Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
12.01.2024 [12:53]
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərini əhatə edən silsilə maarifləndirmə tədbirləri davam etdirilir.
Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və səmərəli çatdırılmasının vacibliyini vurğulayıb. Bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyən N.Məmmədli media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunan seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. O vurğulayıb ki, Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsi prosesində və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında müxtəlif statuslu seçki subyektlərinə münasibətdə rol və vəzifələr müəyyən edib. Media subyektləri də istər seçki prosesində aşkarlığın və şəffaflığın təşəkkül tapmasında, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməlidirlər. MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.
Seminarda daha sonra MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurları barədə təqdimat keçirib. Bildirib ki, prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər. Ş.Əsədli tədbirdə, həmçinin seçki günü prosedurları ilə bağlı praktiki məşğələ formatında ətraflı məlumat verib. O, seçki məntəqəsinin açılışı, səsvermə hərəkətləri, seçki günü müstəsna hallar və digər bu kimi prosedurların həyata keçirilməsi və tənzimlənməsinin qanunvericilik əsaslarını iştirakçıların diqqətinə çatdırıb.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

