Bu dünyadan bir Səfixan həkim keçdi
04.01.2024 [10:24]
Şəfalı əlləri ilə uşaqlara şəfa verən həkim: Səfixan Həsənov
Müşfiqə
Dünyanın ən ali, məsuliyyətli və şərəfli peşələrindən biri həkim peşəsidir. Bu şərəfli amalı gerçəkləşdirmək, seçdiyi peşənin müqəddəsliyini qorumaq elə də asan deyil. Həm də hər kəsə qismət olmur, axı. Haqqında danışacağımız Səfixan həkim bir çox müsbət insani keyfiyyətləri özündə cəmləşdirən bir Vətən övladı idi. Uşaqlara şəfa verən, onlara ata qayğısı ilə yanaşan həkim idi. Xəstələri sağaltmaq üçün gecəsini gündüzünə qatırdı. Ölkə hüdudlarından kənarda belə onun pasientləri vardı. Arzusu dünya uşaqlarını xilas etmək, onları sağlıqlarına qovuşdurmaq idi. Ömür vəfa etmədi. 67 yaşında dünyadan köçdü. “Mənə yüz il ömür arzulamayın” ən sevdiyi şeirin ən çox dilinə gətirdiyi misrası idi.
Tibb elmləri doktoru, professor Səfixan Həsənov 1956-cı ildə Ermənistanın Zəngəzur mahalında anadan olub. 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnternaturadan sonra 1980-1983-cü illərdə Zərdab rayonunda sahə həkimi işləyib. 1985-ci ildə ATU-nun II Uşaq xəstəlikləri kafedrası nəzdində kliniki ordinaturanı qurtarıb. Elə həmin ildən 1989-cu ilə kimi kafedrada baş laborant vəzifəsində çalışıb. 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. O, 1989-cu ildə müsabiqə yolu ilə Neonatologiya kafedrasına assistent seçilib, 1999-cu ilə kimi həmin vəzifədə işləyib. 1999-cu ilin yanvar ayından Neonatologiya kafedrasının professoru vəzifəsinə seçilib. 2010-cu ildən 2016-cı ilin sentyabr ayınadək Neonatologiya kafedrasının müdiri vəzifəsini icra edib. Neonatologiya kafedrasının ləğv olunması ilə əlaqədar olaraq, oktyabr 2016-cı ildə II uşaq xəstəlikləri kafedrasının professoru vəzifəsinə seçilib. 2017-ci ildən I Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. 250-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyyənin, 3 tədris metodik vəsaitinin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifidir.
Elmi işlərinin bir çoxu nüfuzlu elmi jurnallarda (SCİENTİFİC REPORTS, İmpact factor 5.7; Pediatric Research, İmpact factor 2.3 və s.) dərc olunub. Bir çox xarici ölkələrdə keçirilən konqress və simpoziumlarda fəal iştirak edib. Rəhbərliyi ilə 12 t.ü.f.d. dissertasiyası və 2 t.ü.e.d. dissertasiyası yerinə yetirilib və AAK tərəfindən təsdiq olunub. 2005-2012-ci illər ərzində K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. ATU–nun 1-ci Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının Pediatriya İnstitutunun elmi şurasının və Dissertasiya Şurasının üzvü, eləcə də Azərbaycan Neonatoloqlar Birliyinin sədri, Azərbaycan Perinatologiya və Pediatriya jurnalının elmi redaktoru, Beynəlxalq Homotoksikologiya və Antihomotoksik terapiya cəmiyyətinin üzvü, Pediatriya üzrə problem komissiyasının sədri, İnteqrativ Təbabət üzrə Elmi Cəmiyyətin sədr müavini və Bioloji Təbabət Jurnalının redaksiya şurasının üzvü olub. İyunun 22-si 2023-cü ildə isə vəfat edib.
Ondan geriyə isə ancaq xeyirxah əməlləri, şəfa verdiyi insanların duası qaldı. Vaxtilə pasientləri olan uşaqlar yetkin yaşa çatdılar. Yenə də Səfixan həkimlərini unutmayıb əməyini itirmədilər. Öz uşaqlarını da Səfixan həkimə əmanət etdilər. Hər qohum-qonşunun dadına çatardı. Qapısı gecənin istənilən saatında döyülərdi. Günlərin bir günündə yenə qapıları bərk döyüldü. Azyaşlı uşaq ağır vəziyyətdə atasının qucağında az qala can verirdi. Cəld Səfixan həkim ilkin müdaxilə edib, balacanı həyata qaytarmışdı. Ailənin ümid çırağını söndürməyə qoymamışdı.
Hər şeydən öncə bir ata, həyat yoldaşı idi. Övladlarını böyüdüb, təhsil verib, layiqli vətəndaş kimi onları cəmiyyətə təqdim etdi. Mənəvi zənginliyi hər şeydən uca tuturdu. Bu gün ailəsinin xatirində ancaq xoş əməlləri ilə yadda qalıb. Heç zaman da unudulmayacaq. Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

