Zəfər paradı dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi
05.12.2023 [12:36]
"Azərbaycan Ordusu Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadaraq qarşısında duran ən böyük vəzifəni layiqincə icra etdi. Bu tarixi qələbədən düz bir ay sonra isə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Təntənəli hərbi parad 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Zəfər paradının məhz 10 dekabr tarixinə salınması da düşünülmüş addım idi. Bunu beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi də dəyərləndirmək olar. Belə ki, 10 dekabr tarixi Dağlıq Qarabağdakı qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. 1991-ci ilin bu tarixində Qarabağda “referendum” keçirilmişdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi “referendumda” ermənilər “müstəqillik” elan etmişdilər. Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj verdi: - Qarabağ Azərbaycandır və bu, həmişə belə olacaq".
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Millət vəkili qeyd edib ki, Zəfər paradının ən böyük özəlliyi və heç vaxt yaddaşlardan silinməyəcək məqamı mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin, bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi. "Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu. Keçdiyimiz müstəqillik tariximizdə Azərbaycan övladlarının vətənpərvər ruhda yetişdirilməsi, dövlətimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi misilsiz işlər, habelə hərbi-texniki sahədə şaxələnmiş islahatlar məhz İkinci Qarabağ-Vətən Müharibəsində özünü nümayiş etdirdi, o cümlədən Azərbaycana dost və qardaş olan dövlətlərin hərtərəfli fəaliyyətini bir daha göstərdi. Təsadüfi deyil ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, çıxış edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha yəqin etdi. Prezident İlham Əliyevin dediyi kimi, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Bu sözlər iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.
Zəfər paradı bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi. Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu. Zəfər paradında yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi. Qənimət kimi ələ keçirilmiş düşmənin hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.
Beləliklə, “Dəmir Yumruq” əməliyyatı adı ilə Azərbaycanın tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi ilə yanaşı, xalqımızın Qələbə əzminin də əyani təsdiqidir", -deyə deputat bildirib.
Nardar B.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

