Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib

29.12.2023 [14:31]

Nazirlər Kabineti “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nı təstiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək.

Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30