Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan Prezidentini təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan Prezidentini təbrik edib

12.03.2024 [19:16]

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, regional və beynəlxalq əlaqələrə töhfə verəcək vəzifənizin icrasında uğurlar arzulayırıq.

Liviya Dövləti ilə dost Azərbaycan Respublikası arasında yüksək səviyyəli münasibətləri vurğulamaqla yanaşı, ümumi maraq doğuran məsələlərdə Sizinlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün sahələrdə və səviyyələrdə ikitərəfli əməkdaşlıq münasibətlərini möhkəmləndirən dost ölkələrimiz üçün ortaq məsələlərə xüsusi diqqət yetirəcəyinizə əminliyimizi ifadə edirik.

Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30