Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakının bir prospektində hərəkət məhdudlaşdırılacaq

Bakının bir prospektində hərəkət məhdudlaşdırılacaq

14.12.2023 [15:33]

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, əks istiqamət üzrə təmir işləri müddətində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.

“Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31