Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq

26.02.2024 [14:32]

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib və ölkəsinin qardaş Azərbaycanla həmrəy olduğunu bildirib. 

AZƏRTAC xəbər verir ki, Türkiyə xarici siyasət idarəsinin başçısı sosial şəbəkələrdə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri qanlı cinayətlə bağlı paylaşım edib. 

Hakan Fidanın paylaşımında deyilir: “Bütün dünyanın gözləri önündə 32 il əvvəl Xocalıda qətlə yetirilən qardaşlarımın xatirəsini anıram. Qardaş Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq”. 

Türkiyə XİN-in başçısı öz paylaşımında Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da əlavə edib.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31