İcma: Cozep Borrell Azərbaycan və Ermənistan arasında gərginlik yaratmağa çalışır
14.02.2024 [09:48]
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərinə gərginlik yaratmağa çalışır.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, ali nümayəndə fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirib:
"Cozep Borrell sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun fevralın 12-də azərbaycanlı sərhədçisini yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb.
Aİ nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir.
Aİ Ermənistana yeritdiyi missiyası ilə bağlı qeyri-səmimi və qeyri-konstruktiv davranıb. Aİ bu missiyanın vəzifələri, ölçüsü və fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədlərini kobud şəkildə pozur. Missiya faktiki olaraq, Ermənistan tərəfinə hərbi və kəşfiyyat örtüyü yaratmaq və sərhəd zonasında Azərbaycana qarşı təzyiq və təxribatlar ilə məşğuldur. Öz vəzifələri sırasında keçmiş münaqişənin sərhədyanı bölgələrdə insanlara təsiri məsələsi ilə məşğul olmaq yazılmasına baxmayaraq, missiya Ermənistanın sərhədyanı bölgələrindən qovulmuş azərbaycanlı qaçqınların hüquqları ilə məşğul olmur, onların evlərinin, qəbiristanlıqlarının və mədəni irsinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılmasına göz yumur.
Nəhayət, Aİ nümayəndəsi münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol verib. Belə ki, Cozep Borrell Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməyib.
Qərbi Azərbaycan İcması hesab edir ki, Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır. İcma Aİ institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır".
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

