Qərbin “emissarları”...
02.04.2024 [09:50]
Redikül müxalifət yenidən milli maraqlara qarşı cəbhə alıb
Son 4 ildə mühüm qələbələrə imza atmış Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu prosesdə əsaslı rol oynayan xalq - hakimiyyət - ordu birliyi qələbənin əsas formuluna çevrildi. Eyni zamanda, bütün kritik məqamlarda siyasi palitranın bir məqsəd ətrafında birləşməsi milli həmrəyliyin təcəssümü kimi çıxış etdi. İstər 2020-ci il Vətən müharibəsi, istərsə də lokal antiterror tədbirləri zamanı Azərbaycanın siyasi-ictimai palitrası müqəddəs amalımız uğrunda birlik nümayiş etdirdi. Amma bu imtahandan kəsilənlər də oldu - ictimai qınağa tuş gəlməmək, “susmaq” komuflyajı ilə pərdələnərək özünü qorumaq üçün həmin günlərdə gözdən “itənlər” sonradan erməni marağının, erməni təbliğatının danışan dilinə çevrildi. Redikül müxalifətin Azərbaycan “ayaq”ları, xaricdə məskunlaşdırılmış “siyasi alətləri” ötən 4 ildə bir dəfə də olsun ölkəmizin milli maraqlarının qorunması prosesində iştirak etməyib - tam əksinə, xarici maliyyə qaynaqlarının, xüsusilə ABŞ və Fransanın verdiyi tezislər üzərindən ölkəmizə qarşı hədyanlar söyləyiblər.
Hazırda Qərbin təhriki və dəstəyi ilə Ermənistan yenidən bölgədə təhdidlər formalaşdırmağa çalışır. ABŞ və Aİ-nin Cənubi Qafqaza yönəlik çirkin planları bütövlükdə regionun, eləcə də Azərbaycanın mövqeyinə ziddir. Bu gün Azərbaycanın ictimai-siyasi sektorunun təmsilçiləri yaranan təhdidlərə qarşı açıq mövqe nümayiş etdirirlər. Redikül müxalifət isə...
Konkret məsələyə keçməzdən öncə, vurğulamaq yerinə düşər ki, redikül müxalifət qüvvələrinin yaranan situasiya ilə bağlı mövqeyinə aydınlıq gətirmək üçün onların sosial media seqmentindəki çıxışlarına diqqət yetirmək vacibdir - heç bir sosial elektoratı olmayan rediküllər özlərinin “məram və məqsədlərini” məhz sosial media üzərindən “təbliğ edirlər”. Bu mənada, AXCP, “Milli şura”, “Müsavat” kimi milli maraqlara düşmən kəsilənlər yaranan vəziyyətlə bağlı maraqlı “tendensiyalarla” seçilir.
Məsələn, bu məsələdə daha “aktiv” rolu AXCP öz üzərinə götürüb - Fransada yerləşdirilmiş “casus”ları ilə əlbir olan Əli Kərimli “Qərbi qorumaq” üçün hərəkətə keçib. Artıq bir müddət idi ki, Azərbaycan dövlətini “Qərblə münasibətləri pozmaqda günahlandıran” AXCP sədrinin iç üzü növbəti dəfə ortaya çıxdı - Fransada oturub erməni maraqlarını qoruyan Qənimət Zahidin “televiziyasında” Qərbi ciddi cəhdlə müdafiə edən Kərimli paradoksal fikirlərlə gündəmə gəlməyə çalışır. Bu şəxs baş verənlər və ya baş verməsi proqnozlaşdırılanlarla bağlı Qərbdə “günah” görmür. Halbuki, regiona təsir gücünü formalaşdırmaq üçün Cənubi Qafqazı yenidən müharibə poliqonuna çevirmək uğrunda mübarizə aparan ABŞ-Aİ cütlüyü bunu açıq şəkildə ortaya qoyurlar. Kərimli və onun Fransadakı “kassası” Qənimət Zahid isə məsələni başqa rakursdan təqjdim etməyə çalışır.
Digər redikül təmsilçilər isə daha çox hələlik susmağa üstünlük verir - Azərbaycanın maraqlarını qorumağı özü üçün vəzifə saymayan qondarma şuraçılar, “Müsavat” üzvləri Qərbin Ermənistan üzərindən yaratdığı təhdidlə bağlı susqunluq nümayiş etdirirlər. Susmaq isə razılaşmaq əlamətidir - demək ki, bu qüvvələr də özlərinin “maliyyə mənbələri”nin fəaliyyətinin gizli dəstəkçiləridirlər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

