“Bizə Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızı ürəkdən dəstəkləyirik”
26.01.2024 [20:37]
Laçın şəhəri və Zabux kəndində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Laçın şəhərində və Zabux kəndində seçicilərlə görüş keçirilib.
Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşlərdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Sevinc Əliyeva, Mikayıl Zeynalov, Elnur Əliyev və Şahin Həsənov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin zirvəsini ərazi bütövlüyünün və suverenliyin bərpa olunması təşkil edir. Müstəqillik tarixində ilk dəfə olaraq Laçında seçki kampaniyasının aparılmasının sevincini yaşayan görüş iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə Laçın rayonunda intensiv quruculuq işləri davam edir. Ötən il isə Laçın şəhərinin və Zabux kəndinin sakinləri doğma yurda qayıdışın sevincini yaşayıblar. Artıq Laçın şəhərində və Zabux kəndində seçki məntəqləri fəaliyyət göstərir.
Natiqlər laçınlıları yurd həsrətinə son qoyan, xalqımıza qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə iştirak edən Laçın şəhərinin və Zabux kəndinin seçiciləri seçki günü böyük ruh yüksəkliyi ilə məntəqələrə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Bizə Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızı ürəkdən dəstəkləyirik”,- deyə vurğulanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zabux kənd sakini, şəhid ailəsinin üzvləri Firəngiz Mahmudova və Qərənfil Məmmədova, həmçinin Laçın şəhər sakini Çıraq Hüseynovun ailəsi ziyarət olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

