Üzü və sözü olmayan müxalifət
20.12.2023 [09:38]
Günel Abbas
“Yeni Azərbaycan Partiyasının idarə heyətinin 15 dekabr 2023 - cü ildə keçirilən genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin 2024 - cü ilin fevralın 7 - də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP - dan namizəd irəli sürülməsi ölkə vətəndaşları, eləcə də əksər siyasi partiyalar tərəfindən rəğbətlə qarşılanmasına baxmayaraq AXCP və Musvat partiyalarını yenə də məyus etmişdir. Bu partiyalar növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar sərəncam imzalandığı ilk gündən yenə də aqressiv mövqe nümayiş etdirmiş, qarayaxma və böhtan kompaniyasına başlamışlar. Hər iki partiya seçki prosesinə qoşulmaqdan boyun qaçırmışdır”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. “Bu partiyalar seçkilərin vaxtından əvvəl keçirilməsini qanunauyğun hesab etməməklə ona hazır olmadıqlarını bəhanə edir və seçkiləri baykot edəcəklərini bildirirlər. Çox gülməlidir. Ona görə ki, Əli Kərimli ölkədə özünü aparıcı müxalifət partiyasının rəhbəri hesab etməklə həmişə xalqın AXCP böyük ümidlə yanaşdığını və onun tərəfində olduğunu bildirirdi. Onu da xatırladırdı ki, partiya hakimiyyətə gəlməyə hazırdır və biz bunu sivil yolla, azad seçkilər vasitəsi ilə həyata keçirəciyik.
Bu gün Azərbaycanda azad seçki keçirilməsi üçün hər cür imkan və şərait yaradıldığı halda bu iki partiyanın seçkilərə qoşulmamalarının səbəbi sözsüz ki, hər birimizə yaxşı məlumdur. Necə ola bilər ki, 30 ildən çox fəaliyyət göstərən, həmişə xalqa yağlı vədlər verən, tərəfdarlarının həddən ziyadə çox olmasını göstərən bir partiya seçkilərə hazır olmamış olsun. Bu əlbəttə uğursuzluqları pərdələməkdir”, deyə o, bildirib.
Milllət vəkili hesab edir ki, əsas məsələ başqadır: “Axı AXCP və Musavat seçkilərdə insanların qarşısına hansı üzlə, hansı nəticələrlə çıxacaq və onlara nə deyəcəkdir? Deyəcəklər ki, biz xarici ağalarımızdan maliyyə vəsaitləri əldə edib dövlətin və xalqın əleyhinə təbliğat aparmışıq, yaxud şanlı qələbələrimizə kölgə salmışıq, hər vasitə ilə erməniləri dəstəkləmişik, yaxud da ölkədə aranı qatışdırmağa, insanları qızışdırmağa, üzbəüz qoymağa çalışmışıq. Özlərini “böyük siyasi qüvvə”, real müxalifət adlandırılanların axı dünəni də, bu günü də çirkab içərisindədir. Axı xalq bu adamları uzun müddətdir satqın, yaramaz, yalançı donunda görür və onların keçmişindən yaxşı xəbərdardır. Belə olan halda Əli Kərimli, Arif Hacılı və başqaları xalqın səsini necə əldə edə bilərlər və hansı yaxşı işlərini xatırıatmağa qadirdirlər?
İqtidarın, cənab İlham Əliyevin fəaliyyəti isə göz qabağındadır. Qazanılan yüksək iqtisadi göstəricilər, beynəlxalq aləmdə əldə edilən nəticələr, həyata keçirilən sosial layihələr, proqramlar, enerji, nəqliyyat sektorunun inkişafındakı irəliləyişlər, işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində həyata keçirilən tədbirlər bir yana qoyulsa, Ali Baş Komandanın 44 günlük müharibədə və 23 saatlıq anti - terror tədbirlərində nümayiş etdirdiyi məharət, cəsarət, siyasi gediş cənab İlham Əliyevin ömürlük Azərbaycan Prezidenti olmasına bir zəmanətdir. Bu gün Azərbaycan Prezidentinin özünü təbliğ etməsinə ehtiyac yoxdur. 20 illik çoxsahəli fəaliyyət, əldə olunan uğurlarla cənab İlham Əliyev özünü Prezident kimi təsdiq edib və xalqın böyük hörmət, ehtiramını qazanmışdır. Radikal müxalifətçilər isə yalnız xarici ölkələrdən yaxşı qrant, göstərişlər və bir də xalqın nifrətini, qəzəbini qazanmışlar. Bu nifrət isə günü gündən genişlənir və çox çəkməyəcək bu başabəlalar tarixin siyasi arxivinə göndəriləcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

