Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin plenar iclasında...

Milli Məclisin plenar iclasında...

20.12.2023 [10:28]

Dövlət komitəsinin illik məlumatı təsdiqlənib

Günel ABBASOVA

Dekabrın 19-da Milli Məclisin plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə ümumilikdə 27 məsələ daxil edilmişdi.

Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarının Azərbaycan xalqının arzu və istəyini ifadə etdiyini bildirib.

Onun sözlərinə görə, YAP-ın qərarı ilə partiyadan İlham Əliyev prezidentliyə namizəd göstərilib: “Təbii ki, bu qərar Azərbaycan xalqının arzu və istəyini ifadə edir”.

Sədr söyləyib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib: “Prezident İlham Əliyev adını tarixə həkk etdirib”.

S.Qafarova qeyd edib ki, Azərbaycanın müasir tarixinin son 20 ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır: “Əminliklə söyləmək olar ki, İlham Əliyevə xas olan siyasi səriştə dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra inamlı irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.

İllik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınması ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir.

Bildirilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadınlar, 7-si kişilər barədə verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

Sənəddə göstərilib ki, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması ilə bağlı tövsiyələr Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara göndərilib.

“Qadın Dəstək Xətti”nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub.

Həmçinin qeyd olunub ki, Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var: “Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı erkən nikaha məcbur edilən qızlarla bağlı işlərin sürətləndirilməsini məqsədəuyğun sayıb.

O, parlamentin çıxışı zamanı qeyd edib ki, aparılan təhlillər ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamikanın olduğunu göstərir: “Bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur. Son zamanlar qadınların fəaliyyət növlərindən biri minaların təmizlənməsidir. Lakin bu gün hələ də gender fərqi nəzərə çarpan sahələr var. Düşünürəm ki, bu fərq zamanla aradan qalxacaq”.

H.Hüseynova bildirib ki, Azərbaycanda mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 40 faizi qızlardır: “Yəni bu rəqəm orta dünya göstəricisindən də artıqdır. Bununla yanaşı, təhsildən yayınan qızlar da var. Onların bir çoxu nikaha məcbur edilir və bu istiqamətdə işlərimiz daha da gücləndirilməlidir. Bundan başqa, sahibkar qadınların sayının artması ilə yanaşı, onların keyfiyyətli və dayanıqlı fəaliyyətinə nail olmaq lazımdır”.

Sonra gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) səsverməyə çıxarılaraq təsdiq edilib.

Daha sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.

Ardınca “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq təsdiq edilib.

Sonra “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.

Beləliklə, Milli Məclisin plenar iclası başa çatıb.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31