Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycan İcması: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

14.02.2024 [18:13]

Avropa İttifaqı (Aİ) növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək, Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib. 

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, Aİ-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir. 

“Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş Aİ-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyənləşdirmək Azərbaycanın suveren hüququdur. 

Avropa İttifaqı Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda vurğulanıb.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30