Deşilmiş “paket”...
07.02.2024 [10:20]
Əli Kərimlinin fransız dilində “demokratiya tamaşası”...
Siyasət ciddi və olduqca məsuliyyətli bir sahədir. Bu sahəni özünə peşə seçən insanlardan ilk tələb olunan keyfiyyət də məhz ciddi və məsuliyyətli davranış sərgiləməkdir. Hansısa “siyasi proseslərin” axarında və ya burulğanında təsadüfən siyasət meydanına düşən və ya düşürülən (müxtəlif ölkələrin maraqlı dairələri və ya mərkəzləri, hətta xüsusi xidmət orqanları tərəfindən) şəxslər isə siyasət adamından çox “zorən siyasətçi” qiyafəsi geyinmiş imitator təsiri bağışlayır.
AXCP sədri Əli Kərimlinin “siyasi həyatı” və ya “siyasi karyerası” da zorən siyasətçilik elementləri ilə doludur. “Komsomol” və başqa ayamalarla 1990-cı illərin “xalq hərəkatı” təlatümlərində o dövrün Xalq Cəbhəsinin içinə “atılan” Əli Kərimli sonradan öz lideri Əbülfəz Elçibəyə belə xəyanət etməyə “macal tapdı”. İllərlə sərhədimizdən kənarda kölgəsinə sığınıb “yatmaq” üçün “ağac” axtaran Kərimli üçün “siyasət” peşədən çox “xəyanət doktrinası”na çevrildi. Qarabağ zəfərinə sevinməyən, xalqının ən ağır və məsuliyətli günündə birlikdən, həmrəylikdən boyun qaçıran, Fransa və “əhatəsi”nin qismində Azərbaycan düşmənləri ilə əlbir olan, onların mənafeyini qoruyan Kərimli bu gün də özünün destruktiv fəaliyyətindən vaz keçmir.
Ən qərbəsi isə özünü “hüquqşünas” sayan bu “zorən siyasətçi”nin ən adi, ucuz “priyomlardan” istifadə etmək “arzusudur”. Təfəkkürü, “siyasi fəhmi”, dünyagörüşü, partiya sədri olaraq strategiya və taktikası belə 1990-cı illərin əvvəlinin dolanbaclarında ilişib qalan, bir addım belə inkişaf etməyən Əli Kərimli yeni manipulyasiyalarla xalqı aldada biləcəyini düşünür - gülünc, müasir siyasi münasibətlər sisteminə “üzqarası” sayılacaq acıqlamaları ilə gündəmə gəlməyən çalışan bu “fransız çətiri altında gizlənən siluyet” özünü lağ obyektinə çevirir.
Avtoritar paritya sədrinin “demokratiya tezisi”...
Sosial şəbəkələrdə “demokratikləşmə paketi” adı altında qaravəlli səviyyəli “fransız ətirli” xarici mətbəx tezisi paylaşan Kərimliyə demək gərəkir ki, sən hələ bir rəhbərlik etdiyin partiyada demokratik idarəçilik sistemi qur görək... Əbülfəz Elçibəyin vəfatının ardından bu partiyada təmsil olunan şəxslər məhz Ə.Kərimlinin avtoritar idarəçilik sistemini ifşa etməmişdilərmi? Son bir neçə ayda partiyadan istefa verən gənclər “Kərimli demoratiyasının qurbanı” deyildimi? Bəlkə, Kərimli o “demokratiya paketini” özü üçün hazırlayıb oxusun...
Keçək “Kərimlinin paketinə”... İlk növbədə qeyd edək ki, “Kərimlinin paketi”nin xarici xüsusi xidmət orqanlarının mətbəxində hazırlandığı bütün cümlələrdə şifrələnib. Alt qatda ölkədəki siyasi sabitliyii hədəfə alan bu şəxs açıq şəkildə xaosu, qanunların pozulmasını, vətəndaş qarşıdurmasını körükləyir. Görünən budur ki, 30 ildən sonra ərazi bütövlüyünə və suverenliyinə qovuşmuş Azərbaycan Əli Kərimlinin yuxusunu ərşə çəkib. 1990-cı illərdə olduğu kimi yenə də ölkədə nifaq toxumu səpmək, xarici maraqları dövlətin maraqlarından üstün tutmaq istəyir.
Sərbəst toplaşma hüququ üzərindən manipulyasiya cəhdi...
Mitinq keçirmək istəyən hər kəsə mitinq keçirməsinə icazə vermək “arzusunda” olan bu şəxs paketinin ilk bəndindəcə özünü ələ verir. “Günü sabahdan hər kəs məndən icazə almadan mitinq təşkil edə və ya təşkil edilən mitinqdə iştirak edə bilər” “tezisi” ilk baxışda oxucularda Kərimlinin qanundan xəbərsiz olması assosasiyasını yarada bilər - amma bu belə deyil. Kərimli yaxşı bilir ki, insanların sərbəst toplaşma azadlığı Azərbaycanın Konstitusiyasında öz əksini tapıb. Onun Ana Yasa ilə tanınan və tövsif olunan sərbəst toplaşma hüququnu “mitinq” kimi “qələmə verməsi” də təsadüfi deyil. Bu şəxs ölkədə qarşıdurma yaratmaq istəyir - “mitinq xəyalları” da buradan qaynaqlanır. Bu “tezisi” ona yazıb verən “fransız dostları” Azərbaycandakı siyasi sabitliyi hədəfə gətirmək istəyir.
Kərimlinin “boykot” azarı...
Qeyd edildiyi kimi özünü “siyasətçi”, “partiya sədri” və “hüquqşünas” kimi təqdim edən bu şəxsin “seçkidə iştirak” məsələsinə baxışı isə yalnız gülüş doğurur. O iddia edir ki, “seçkiyə getmək istəyənlərə də, seçkini boykot etmək istəyənlərə də icazə verirəm”. Konstitusiyanın müvafiq bəndləri ilə tövsif olunan vətəndaşın seçki hüququ, seçib-seçilmək hüququ, seçkidə iştirak hüququ, Seçki qanunvericiliyi ilə tənzimlənən siyasi partiyaların və birliklərin seçki prosesində iştirakı, vəzifələri, hüquqları Əli Kərimli üçün deyəsən anlaşılan deyil - bu şəxs rəhbərlik etdiyi partiyada yaratdığı qanunsuzluq və avtoritarizmə öyrəşib. Partiya üzvlərinin hətta sosial şəbəkə postlarını belə onun “icazəsi” ilə “layk etməsi” Ə.Kərimlinin qanuni prosedurlar haqqında təsəvvürünün ibtidai mahiyyət daşıdığını göstərir.
Əli Kərimlinin ağ yalanı...
Ən dəhşətlisi və məzhəkəsi isə “paketin” “müxalifət olmaqla” bağlı hissəsidir. İddia edir ki, “müxalifətçilik üzərində monopoliyanı sabahdan ləğv edirəm. Artıq bu ölkədə hər kəs müxalifətçi ola bilər. Artıq heç kim çəkinməsin. Nəhayət, sərbəst şəkildə müxalifətçiliklə məşğul olun”.
Özünü gah “əsas”, gah “ana”, gah da tək “müxalifət” elan edən Əli Kərimli elə düşərgənin “əsas monoplisti” saylır və bu postu ilə müxalifətçiliyi pul qazanmaq imtasiyasına çevirdiyini etiraf edir. O ki qaldı, sərbəst siyasi fəaliyyətlə məşğul olmağa, Azərbaycanda bu hüquq da yüksək səviyyədə təmin edilib - elə Ə.Kərimlinin açıq milli xəyanət fonunda sərbəst fəaliyyəti buna ən real misaldır.
O ki qaldı, müxalifətin sərbəst şəkildə birlik yaratmasına üzü SİDSUH-dan ta ki qondarma “milli şura”ya qədər uzanan onlarla müxalifət birliyinin şahidi olmuşuq. Bütün birliklər isə elə müxaliftə partiyalarının özü tərəfindən qarşılıqlı xəyanət ittihamı ilə dağılıb. Müsavat AXCP-ni, AXCP Müsavatı, ikisi bir yerdə Cəmil Həsənlini xəyanətdə az günahlandırmayıb...
Beləliklə, Kərimlinin bu paketi də “deşik” çıxdı...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51

