Baş Qərargah rəisi Qarabağ bölgəsindəki bir neçə hərbi hissədə olub
17.02.2024 [17:02]
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.
General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib.
Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.
Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54

