ-nin dağılması ilə Qərb post-İttifaq ərazisində özünün dayaqlarını formalaşdırmağa başladı. İllərlə bu yöndə “iş aparan”, “dostlar tapan”, onları “təlimatlandıran” və “hazırlaşdıran” Qərb yeni dönəmdə məhz bu yaratdığı siyasi fiqurlardan öz mənfəəti üçün istifadə etməyə başladı. Sirr deyil ki, cəmisi 20 ilə yaxın keçmişdə Gürcüstanda baş verənlər də məhz Qərbin ssenarisi üzrə həyata keçirdi. Elə Saakaşvilinin siyasi həyatına nəzər saldıqda bütün ştrixlər ortaya çıxır - 1992-ci ildə Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda çalışan, 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülən, 1994-cü ildə “Edmund S. Muskie Graduate Fellowship” proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olan, 1995-ci ildə Corc Vaşinqton Universitetində dissertasiya müdafiə edərək doktorluq dərəcəsi qazanan Saakaşvili 1995-ci ildə Gürcüstan parlamentinin deputatı seçildi. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilir, daha sonra Tiflis meri seçilir. 2004-cü ildə rəngli inqilab nəticəsində hakimiyyətə gələn Saakaşvili 2013-cü ilə qədər Gürcüstan prezidenti olur.
Daha sonra Ukraynaya gedən Saakaşvili orada da bəzi vəzifələrdə təmsil olunur. 2017-ci ildə isə Ukrayna vətəndaşlığından çıxarılır. Ukraynanın yeni prezidenti Volodimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılır. 2021-ci ilin oktyabrında Mixail Saakaşvili ölkəsinə qanunsuz qayıtdıqdan sonra həbs edilir. Artıq 3 ildir ki, həbsdə olan Saakaşvili ilə bağlı zaman-zaman bəzi “bəyanatlar” verilsə də, Qərb öz keçmiş “dostunu” unudur. Hətta illərdir ki, keçirilən “Demokratiya sammit”lərinə quru dəvət belə göndərilməyib.
Yeri gəlmişkən, həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürərək, səhhətinə görə həbs cəzasının ləğvini və xaricə müalicəyə göndərilməsini tələb edib. Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə məlumat verib. Qeyd edək ki, 6 fevral 2023-cü ildə Tiflis Şəhər Məhkəməsi və martın 2-də Tiflis Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəlmişdilər.
Göründüyü kimi, Qərb vaxtilə “demokratiya yayıcısı” kimi qələmə verilən “dostlarını” taleyin ümidinə buraxır. Halbuki, bir zamanlar Qərb Saakaşvilini az qala demokratiya sözü ilə paralelləşdirmişdi, onun addımlarını ən demokratik addımlar kimi asossasiya olunmasını təbliğ edirdi. Bəs necə oldu ki, Qərb Saakaşvilini “istifadəyə yararlılıq” siyahısından çıxarıb, hətta onunla bağlı bir nüansı önə çəkmir? Bu, “insan hüquq və azadlıqları” adı altında özünün maraq və planlarını təşviq edən siyasi güclərin əsl simasını üzə çıxarır. Məqsədli və süni şəkildə qabardılan, “qəhrəman”a çevrilməsi uğrunda geniş iş aparılan, fərqli maraqların təmsilçisi olanlar Saakaşvilinin durumundan ibrət götürməlidir. Yaddan çıxmış “demokrat” quru sözə belə layiq görülmür...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

