Özəl tibb müəssisələri elektron qaydada seçiləcək
05.03.2024 [16:22]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:
1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Təbib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndəriləcək. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunacaq. SMS-i aldıqdan sonra vətəndaş “e-Tabib” mobil tətbiqinin “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı) ilə tanış olacaq. Daha sonra vətəndaş siyahıdan seçim edib “Təsdiqlə” düyməsini sıxmalıdır. Seçimi təsdiq etdikdən sonra mobil tətbiq üzərindən xəstəxananı dəyişmək mümkün olmayacaq. Müqaviləli tibb müəssisəsi göndərişi təsdiq etdikdə mobil tətbiqdə göndərişin statusu dəyişiləcək. İmtina gəldikdə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər.
Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.
2. SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir.
3. Vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi agentlik tərəfindən təsdiq edilmədikdə imtinanın verilmə səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.
Hər hansısa sual yaranarsa vətəndaş agentliyin “1542” Çağrı mərkəzinin göndərişlərin verilməsi ilə bağlı xəttinə (1542-3) zəng vurub məlumat əldə edə bilər.
Qeyd edilib ki, agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.
Bundan əvvəl agentlik tərəfindən təsdiq edildikdən sonra göndəriş vərəqəsini götürmək üçün vətəndaş yenidən dövlət tibb müəssisəsinə yaxınlaşmalı olurdu. Bu isə əlavə vaxt itkisinə və səhhətində problem olan vətəndaş üçün çətinlik yaradırdı. Tətbiq edilən bu yenilik vətəndaşların rahatlığına, tibbi xidmətlərə əlçatanlığa və şəffaflığın təmin olunmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

