Kərimlinin yeni “tezis”ləri...
19.03.2024 [09:45]
AXCP sədri Əli Kərimli indi də bağlı olduğu Qərb dairələrindən aldığı yeni “tezisləri” dövriyyəyə buraxaraq onları əsaslandırmadan ötrü dəridən-qabıqdan çıxır. O iddia edir ki, “Azərbaycan regionun lider dövləti deyil”.
Əli Kərimlinin belə bir absurd və gülüş doğuran iddialar səsləndirməsi, necə deyərlər, nonsens deyil. Özünü yeri gəldi-gəlmədi ölkəmizdəki yoxluğu ilə varlığı bilinməyən redikül müxalifət düşərgəsinin “lideri” qismində qələmə verən AXCP sədri daim Azərbaycanın müsbət reallıqlarına zidd olan əcaib-qəraib fikirlər səsləndirir. Real müstəvidə heç bir fəaliyyəti olmayan, siyasi partiya sədrindən daha çox sosial şəbəkə qəhrəmanını xatırladan Əli Kərimlinin dilə gətirdiyi açıqlamalar bir qayda olaraq milli maraqlarımıza, ölkəmizin nüfuzuna xələl gətirmək niyyəti ilə dövriyyəyə buraxılır. Bəs onun belə utancverici “fəaliyyətlə” məşğul olmaqda məqsədi nədir? Axı Azərbaycanın uğurlu siyasətin məntiqi nəticəsi olaraq regionun aparıcı dövlətinə çevrildiyini artıq bütün dünya etiraf edir. Azərbaycan özünəməxsus nümunəvi inkişaf modeli qurub. Müstəqillik illərində respublikamız Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini müəyyənləşdirməyə nail olub. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan o dövlətdir ki, bir sıra böyük güclərin təzyiqləri qarşısında geri çəkilməyərək özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Parlaq qələbələrimiz sayəsində yaranan reallıqlar bütövlükdə regionun inkişafı və təhlükəsizliyi üçün çox münbit zəmin formalaşdırıb.
Siyahını uzatmaq da mümkündür. Lakin sadalanan faktlar Azərbaycanın regionun lider dövlətinə çevrildiyini təsdiqləmək üçün yetərlidir. Ölkəmizin nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən təsdiqlənən bu statusu real səciyyə daşıyır, burada hər hansı bir şişirtmə yoxdur. Əlbəttə, AXCP sədrini də reallığı dəyərləndirmək fəhmindən uzaq olan birisi kimi təqdim edə bilmərik. Bəs onda Əli Kərimlinin absurd iddialar səsləndirməkdə məqsədi nədir? Sualın cavabını vermək üçün çox da baş sındırmağa lüzum yoxdur. Hər kəsə bəllidir ki, AXCP sədri Qərbdəki islamofob və azərbaycanafob dairələrlə çirkin işbirliyindədir - əlbəttə ki, yüksək qrantlar və digər maddi təminatlar müqabilində. Bununla da “əmək fəaliyyəti ilə məşğul olmayan” Əli Kərimli - ifadə partiya sədrinə məxsusdur - özünə yüksək təminatlı həyat tərzini təmin edib. Belə görünür ki, o, maddi qarşılıq müqabilində sıx bağlı olduğu dairələrdən yeni sifarişlər alıb və fəaliyyətini də bu sifarişlərə uyğun qurub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

