Azad olunmuş ərazilərdə səsvermə
08.02.2024 [16:26]
Xalqımızın yerə-göyə sığmayan seçki sevinci
Y.SAHİB
2024-cü il fevralın 7-i xalqımız üçün əlamətdar gün oldu. İlk dəfə olaraq növbədənkənar prezident seçkiləri bütün ölkə ərazisini əhatə etdi. İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05 faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son 20 ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Prezident İlham Əliyev müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başladı, bu dövrün başlanğıcı məhz fevralın 7-dəki prezident seçkiləri ilə qoyuldu.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, ilk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi. 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə və xalq kimi başlamışıq. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə qısa müddətdə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlara prezident seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.
Bakıda və bölgələrdə olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə yaradılan seçki məntəqələrində qələbəlik hökm sürürdü. Ərazidəki seçicilər məntəqəyə gələrək öz namizədlərinə səs verirdilər. Vətəndaşlar qalib xalq olaraq səs verməkdən böyük qürur hissi keçirdiklərini qeyd ediblər. Bir sözlə, azad olunmuş rayonlarımızda yaradılan seçki məntəqələrində seçici fəallığı müşahidə olunub.
Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, azad olunmuş ərazilərdə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.
Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdəki 47 seçki məntəqəsi üzrə seçici fəallığı 93 faizdən çox olub. Bütün seçki marafonu dövründə MSK-nın rəsmi internet səhifəsinə 3 milyon 500 mindən artıq baxış olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

